Icma.az
close
up
RU
Bir direktor müəllimlərə qaraçı dilənçi deyir, o birisi hinduşqabaş...

Bir direktor müəllimlərə qaraçı dilənçi deyir, o birisi hinduşqabaş...

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Ad gününə 600 manatlıq hədiyyə alınan və hədiyyəni bəyənmədiyi üçün müəllimləri “dilənçilər”, qaraçılar” deyərək təhqir edən Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi, 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun şokunu adlatmamış növbəti şoku yaşayırıq.

Bir ay əvvəl Modern.azda oxumuşdum ki, 2024-cü ilin may ayından etibarən Bakı şəhəri, Binəqədi rayonu, 301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyeva haqqında müəllim kollektivi tərəfindən bir sıra şikayətlər irəli sürülüb. Şikayətlərdə əsasən aşağıdakı məsələlər qeyd olunur: Dərs saatlarına görə pul tələb edilməsi: Müəllimlərdən dərs saatlarının artırılması və ya saxlanılması üçün 500-700 manat arasında pul tələb edildiyi iddia edilir.
xezerxeber.az-ın araşdırması isə daha qeyri etik halları üzə çıxartdı. Məlum oldu ki, məktəbin müəllim kollektivi ilə direktor Sevda Sarıyeva arasında yaşanan problemlər illərdir ki, bitmir.
Müəllimlərin sözlərinə görə, onlar direktor tərəfindən təhqir hətta təhdid də edilir:“Müəllimləri valideynlərin yanında təhqir edir. Bizə “dərs dilənçiləri”, “hinduşkabaş” deyir”.
Müəllimlərin iddialarına görə direktor tərəfindən məktəbin bir korpusuda bağlanıb. Səbəb kimi binanın qəzalı vəziyyətdə olduğu bildirilib. Amma həmin binada hazırda sakinlər yaşayırlar.

Məlumata  görə, Bakı şəhəri 301 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar davam edir.
Biz , xüsusən, sovet təhsili almış bütün şagirdlər elə bilirdik ki, müəllim müqəddəs bir məxluqdu. O adi adamlar kimi yemək yeməz, çay içməz. Yadımdadır ki, anamın sözünə baxmayanda və yaxud gec baxanda o məni sinif rəhbərim Səlbinaz müəllimə şikayət edəcəyini deyirdi. Bax, elə o sözü eşidən kimi olurdum "quzu", sözə də baxırdım, anamın verdiyi tapşırıqları da yerinə yetirirdim. Çünki o vaxt müəllimlərin böyük əksəriyyəti əxlaqı, danışıq tərzi, oturuşu-duruşu, şagirdlərə öz balası kimi münasibəti ,-kollektivə - müəllim yoldaşlarını doğması bilməsi onu nəinki şagirdlərin, müəllimlərin həm də kənd camaatının gözündə yüksəldirdi.

Artıq elə bir dövr gəlib ki, Səlbinaz müəllim kimi müəllimlə rastlaşmaq çətin baş verə. Amma Azərbaycan Respublikasının elm və təhsil nazirliyinə tövsiyyət etmək lazımdır ki, məktəblərə direktor göndərdiyiniz müəllimlərin savadından əlavə etikasını, əxlaqını, insanlarla münasibətini də testdən keçirin, sonra direktor təyin edin. Gənc nəslin təlim- tərbiyəsini təlimdən-tərbiyədən uzaq qalmışlara tapşırmayın. Vallah, dünya tarixində rast gəlinməyəcək bir haldır.

Bir direktor 600 manatlıq hədiyyəni az bilib öz müəllim yoldaşlarına "qaraçı", dilənçi" deyir. Başqa bir direktor isə rüşvətlə dərs bölgüsünə etiraz edən müəllimlərə "hinduşkabaş " deyir. Beləsinə səlahiyyət vermək təhsilin olan-qalan "uçuğunu-söküyü"nü darmadağın edir.


Əntiqə Rəşid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Mart 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri