Direktor və müəllimlərə XƏBƏRDARLIQ
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İyun ayının 14-də ümumtəhsil müəssisələrində ənənəvi “Son zəng” tədbiri keçiriləcək. 11 illik təhsilini başa vuran məzunlar üçün məktəbdəki son dərs günü kimi yadda qalan bu tarix münasibətilə təhsil ocaqlarında müxtəlif tədbirlər planlaşdırılır.
Lakin “Son zəng” günü ilə bağlı bəzi neqativ halların, xüsusilə, müəllimlərin şagirdlərdən və valideynlərdən hədiyyə tələb etməsi ilə bağlı faktların qarşısını almaq məqsədilə aidiyyəti qurumlardan xəbərdarlıq edilib.
Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrinə “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat göndərilib.
Təlimatda qeyd edilən qaydalara əməl etməyən məktəb rəhbərliyi və digər məsul şəxslərlə bağlı ölçü götürülməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 11 İyun 2025 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















