Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Bir era bitir: Messi milli formada son dəfə...

Bir era bitir: Messi milli formada son dəfə...

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Futbol əfsanəsi milli karyerasını başa vurdu. Argentina millisinin formasında 21 ildən artıq tarix yazan Lionel Messi milli karyerasının son səhifəsini yazdı. 19 nömrəli forma ilə meydana çıxan 18 yaşlı gənc artıq yoxdur. Onun yerində 10 nömrəni əfsanəyə çevirən, Dünya Kubokunu başı üzərinə qaldıran və Argentina futbol tarixinin ən böyük simalarından birinə çevrilən kapitan var.

Modern.az xəbər verir ki, 17 avqust 2005-ci ildə Budapeştdə Macarıstana qarşı Argentina millisində debüt edən Messi üçün hər şey heç də ideal başlamamışdı. Gənc futbolçu meydana çıxdıqdan cəmi bir neçə saniyə sonra meydandan qovuldu. Lakin həmin gün başlayan hekayənin necə bitəcəyini heç kim təsəvvür edə bilməzdi. Messi illər ərzində Argentina millisinin dəyişməz simasına çevrildi və Diego Maradonadan sonra 10 nömrənin ən böyük sahibinə çevrildi.

 Onun milli komandadakı yolu uzun illər məyusluqlarla müşayiət olundu. 2007-ci ildə Kopa Amerika finalında Braziliyaya, 2014-cü ildə Dünya Kubokunun finalında Almaniyaya, 2015 və 2016-cı illərdə isə Kopa Amerika finallarında Çiliyə məğlubiyyət Messi üçün ağır zərbələr idi. 2016-cı ildə Çiliyə qarşı finaldan sonra göz yaşları içində milli komandadan getdiyini açıqladı. “Bəsdir. Çox çalışdım, amma alınmır”, - deyən Messi sonradan qərarını dəyişdi və Argentina formasına geri qayıtdı.

Geri dönüş isə hər şeyi dəyişdi. 2021-ci ildə Messi Marakanada Braziliyaya qarşı Kopa Amerika finalında Argentina ilə ilk böyük titulunu qazandı. İllərlə gözlədiyi kubok nəhayət onun əllərində idi. Bir il sonra isə daha böyük səhnə gəldi.

2022-ci il. Qətər. Dünya Kubokunun finalı. Fransa ilə 120 dəqiqəlik mübarizə, penaltilər və nəhayət, Argentina dünya çempionu oldu. Messi uşaqlıq arzusuna çatdı. Kuboku başı üzərinə qaldırarkən illərlə davam edən bütün tənqidlər, itirilmiş finallar və göz yaşları bir anda geridə qaldı.

Həmin gecə Messi demişdi: “Karyeramı bununla bitirmək istəyirdim. Daha heç nə istəyə bilmərəm. Tanrı mənə hər şeyi verdi.”


Amma hekayə hələ tam bitməmişdi. 2024-cü ildə Messi Argentina ilə daha bir Kopa Amerika qazandı. Beləliklə, milli forma ilə qazandığı böyük titulların sayı daha da artdı. Bir vaxtlar Argentina ilə heç nə qazana bilmədiyi üçün tənqid olunan Messi artıq Dünya Kuboku, iki Kopa Amerika və Finalissima titulunun sahibi idi.

Messinin hər turnirdə qoyduğu iz isə ayrıca bir tarixdir. Dünya Kuboklarında 6 turnirdə 21 qol, Kopa Amerika-da 7 turnirdə 14 qol vurdu. Dünya Kubokunun seçmə mərhələlərində isə 36 qolla Cənubi Amerika tarixinin ən məhsuldar futbolçularından biri oldu. Dünya Kuboklarında 2006-cı ildə 1, 2010-cu ildə 0, 2014-cü ildə 4, 2018-ci ildə 1, 2022-ci ildə 7 və 2026-cı ildə 8 qol vurdu. Kopa Amerika-da isə 2007-ci ildə 2, 2011-ci ildə 0, 2015-ci ildə 1, 2016-cı ildə 5, 2019-cu ildə 1, 2021-ci ildə 4 və 2024-cü ildə 1 qolla yadda qaldı.

Ümumilikdə Argentina millisində 208 oyun keçirən Messi 126 qol və 70 məhsuldar ötürmə ilə milli komandanın tarixində həm ən çox oyun keçirən, həm də ən çox qol vuran futbolçu kimi vida etdi. Bu rəqəmlər sadəcə statistika deyil. Onların hər birinin arxasında bir oyun, bir final, bir məğlubiyyət, bir qələbə və bəzən də bir göz yaşı var.

Maradona ilə müqayisə isə bütün bu illər ərzində onun taleyinin bir hissəsi oldu. Argentina futbolunun 10 nömrəsini əvvəlcə Maradona əfsanəyə çevirmişdi. Messi isə həmin nömrəni başqa bir dövrün simvoluna çevirdi. Hətta 2022-ci ildə Dünya Kubokunu qazandıqdan sonra Messi Maradona haqqında belə demişdi: “İstərdim ki, kuboku mənə Dieqo versin və ya heç olmasa bütün bunları, Argentinanın dünya çempionu olmasını görə bilsin.”

Və nəhayət, vida günü gəldi.

39 yaşlı Messi Argentina millisində son oyununa Beninə qarşı çıxdı. Monumental stadionunda azarkeşlərin qarşısına son dəfə Argentina formasında çıxan kapitan bu matçda da öz imzasını qoydu. Bir qol vurdu, iki məhsuldar ötürmə etdi və Argentina Benini 3:0 hesabı ilə məğlub etdi. 21 ildən artıq davam edən milli karyera onun üçün mümkün olan ən gözəl ssenarilərdən biri ilə başa çatdı.

Himn zamanı göz yaşlarını gizlədə bilməyən Messi üçün bu, sadəcə futbol oyunu deyildi. Bu, uşaqlıqdan daşıdığı bir arzunun, bir nəslin futbol xatirəsinin və Argentina formasında yazdığı nəhəng hekayənin son səhnəsi idi.

Vida zamanı Messi demişdi: “Artıq bura gəlməmək mənim üçün çox ağrılı olacaq. Bütün ömrüm boyu gəlmək istərdim, çünki Argentina millisində oynamaq insanın başına gələ biləcək ən gözəl şeydir.”

Bəlkə də bu gecə Buenos-Ayresdəki izdihamın səbəbi məhz bu idi. İnsanlar sadəcə futbol matçına gəlməmişdilər. Onlar uşaqlıqlarının, gəncliklərinin, bir nəslin futbol xatirəsinin son səhnəsini görməyə gəlmişdilər. Stadionda rəqib komandanın azarkeşləri belə gözlərini 10 nömrədən çəkə bilmirdi. Çünki bəzi futbolçulara qarşı oynayırsan, bəzilərini isə sadəcə izləyirsən.

Bu oyun isə futbol tarixinin əfsanəsi Leo Messinin son izlənilən milli oyunu idi.

Əlvida, kapitan!

Nicat Rüstəm

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Oktyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri