Icma.az
close
up
RU
Bir əsərlə məşhur oldu, Nobel mükafatı aldı, Vətənindən sürgün olundu

Bir əsərlə məşhur oldu, Nobel mükafatı aldı, Vətənindən sürgün olundu

Icma.az bildirir, Lent az portalına istinadən.

51 il əvvəl rus yazıçısı Aleksandr Soljenitsının “Arxipelaq qulaq” romanı ilk dəfə işıq üzü gördü. 1937-1938-ci illərdə SSRİ lideri İsofi Stalinin həyata keçirdiyi kütləvi terror və repressiya illərinə, islah-əmək düşərgələrində cəza çəkən məhbusların taleyinə işıq salan əsər yazıçıya dünya şöhrəti qazandırdı, həm də SSRİ-dən sürgün edilməsi ilə nəticləndi.

Lent.az “Arxipelaq Qulaq” əsərinin yazılmasına səbəb olan hadisə barədə yazını təqdim edir.

İkinci Dünya Müharibəsinin iştırakçısı olan Aleksandr Soljenitsın müharibə illərində ictimai-siyasi məsələlərlə fəal maraqlanır və dostları ilə yazışmalarda İosif Stalinə eyham vuran “Xaç atası”nı pisləyirdi. 1945-ci ilin fevralında o həbs olundu və islah-əmək düşərgələrindən birində həbs cəzasına məhkum edildi. Soljenitsın 1953-cü ilin fevralına qədər həbsdə qaldı. Bir vaxtlar ideoloji kommunist-leninist, azadlığa çıxandan sonra isə o, ideoloji anti-kommunist oldu. Bu da onun bütün sonrakı yaradıcılığında öz əksini tapdı. Lakin onun azadlığa çıxma vaxtı Stalinə pərəstişin pislənməsi ilə üst-üstə düşdüyü üçün reabilitasiya olunmuş Soljenitsın fəal şəkildə nəşr olunmağa başladı. O hətta yeni Sovet lideri, Stalinə pərəstişi pisləmiş Nikita Xruşşovdan tərif də aldı. "İvan Denisoviçin həyatında bir gün" əsəri xüsusi uğur qazandı. Soljenitsının hekayələri bədii məziyyətləri və vətəndaş cəsarəti ilə o dövrün əsərləri fonunda kəskin şəkildə seçilir və zaman keçdikcə o, sovet repressiyalarını və təqiblərə məruz qalanların faciələrini təhlil edən böyük bir əsər yazmağa başlayır.

“Arxipelaq Qulaq” romanı 1958-ci ildən 1968-ci ilə qədər 257 məhbusun məktubları, xatirələri, canlı söhbətləri və müəllifin şəxsi təcrübəsi əsasında bədii tədqiqat eksperimenti kimi yazılmışdı. Məşhur inancın əksinə olaraq, 1970-ci ildə Soljenitsına Ədəbiyyat üzrə Nobel mükafatı verməsinin o vaxta qədər nəşr olunmamış “Arxipelaq Qulaq” əsəri ilə heç bir əlaqəsi yox idi, ancaq yazıçının yaradıcılığında əsas əsəri məhz bu tədqiqat romanı idi. “Arxipelaq Qulas” yalnız Parisdə (sonra isə digər Avropa ölkələrində) nəşr olundu, nəşrdən əvvəl yazıçı ilə KQB (onun sözlərinə görə) arasında qeyri-rəsmi danışıqlar aparıldı və əsər çap olunduqdan sonra yazıçı ictimai qınaqla və Mərkəzi Siyasi Bürosun iclasının nəticələri ilə üzləşdi. “KQB” sədri Yuri Andropovun Soljenitsının ölkədən çıxarılmasının lehinə təklif verdiyi iclasda digər Siyasi Büro üzvləri əvvəlcə Soljenitsının həbs edilməsi və sürgünə göndərilməsinə səs versələr də, lakin sonda Andropovun qərarını dəstəkləyərək fevralın 12-də Soljenitsının vətənə xəyanətdə ittiham edilərək həbs edilməsi, Sovet vətəndaşlığından məhrum edilməsi və növbəti gün, fevralın 13-də SSRİ-dən sürgün edilərək, təyyarə ilə Almaniyaya göndərilməsinə qərar verdi.

Sovet hakimiyyətinin qəzəbləndirən əsas səbəb Soljenitsının “Arxipelaq Qulaq” romanında düşərgə administrasiyasının qeyri-insaniliyini, gülünc əsaslarla məhkum edilmiş insanların ölümünü və sui-istifadə hallarının, işgənclərin təfərrüatlı və parlaq şəkildə təsvir etməsi, məhkum olunanlara, o cümlədən Qırmızı ordunun keçmiş hərbçilərinə tam rəğbətini bildirməsi idi. Yazıçı xaricdə olarkən dəfələrlə Sovet İttifaqındakı rejimin qeyri-insanliyini dilə gətirdi, lakin bir qədər gözlənilməz alternativ təklif etdi: avtoritar milli Rusiya dövlətinin qurulmasını. O bu fikrə görə çox tənqid olundu, bəziləri onu rus millətçiliyində, digərləri isə romanda qeyri-real, şişirdilmiş səhnələr təsvir etməkdə, əsərin dilinin primitiv olmasında, hətta Qərbin qarayaxma kampaniyasında iştirak etməkdə ittiham etdi. SSRİ-də isə Aleksandr Soljenitsının bütün nəşr olunan əsərləri məhv edildi.

“Yenidənqurma” dövründən sonra Soljenitsının kitabları SSRİ-də nəşr olunmağa başladı və o, özü nəinki Rusiyanın gələcəyinin əsas ideoloji memarlarından biri kimi meydana çıxdı, həm də müxtəlif siyasi mövzularda çıxış edərək bu nüfuzunu gücləndirdi. Vaxt keçdikcə o, Rusiyaya köçdü, "Qulaq arxipelaqı" romanı məktəb dərsliklərinin bir hissəsi oldu. Hətta, Rusiya lideri Vladimir Putin yazıçı haqqında özünün ideoloji mentoru kimi danışdı. Lakin Soljenitsının ideyaları və yaradıcılığı ilə bağlı qiymətləndirmələr hələ də son dərəcə qütbləşmiş durumdadır və yekdil fikir mövcud deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Yanvar 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri