Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tbilisi, 13 noyabr, AZƏRTAC
Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Məşğulluğun Təşviqi Agentliyi məlumat yayıb.
Bildirilir ki, Gürcüstanda əcnəbilər üçün iş icazəsinin alınması 2026-cı ilin martın 1-dən məcburidir. Lakin, bu tarixdən əvvəl əmək miqrantları bazasında qeydiyyatdan keçmiş xarici vətəndaşlar müvəqqəti olaraq icazə almaqdan azad edilmişdilər.
Dövlət Məşğulluğun Təşviqi Agentliyi iş icazəsini altı aydan bir ilə qədər, İT sektoru işçiləri üçün isə üç ilə qədər müddətə verir.
Fərdi sahibkarlar üçün iş icazəsinə dair sənədlər şəxs tərəfindən doldurulur, Gürcüstan şirkətində işləyən əcnəbilər üçün isə sənədləşmə işləri şirkət tərəfindən aparılır.
“Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq”, - deyə agentliyin məlumatında bildirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilsi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 13 Noyabr 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















