Icma.az
close
up
RU
BİR İLDƏ 100 MİN ÖLÜ, 200 MİN YARALI Rusiya ordusuna daha 4 il vaxt lazımdır...

BİR İLDƏ 100 MİN ÖLÜ, 200 MİN YARALI Rusiya ordusuna daha 4 il vaxt lazımdır...

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Almaniyanın “Bild” nəşri Rusiya–Ukrayna müharibəsinin gedişi və Kremlin itkiləri ilə bağlı diqqətçəkən təhlil dərc edib. Nəşrin siyasi icmalçısı Yulian Röpke yazır ki, bütün hərbi və iqtisadi üstünlüklərə baxmayaraq, Rusiya 2025-ci ildə cəbhədə minimal irəliləyiş əldə edib və bunun əvəzində on minlərlə insan itkisi verib.

Röpkenin təhlilinə görə, müharibənin artıq dördüncü ilinə qədəm qoymasına baxmayaraq, Rusiya əvvəlki illərdə olduğu kimi döyüş meydanında ciddi üstünlüklərə malik olub. Belə ki, Kremlin sərəncamında təxminən 1 milyon nəfərlik ordu, həmçinin Çinin dəstəyi ilə 24 saat rejimində işləyən hərbi iqtisadiyyat mövcuddur və bu sistem davamlı şəkildə silah və sursat istehsal edir.

Lakin bu resurslara baxmayaraq, Rusiya 2025-ci il ərzində cəmi 4400 kvadrat kilometr ərazi ələ keçirə bilib ki, bu da Ukraynanın işğal olunmamış ərazilərinin 1 faizindən də azdır.

“Bild” icmalçısı bildirir ki, bu cüzi irəliləyişin qiyməti olduqca ağır olub. Realist qiymətləndirmələrə əsasən, 2025-ci ildə təxminən 100 min Rusiya vətəndaşı həlak olub. Röpke qeyd edir ki, bu hesablamalar nə Rusiya, nə də Ukrayna təbliğatına əsaslanmır.

Onun sözlərinə görə, “Mediazona” nəşrinin apardığı artıq ölüm göstəriciləri üzrə təhlilə əsasən, ilin ortalarına qədər ölənlərin sayı 48 min nəfər təşkil edib və onlardan 22 mininin kimliyi dəqiqləşdirilib. İlin ikinci yarısında isə itkilərin ən azı eyni tempdə davam etdiyi bildirilir. Röpke vurğulayır ki, Rusiyanın hücum əməliyyatlarını intensivləşdirməsi fonunda itkilər daha da artmış ola bilər. Bu səbəbdən təxminən 100 min ölü və 200 min yaralı rus hərbçisi real rəqəm kimi qiymətləndirilir.

Təhlildə qeyd olunur ki, Rusiya hələ də Vladimir Putinin 2022-ci ildə anneksiya etdiyini elan etdiyi dörd Ukrayna regionunu tam nəzarətə götürməkdən uzaqdır. Hazırda Ukrayna Donetsk vilayətində 5700 kvadrat kilometr, Zaporojyedə 5800 kvadrat kilometr, Xerson vilayətində isə 6400 kvadrat kilometr ərazini nəzarətdə saxlayır.

Röpke hesab edir ki, hətta Rusiya 2025-ci ildə olduğu qədər “uğurlu” qalarsa belə, Kremlin bu anneksiya olunmuş əraziləri tam ələ keçirməsi üçün ən azı daha dörd il vaxt lazım olacaq.

“Bild”in siyasi icmalçısı yekunda vurğulayır ki, Rusiyanın Ukraynada “tez qələbə” qazanması üçün yeganə real ümid ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə birgə səylərdir. Onun fikrincə, Moskva Vaşinqtonun Kiyevi strateji əhəmiyyətli ərazilərdən könüllü şəkildə qoşunlarını çıxarmağa məcbur etməsinə ümid edir.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Dekabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri