Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb?

Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb?

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Mobil telefonlar ötən əsrin sonlarında həyatımıza daxil oldu. Həyatımızda çox şey dəyişdimi? Dəyişdi. Həm də təkcə müsbətə yox, mənfiyə də tərəf.

Ölkədə mobil telefonlardan istifadə edənlərin sayı artdıqca, mobil telefon oğrularının da sayı artdı. Sonra mobil telefon qaçaqmalçıları artdı. Daha sonra isə mobil telefonlarla bank kartlarından pul talama cinayətləri çoxaldı.

Buna görə mobil telefonlardan imtina olunsunmu? Yox. Bu, yol qəzalarına görə avtomobildən imtina etmək qədər absurd olar.

Bəs nə etməli?

Ən birincisi, ayıq olmaq lazımdır.

Gəlin, əyri oturaq, düz danışaq: kimi dindirsən, özünü hamıdan ağıllı sayacaq. Elə deyilmi?! Bəs onda kibercinaytkarlar bu qədər ağıllı Azərbaycan vətəndaşlarını 16 min 804 dəfə necə aldadıb, kartlarından pul çəkə bilib?!

Bu, Daxili İşlər Nazirliyinin açıqladığı faktdır. Rəsmi rəqəmdir: yalanı yoxdur, əksiyi var. Əksiyi nədir? Bəlkə də xeyli adam bu və ya başqa səbəbdən heç polisə şikayət də etməyib. Başqa sözlə, polisə məlum olan və polisin araşdırdığı 16 min 804 faktdır. Deməli, bundan çox da ola bilər.

Ancaq bu rəqəmin özü də az deyil. Həm də təkcə bir ildə - 2024-cü il ərzində baş verən kibertalamalardır. Bunun nəticəsində Azərbaycan əhalisinə 22 milyon 442 min 838 manat ziyan dəyib. Yəni bir ildə Azərbaycan xalqının cibindən kart hesablarından) 22 milyon manatdan çox pul çəkilib. Öz də çoxunu kart, hesab sahiblərinin özləri, necə deyərlər, könüllü olaraq kiberquldurlara verib.

Hamıya aid olmasa da, xalq arasında belə məsəl var: "Artıq tamah baş yarar". Tamahının qurbanı olanlar, bəli, çoxdur; tanımadığı adam ona çoxlu, asan qazanc vəd edir, yaxud asanlıqla kredit almaq üçün bank adından kömək təklif edir, bu insan da inanır.

Cəmiyyətdə az-çox tanınmış, ictimai etibar qazanmış adamıq, banka gedirik, bank almaq istədiyimiz kreditin dəyərindən iki-üç dəfə baha olan, həm də likvid əmlakı girov götürür, hələ 3-4 nəfər zamin də tələb edir. Üstəlik zamin duracaq adamlar dövlət işində işləməli, maaşı yüksək olmalı və əməkhaqqını kartla almalıdır. Bütün bunları təmin etsən belə, son qərarı verən Kredit Komitəsi nəsə bir səbəb, ya da bəhanə tapıb kredit ayırmaqdan imtina edir.

Bəs onda necə olur ki, bir adam tanımadığı, bilmədiyi bir şəxsə, sadəcə, telefonla əldə etdiyi məlumatlar əsasında kredit ayırır?! Banka getməyə də ehtiyac olmadan. Üstəlik aşağı faizlərlə, indiki maliyyə bazarındakından çox-çox aşağı şərtlərlə.

Bütün bunlar heçmi şübhə doğurmaz?!

Şəhərdə hərəkət edərkən, yolu keçəndə sağa-sola baxıb keçirikmi? Ehtiyatlı olmaq lazım olduğunu bilirik. Güclü külək əsəndə, elektrik naqillərinin, yıxılmaq təhlükəsi olan ağacların altında dayanmırıq, sel təhlükəsi hiss edəndə, mümkün qədər daha hündür yerə çıxmağa çalışırıq və sair.

Bu da eyni situasiyadır. Şübhəli linkləri açmayacaqsan. Şübhəli zənglərə cavab verməyəcəksən. Deyək ki, cavab verdin, şəxsi məlumatlarını paylaşmayacaqsan. Hətta zəng edən sənin tanıdığın şəxsin nömrəsi olsa belə. Onun adından danışsalar belə. Sənə bir yaxınının qəzaya düşdüyünü, təcili pul lazım olduğunu deyib, karta göndərməyi tələb etsələr, aldanmayacaqsan. Təlaşa düşmək lazım deyil, sadəcə, adından istifadə olunan adamın özü ilə əlaqə saxlamaq, yaxud başqa imkanlarla məlumatı dəqiqləşdirmık gərəkdir. Yoxsa qəpik-qəpik yığdığınız pulu bir anda, bir düyməni basmaqla əlinizdən alacaqlar.

Bir ildə 22 milyon manatdan çox! Bu, bilirsiniz, nə deməkdir! Kibercinayətkarların bizi bu qədər asanlıqla aldada bilməsi deməkdir. 2024-cü ildə kibercinayətkarların bizi aldadıb, kartımızdan, hesabımızdan çəkdiyi məbləğ həmin il ərzində dövlət büdcəsindən Mədəniyyət Nazirliyinin saxlanmasına çəkilən xərcdən iki dəfə, Təhsil Nazirliyinin saxlanmasına ayrılandan üç dəfəyə yaxın çox vəsait deməkdir.

Kiberquldurların ələ keçirdiyi təkcə pullar deyil, onlar həm də insanların etibarını talayır. Arzularını, duyğularını talayır. Elə adamlar var, xəstə uşağının müalicəsi üçün, eləsi var, ağır xəstəlikdən xaricdə əməliyyat olunmaq üçün, ev almaq, ev tikmək, oğul evləndirmək, qız köçürmək üçün, daha nələr-nələr üçün yığdığı pulları itirib. İnsanların necə hisslər keçirdiyini, necə məyus olduğunu təsəvvür etmək çətin deyil. Aldadılmış olmaq çox ağır duyğudur; psixoloji olaraq insanı çpkdürür.

Dövlət də bunların fərqindədir. DİN-də Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi bu məqsədlə yaradılıb, vətəndaşları bu cür cinayətlərdən qorumaq üçün qanun çərçivəsində, səlahiyyətləri daxilində çalışır. Ancaq burda hər şey təkcə polisdən də asılı deyil. Bu haqda əvvəllər də yazmışıq.

Kibercinayətkarlar çox hallarda ölkə xaricində oturub, bu qanunsuz əməlləri törədir. Mürəkkəb texnoloji yeniliklərdən istifadə edirlər. Buna görə də bu tip cinayətkarlığa qarşı mübarizə aparmaq da asan deyil. Hamı bunun fərqində olsun gərək.

Zərərçəkənlər media olaraq bəzən bizə də müraciət edirlər, məsələnin içindəyik. Görürsən, dünən polisə şikayət edib, artıq bu gün nəticə istəyir. Bu gün səhər bizə zəng edib, axşam pulunu kartında gözləyir. Belə olmur axı. Bu, mümkün deyil. Hər halda həmişə mümkün olmur. Bəzən çox vaxt, resurs sərf etmək lazım gəlir. Elə bizdən də inciyən olur.

İnsanları, əlbəttə, başa düşmək olar: zərər görüb, kömək umur. Atalar demişkən, "uman yerdən küsərlər". Ancaq bu cinayət növü çox mürəkkəbdir. Onu açmaq, günahkarları tapmaq, dəyən zərəri ödətmək bir göz qırpımında olan iş deyil.

Ən əsası: zərər çəkməmək üçün ayıq-sayıq olmaq lazımdır. Dünya rəqəmsallaşır, kibercinayətkarlıq da transmilli səciyyə daşıyır. Bəzən bir əşya oğrusunu şəhərin içində axtarıb tapmaq uzun zanan alır. O da ola kibercinayətkarlıqla məşğul olanları tapmaq. Tapanda da, baxırsan, elə xarici ölkədə gizlənib ki, əlin çatmır. Başqa ölkənin vətəndaşıdır və sair. Çox çətinliklər çıxır.

Odur ki, insanlar gərək diqqətli olsunlar. Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin qarşısında daha məsuliyyətli, mürəkkəb vəzifələr var: bütövlükdə ölkənin, dövlət informasiya resurslarının və sair qorunması ilə məşğuldurlar. Başqa çox ağır və vacib işlər var, hamısını sadalamaq olmur. Ona görə cəmiyyətin də üzərinə iş düşür. Polisin borcu bizi qorumaqdır, doğrudur. Bəs bizim özümüzün özümüzü qorumaq borcumuz yoxdur?! Əlbəttə, var. Buna görə də bir-birimizi məlumatlandırmalıyıq. Dövlət üzərinə düşəni etməlidir. Banklar da həmçinin. Ancaq biz də daha tədbirli, daha çox məlumatlı olaq ki, kibercinayətkarlar bizi aldada bilməsinlər.

Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Fevral 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see391

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see324

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see300

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see298

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see298

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see268

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see259

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see251

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see235

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see225

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see212

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see211

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see210

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see210

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see192

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri