Icma.az
close
up
RU
Bir insanı sevməklə başlayır hər şey... Türkiyənin Çexovu adlandırılan yazıçı kim idi?

Bir insanı sevməklə başlayır hər şey... Türkiyənin Çexovu adlandırılan yazıçı kim idi?

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

18 noyabr tanınmış türk yazıçı Sait Faik Abasıyanıkın doğum günüdür.

Kulis.az bu münasibətlə Hilal Çavuşun yazısını təqdim edir.

Türk ədəbiyyatının müasir hekayə ənənəsinin önəmli nümayəndələrindən olan Sait Faik Abasıyanık 1906-cı ildə Adapazarı şəhərində anadan olmuşdur.

Abasıyanık hələ lisey illərində şeir və qısa hekayələrlə ədəbi şəxsiyyətini formalaşdırmağa başlamışdı. İlk dərc olunan hekayəsi “Uçurtmalar” “Milliyet” qəzetində çıxmış; daha sonra isə “Varlık”, “Ağaç”, “Servet-i Fünun”, “Uyanış, “Ses”, “Yeni Ses”, “Yaprak” və “Yenilik” dərgilərində yazı həyatını davam etdirmişdir. Bu prosesdə həm öz hekayəçi üslubunu yaratmış, həm də oxucu və ədəbiyyat çevrələri tərəfindən böyük maraq görmüşdür.

Varlı bir ailədə böyüməsinin nəticəsi olaraq maddi qayğı yaşamayan yazar, tam zamanlı yazıçı olana qədər türk dili müəllimliyi və ticarətlə də məşğul olmuşdur.

İntizam və qaydalara çox da bağlı olmayan Sait Faikin təhsili də həyatı kimi nizamsız keçmişdir. Onda müəyyən bir sərsərilik, qayğısızlıq açıq-aydın nəzərə çarpır.

Sait Faik bu bohem və azadruhlu xarakterini hekayələrində də əks etdirir. O, hekayələrində həyatdan, xüsusilə İstanbulun müxtəlif məkanlarından insanlara dair müşahidələrini və düşüncələrini sadə bir dillə çatdırır.

Burgaz adasını, İstanbulun ən qədim guşələrini və orada yaşayan insanları sanki göz önündə canlandırmışdır. Onun personajları xalqın içindən insanlardır və əsərlərində insan sevgisi daim özünü göstərir.

O, Türkiyədə modern hekayə ənənəsinin əsas təmsilçilərindən biri sayılır. Şeiriyyət, sadəlik və yazıya tökdüyü sevgi ilə isti, səmimi bir üslub yaratmış; yaxşı insanları yaxşılıqlarıyla, pis insanları isə pislikləri ilə olduğu kimi qəbul etmiş və sadə vurğularla təsvir etmişdir. Əslində, Sait Faik öz dünyasını və müşahidələrini qələmə almışdır.

Yazarın ədəbi şəxsiyyətinə dərindən baxdıqda onun yazı həyatını üç dövrə ayırmaq mümkündür. İlk dövr hekayələri “Semaver”, “Sarnıç” və “Şahmerdan” kitablarında toplanmışdır. Bu dövrün ümumi xüsusiyyətləri insan sevgisi və sadəlövh bir naşılıqdır. Bu mərhələdə yazarın yeni formalaşan dili və üslubu görünür.

İkinci dövr “Lüzumsuz adam” adlı hekayə kitabı ilə başlayır və “Son Kuşlar”a qədər davam edir. Bu ara dövrdə Abasıyanıkın dilində, üslubunda, hekayə qəhrəmanlarında və hekayələrin keçdiyi mühitdə böyük dəyişikliklər baş verir. “Sait Faik dili” adlandırılan o poetik və coşqulu üslub məhz bu dövrdə möhkəmlənmişdir. Daha çox çevik cümlələrdən və arqodan istifadə edərək özünəməxsus xalq dili yaratmışdır.

İlk hekayələrində rastlanan insan sevgisi mövzusu bu dövrdə yavaş-yavaş insan qorxusu, şəhər nifrəti və ümidsizliyə çevrilmişdir. Hətta son dövründə üstünlük təşkil edən sürrealist yanaşma ilə insanlardan uzaqlaşdığı aydın görünür. Son dövr yazılarında insanlardan və hətta İstanbuldan uzaqlaşaraq ondan nifrətlə bəhs etdiyi müşahidə olunur. “Alemdağda var bir ilan” kitabında daha fərqli formalar sınaması, cəmiyyətə və təbiətə alışılmamış bucaqlardan baxması bunu təsdiqləyir. Yazar dilinin, fikirlərinin və baxışının dəyişimini yazdıqlarında bizə göstərmiş, bir növ öz tarixini oxumağımıza şərait yaratmışdır.

“Yalnızlıq dünyanı doldurmuş. Sevmək, bir insanı sevməklə başlayır hər şey. Burada hər şey bir insanı sevməklə bitir.”

Sait Faik yazmaq həvəsi ilə həyatını formalaşdırmış və bu yolda özünəməxsus üslub yaratmış ədiblərdəndir. Kiçik yaşlarda şeirlə başlayan yazı həyatı zamanla hekayələrlə davam etmiş və türk ədəbiyyatında dərin izlər buraxmışdır. Yazar öz ifadəsiylə, nə tam bir hekayəçi, nə də tam bir şairdir: “Hekayələrimdə şeir qoxusu var deyirsiniz. Bir-iki dənə də şeir yazdım. İçində hekayə qoxusu var dedilər. Demək ki, mən nə hekayəçiyəm, nə də şair. İkisinin ortası qəribə bir şey. Nə edək, məni də belə qəbul edin”.

Sait Faik əsərlərini sadə, səmimi və xalqın anlayacağı dildə yazmağa çalışmışdır. Dil inqilabını dəstəkləyən yazarlardan biri olaraq bu fikrini “Akşam” qəzetində yayımlanan bir yazıda belə ifadə etmişdir: “Dilin dəyişməsi fövqəladə gözəl bir şey. Yeni ədəbiyyatçının müraciət etdiyi kütlə əski dili anlamır. Bu səbəbdən dilin dəyişməsi onsuz da lazım idi... Yeni fikirlər yeni qəliblər içində anlatılmalıdır. Yeni ədəbiyyatımız üçün dil inqilabını böyük bir şans və qazanc sayıram”.

Yazarın özünəməxsus poetik anlatımı, insan mərkəzli hekayə anlayışı və xalq dili ilə yazma məqsədi yazı həyatının ilk dövrlərində sərt şəkildə tənqid edilsə də, sonralar haqlı dəyərini tapmış və müasir türk hekayəsinə verdiyi danılmaz töhfələrlə bu günə qədər ədəbi mövqeyini qorumuşdur.

Sait Faik-in əsərlərində ən diqqət çəkən cəhətlərdən biri onun istifadə etdiyi mədəni elementlərin, yazarın şəxsiyyətini və dövrünü əks etdirməsidir.

“Türkiyənin Çexovu” adlandırılan yazıçı demək olar ki, bütün əsərlərində xalqdan biri olduğunu hiss etdirir...

Nərimanovun qeydləri kitab halında çap olunacaq Rəssamlıq Akademiyasında “Ahəng” adlı fərdi sərgi açılıb Gənc pianoçunun Berlində solo konserti keçirilib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 Noyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri