Icma.az
close
up
RU
Bir kərə yüksələn bayraq bir daha enməz!

Bir kərə yüksələn bayraq bir daha enməz!

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bugün böyük  ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. 

M.Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində dünyaya gəlib. O,  tanınmış ziyalı Sultan Məcid Qənizadənin rus-tatar məktəbini bitirdikdən sonra təhsilini Bakı texniki məktəbində davam etdirib və gənc yaşlarından çar rejiminə qarşı inqilabi hərəkata qoşulub, "Müsəlman Gənclik Təşkilatı" adlı gənc inqilabçılar dərnəyinə rəhbərlik edib. "Şərqi-Rus", "Hümmət", "Təkamül" və  digər qəzetlərdə dərc olunmuş yazılarında xalqa söz, mətbuat, azadlıqları verilməsi, vətəndaşların  hüquqlarının təmin olunması tələbləri ilə çıxış edir, xalqı maariflənməyə çağırıb.

M.Ə. Rəsulzadə Azərbaycan Xalq Cumhiriyyətinin  qurulmasında fəal iştirak edib, 1918-ci ildə mayın 27-də yaranan  Azərbaycan Milli Şurasının Sədri seçilib.

Mayın 28 - də isə Milli Şura Azərbaycanın müstəqil dövlət olduğunu bütün dünyaya bəyan  edib.

"İnsanlara hüriyyət, millətlərə istiqlal" amalı ilə fəaliyyətə başlayan Milli Azərbaycan hökumətində tez bir zamanda xeyli işlər görülür. Ordu yaradılır, sosial sahədə əsaslı islahatlar aparılır,  Azərbaycan türkcəsi dövlətin rəsmi dili elan edilir, dövlət simvolları– bayraq, himn, gerb qəbul edilir, orta və ali məktəblər açılır və Azərbaycan beynəlxalq aləmdə de-fakto olaraq tanınmağa başlayır.

Azərbaycan Xalq Cumhuriyyəti qalmaqallı ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bilir. Bolşeviklərin Bakıya hücumu nəticəsində Milli Azərbaycan hökuməti müvəqqəti olaraq süquta uğrayır.

Vətənin hüriyyət mücahidləri Vətəndən uzaq düşür. Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadə ömrunun axırına qədər muhacirətdə yaşayıb. Milli dövlətin süqutu onu çox sarsıldır və o, böyük təəssüf hissi ilə "Yazıqlar olsun ki, biz səpələnmiş etiqadımızla, "Bir kərə yüksələn bayraq bir daha enməz!" idealına afərinləri unutduq, canımız və malımız qorxusundan bu istiqlal bayragını bir bezə dəyişdirdik",– demişdir.

Amma nə vaxtsa bayrağın yenidən ucalacağına əmin olan uzaqgörən lider inam, ümid hissi ilə gənclərə üz tutaraq: "Ey gələcək nəsil! Ey gənclik! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq yaratdı. Onu min bir müşkülatla ucaldaraq dedi ki: "Bir kərə yüksələn bayraq bir daha enməz!" Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildir.  Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bir gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayragı təkrar o bina üzərinə dikəcək və bu yolda ya Şəhid, ya Qazi olacaqsan!"– deyə müraciət edir və bu sözlər qığılcım kimi ətrafa yayılaraq  sonrakı Azərbaycan müstəqillik hərəkatını alovlandırır, Vətənin igid oğulları  üçrəngli bayragı yenidən  dalğalandırmagı bacarır.

İndi o üçrəngli bayraq Azərbaycanın hər yerində, hətta Məhəmməd Əmin Rəsulzadənin ruhu dolaşan qardaş Türkiyə səmasında da dalğalanır, onun ruhuna dinclik gətirir.

Vətən həsrətli M. Ə. Rəsulzadə1955 -ci ildə martın 6-da Türkiyənin Ankara şəhərində son nəfəsində “Azərbaycan!" deyərək 71 yaşında dünyadan köçdü. Ankaranın "Əsri" məzarlığında dəfn edildı. Özü həyatdan köçsə də, onun milli ideologiyası, mübarizlik ruhu, müdrik kəlamları xalqına əbədi miras qaldı.  M. Ə. Rəsulzadə deyirdi: "Əqidə, amal və məsləki yolunda ölümünə hazır olub da nəfəsini fəda edən kəs böyükdür".

Ruhun şad olsun, böyük  insan!

Zülfiyyə Ziya
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Yanvar 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri