Icma.az
close
up
RU
“Bir kərə yüksələn bayraq bir daha enməz”106 Yeni Gündəm

“Bir kərə yüksələn bayraq bir daha enməz”106 Yeni Gündəm

Icma.az, Yenigundem portalına istinadən məlumat verir.

“Bu gün – 7 dekabr Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir. 106 il öncə bu gün Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ilk iclasını keçirib, müstəqilliyimizin və hürriyyətimizin rəmzi olan üçrəngli bayrağımızı ilk parlament binasının üzərində qaldırıb”.

Deputat həmçinin qeyd edib ki, 70 il ərzində səsləndirilməsi qadağan olunmasına baxmayaraq ürəklərdə yaşadılmış azadlıq düşüncələrində, müstəqillik arzularında və demokratiya xəyallarında qorunub saxlanmış “Bir kərə yüksələn bayraq bir daha enməz” məşhur kəlamı da ilk dəfə məhz o gün səsləndirilib.

“1991 – ci ildə xalqımız bütün qadağalara sinə gərərək hürriyyət bayrağımızı yenidən ucaltmaqla Azərbaycan xalqının istiqlal əzmini qırmağın mümkün olmadığını bütün dünyaya sübut etdi. Azərbaycan öz müstəqilliyini bərpa etdi və Ulu öndər Heydər Əliyevin sayəsində özünün dediyi kimi, …Azərbaycan dünyaya günəş kimi yenidən doğdu.”

Tariximizin bütün dönəmlərində Müstəqillik və Dövlətçilik hər bir Azərbaycanlı üçün uğrunda canını belə əsirgəməyəcəyi ən müqəddəs amal olmuşdur. Ona görə də bu gün ən böyük bayramlarımızdan biri kimi milli, dini, irqi mənsubiyyətindən və istənilən digər fərqlilikdən asılı olmayaraq hər bir Azərbaycanlı üçün müqəddəs bir tarixdir. Bu gün fərqli millətlərin və mədəniyyətlərin Azadlıq və Müstəqillik uğrunda vahid bir ailədə birləşdiyi Azərbaycan tarixinin bu günkü və gələcək nəsillərə qürur yaşadan şanlı səhifəsidir. Bu tarixi gün münasibətilə bütün xalqımızı təbrik edir, bayrağımızın həmişə ucalarda olmasını arzulayıram.

7 dekabrın tarixi əhəmiyyəti yalnız Vətənimiz Azərbaycanla məhdudlaşmır. 106 il öncə ilk Milli Məclisimizin öz işinə başlaması böyük türk dünyası tarixində və coğrafiyasında xalqın iradəsi ilə formalaşmış ilk parlament olmaqla bütün türk xalqlarının hər zaman qürur duyacağı tarixi bir nailiyyətdir. Bu baxımdan 106 yaşlı Azərbaycan parlamenti bütün türk xalqları üçün azadlıq, müstəqillik və türk demokratiyası və parlamentarizminin beynəlxalq miqyasda ilk təntənəsidir. 7 dekabr günü bütün türk xalqları üçün parlamentarizm və demokratiyanın inkişaf perspektivlərində hər zaman istinad edəcəyi müasir əsaslı türk dövlətçiliyi tarixinin başlanğıc günüdür. Ona görə də Azərbaycan parlamentinin 106- cı ildönümü münasibətilə bütün türk xalqlarını təbrik edir, dünyanın müxtəlif bölgələrində yaşayan bütün türk xalqlarına əbədi İstiqlal arzulayıram”.

Cavanşir Feyziyev

Millət vəkili, fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 08 Dekabr 2024 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri