Icma.az
close
up
RU
Bir Məbəd in bir ömürlük mabədi...

Bir Məbəd in bir ömürlük mabədi...

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Atalarımızdan mənəvi miras qalan deyim vardır ki, bəs "bir gecəlik söhbətin min gecə mabədi var". Burada işlənən "mabəd" ifadəsi davam edən, irəliləyən mənalarındadır. Bizim müqəddəs hesab etdiyimiz elm məbədi — Bakı Dövlət Universiteti də əsrdən artıq ömrünü elə yarandığı gündən şərəflə yaşamaqda və davam etdirməkdədir. Bir məqamı bəribaşdan qeyd edək ki, Haqq savaşımızdan sonra xalqın taleyində müsbətə doğru köklü dəyişikliklər, hər sahədə canlanma müşahidə olundu. Qalibiyyətin ucalığı, zəfərin müqəddəsliyi ilə xalq da mənəvi böyümüş oldu.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin Universitetimizin 103 illiyinə həsr etdiyi məqaləsində yazılır: Bu gün — ərazi bütövlüyünü bərpa etmiş, Qarabağda üçrəngli bayrağını ucaltmış müstəqil Azərbaycan dövlətinin vətəndaşı olmaq hər birimiz üçün şərəf və sonsuz qürur mənbəyidir. Müstəqilliyimizin memarı, ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı, müdrik rəhbərin siyasi kursuna sədaqətin simvolu möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın Şuşadan Zəngəzura istiqamətlənən Zəfər yolu davam edir. Qalib ölkənin 103 yaşlı ali təhsil müəssisəsinin — BDU-nun çoxminli kollektivi və tələbələri ölkəmizin bugünkü inkişafından, tərəqqisindən güc alaraq gələcəyə daha böyük inamla qədəm qoyur". Bu mənada Jurnalistika fakültəsinin məzunu Əsgər İsmayılovun Universitetimizin 105, Jurnalistika fakültəsinin 55 illik yubileyinə həsr etdiyi "Məbəd" adlı kitabın Haqq savaşından sonrakı illərdə işıq üzü görməsi, həmçinin tariximizin şərəfli anına təsadüf etməsi olduqca qürurlu və sevindiricidir. 

Onu da zəruri olaraq qeyd edək ki, kitabın içərisində Haqq savaşının davam etdiyi zamanlarda müəllifin ərsəyə gətirdiyi yazıların bir qismi də vardır ki, bunlara "Qərənfilin "qara" taleyini ağ günə çıxaran Xarıbülbül", "Dirçəlişin mübarək, Qarabağ!", "Xarıbülbülün yarı Şuşa" və digər yazıları göstərə bilərik. Vurğulayaq ki, 352 səhifəlik "Məbəd" adlı toplu "Mimta yayımları"nda çapdan çıxmışdır.

Nəfis tərtibatlı kitabı bizə doğmalaşdıran bir çox məqamlar vardır. Burada — kitabda professor Cahangir Məmmədli imzasını rəyçi kimi görürük. Ustad müəllimimizin "Bədii publisistikaya sevgi misalı" başlıqlı yazısında qiymətli fikirlər yer alır: "Əsgər İsmayılov lap elə birinci kursdan peşəkar jurnalist kimi tanınmaqdadır. Onun məhsuldar publisistikasında mövzuya orijinal yanaşma üslubu var. Çeşidli mövzularda qələmə aldığı saysız-hesabsız esseləri media sistemində özünü az qala hər gün göstərməkdədir. Dünənki tələbəmizin, bugünkü məzunumuzun jurnalistikaya sevgisi daha çox klassik publisistlərimizə olan sonsuz marağından doğmuşdur. Ona görə də onun Mir Cəlal Paşayev haqqında "Ədəbiyyat xalısına mənəviyyat ilmələri ilə naxış vuran ədib", Mirzə Cəlil barədə "Ədəbiyyatımızın əbədiyyət qazanmış ədəbli ədibi" və bu səpkidə digər esselərini qələmə almağı təsadüfi deyil.

Onun Mirzə Cəlil haqqındakı yazısından bir misal çəkmək istərdim: "Cəlil Məmmədquluzadə bu gün də yaşayır. O, təkcə öz dönəminin deyil, həm də gələcək dönəmlərin mirzəsidir – Mirzə Cəlilidir. Doğulduğu zamanın, ozamankı nəslin müasiri olmaqla bərabər, həm də bugünkü zamanın müasir nəslinin müasiridir". Klassiklərə sevgi ilə yanaşan tələbəmiz elmi-publisistik üslubun sabaha aparan yollarında inamla addımlamaqdadır". Onu da qeyd edək ki, "Məbəd"imizin — fakültəmizin ən əvvəl "tələbə dostu" olaraq tanınan ismi, mətbuat araşdırmaçısı və Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu kitabın redaktorudur. Kitabın hər səhifəsini vərəqlədikcə Samir müəllimin zəhməti görünür.

Əsas məqam da odur ki, işinin çoxluğuna baxmayaraq, Samir Xalidoğlu hər addımda tələbənin yanında olur. Bu dəfə isə nəinki tələbə, hətta məzun müəlliflə birlikdədir. Bu məqamda bir məsələyə diqqət yetirsək, düşünürəm ki, yerinə düşmüş olar. Kitabda məbədimiz haqqında yer alan yazılardan birində oxuyuruq: "Çoxmilyonlu xalqın milli sərvətlər sistemində yeri olan Bakı Dövlət Universiteti tarixin çətin sınaqlarından şərəflə çıxmış, yenilməz qayatək əsrlərə sinə gərməyi bacarmışdır. Elm ocağı həm də bənzətdiyimiz "yenilməz qaya" timsalında öz batinində hər zaman xalqın milliliyini, kimliyini qoruyub saxlamışdır". Ümumilikdə, nəinki bu sətirlər, hətta bütün yazılarda kitab qoxusu ilə bərabər, həm də milli ruhun təzahürü, ənənəvi mətbuatın klassik təmizliyi, təravəti Bakı Dövlət Universitetinə və Jurnalistika fakültəsinə yaraşan tərzilə görünməkdədir. Bu kitabın bir doğmalığı da milli-mənəvi dəyərlər sistemində köklü yeri olan milli mətbuatımızın 150 yaşı ərəfəsinə təsadüf etməsidir. Habelə, elektron nəşrlərin kitabları əvəz etdiyi bir zamanda çap olunması da olduqca sevindiricidir. Təbii ki, kitabda yer alan yazıların bəziləri (çox az qismi) qəzet və jurnallarda dərc olunub.

Bunlara "Bütöv Azərbaycan"ı, "Ədalət"i,"525-ci qəzet"i misal çəkə bilərik, ancaq ümumilikdə çoxluq saytların payına düşür. Bu da təbii haldır. Bu mənada kitabın çapı həm də yazıları elektron daşıyıcılardan oxumağa məcbur olan tələbələr, xüsusilə də günün çox hissəsini kompüter önündə keçirməli olan insanlar üçün də əhəmiyyətlidir. Buna görə biz müəllifə, əlbət ki, fakültə müəllimlərinə, Ustad Cahangir Məmmədliyə, doğma Samir Xalidoğluya minnətdarlığımızı həm də öz adımızdan — "Məbəd"in oxucusu və tələbəsi olaraq bildiririk. Sonda isə müəllifə ünvanlı fikirlərimi bir daha qeyd edirəm: Sənin qələmindən çıxan sözlər həmişə ürəklərə yol tapıb, amma indi bu sözlər 5 ildə ərsəyə gətirdiyin və  "Məbəd" adlandırdığın hamımıza doğma olan kitabın simasında əbədi yaşamağa başlayır.

Bakı Dövlət Universitetinin 105, Jurnalistika fakültəsinin 55 illiyinə həsr etdiyin və təsadüfdən, yoxsa zərurətdənmi mətbuatımızın 150 yaşı astanasında ərsəyə gələn toplu sənin yaradıcılıq məbədinə atdığın möhtəşəm imzadır. Bu kitab yalnız sənə məxsus deyil, o həm də jurnalistika sənətinə, qələmin müqəddəsliyinə, səmimi düşüncələrin gücünə verilən ən gözəl hədiyyədir. Oxucuların sənin fikirlərindən ilham alacaq, sözlərinin arxasındakı dərinliyi görüb sənin yaradıcılıq aləminə heyran qalacaqlar. Sənə hər zaman bu məbəddə işıq saçan bir qələm sahibi olmağı arzulayıram. Qoy bu ilk addımın sənə uğurlar gətirsin, fikirlərinin dünyası hər zaman parlaq və təsirli olsun. Səninlə qürur duyuram və sənin kimi dəyərli bir dostun yanında olmaq mənim üçün böyük şərəfdir!

Ayxan İbişov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 02 Aprel 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see329

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see299

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see286

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see283

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see274

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see253

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see241

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see237

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see229

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see207

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see206

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see199

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see198

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see197

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see195

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see192

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see190

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see186

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri