Icma.az
close
up
RU
Bir sevgi, bir şəhid, bir ömürlük sədaqət

Bir sevgi, bir şəhid, bir ömürlük sədaqət

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Gerçək həyat hekayəsindən bəhs edən bu oçerk şəhid Azad Abbasovun əziz xatirəsinə ithaf olunur

Bakı, 14 may, Təhminə Verdiyeva, AZƏRTAC

Tarixin yaddaşı çox zaman silahların səsi ilə deyil, qəlbin səssiz çağırışı ilə yazılır. Bəzən bir insanın həyat yolu bir xalqın əzmini, bir millətin sevgisini və ağrısını özündə daşıyır. Həqiqi qəhrəmanlar haqqında yazmaq təkcə bioqrafiyanı təqdim etmək deyil – bu, həm də ruhun sözlərdə yaşayan izini qorumaq cəhdidir. Əgər sevgi və Vətən hissi bir qəlbdə birləşibsə, o ömür artıq sıradan deyil, bir məbədin daşına çevrilmiş hekayədir. Uilyam Şekspir demişdi: “Amal sevgi uğrunda ölmək deyil, uğrunda ölünəcək sevgini tapmaqdır”. Azad Abbasov bu fikrin canlı təcəssümüdür. O, həm yaşamağa, həm də ölməyə dəyəcək sevgini tapmışdı. Hər şey bir ömrün içində yaşanan anların xatirəsi ilə başlayır. AZƏRTAC bu gerçək hekayə vasitəsilə sevginin, sədaqətin və Vətənə bağlılığın nə demək olduğunu bir daha xatırladır.

Hər şey adi bir gündə, sadə bir qarşılaşma ilə başladı. Günəşli bir gündə Beyləqan səhərində üzüm bağlarının arasında iki gəncin - Azad və Nuriyyənin yolları kəsişdi. Nuriyyə üzüm yığımı üçün gəlmişdi, Azad isə Mil üzümçülük sovxozunda zəhmətkeş bir gənc kimi çalışırdı. Təbiət onların şahidi olmuşdu. Ağaclar, torpaq, hava – hamısı pıçıldayırdı: “Bu sevgi fərqlidir…”

Azad adı kimi ruhu da azad olan bir gənc idi. Gözlərində dərin və sakit bir duyğu, səsində isə inam vardı. Nuriyyə isə bahar kimi çiçəklənən, gözlərində günəş parlayan bir qız idi. Onların sevgisi sadə görünə bilərdi, amma bu sevgi taleyin yazısı idi. Qələmi qismət, mürəkkəbi qəlb olan bir yazı…

Azad sovet ordusunda xidmət etmiş, sonra isə doğma Vətəninə qayıtmışdı. Lakin 1990-cı illərin ağır günlərində Vətən oğullarını səsləyirdi. Azadın qəlbində bir tərəfdə Nuriyyəyə olan sevgisi, digər tərəfdə isə torpağa olan borcu dayanırdı. Seçim etmədi. Çünki bilirdi ki, Vətən olmayacaqsa, sevgi də yaşaya bilməz. O, könüllü olaraq Milli Ordu sıralarına qoşuldu. Beyləqan üzünümüdafiə batalyonunun tərkibində Əmiralılar, Kuropatkino, Muğanlı kəndlərində döyüş yolu keçdi.

Sevgisini ürəyində daşıdı. Nuriyyə isə onu gözlədi. Hər səhər dua ilə başlayırdı. Azadın sağ-salamat qayıdacağı ümidi ilə. Ta ki mart ayına qədər… Xəbər gəldi, Azad döyüşdə şəhid olub…

Bəzən bir xəbər bir ömürlük sükuta səbəb olar. Nuriyyənin həyatı həmin gündən dayandı. Sevdiyini, arzularını, gələcəyini – hər şeyini itirmişdi. Amma bu acını sükutla yaşadı. Ağlamadı, dünyaya kin bəsləmədi. Sadəcə səssizcə yaşadı, əgər buna yaşamaq demək olarsa… Bu sükutda ömürlük sədaqət vardı. O, heç vaxt ailə həyatı qurmadı. Heç bir ocağa gəlin olmadı. Bu, qadın sədaqətinin, sevgi fədakarlığının və ruhən yaşamağın gerçək hekayəsi idi.

Hazırda Nuriyyə 50 yaşındadır. Cəlilabad rayonunun Çinar kəndində yaşayır. Onun həyatı bir qəbir daşının başında susaraq danışmaq, bir tarixdə ruhən qovuşmaq və bir sevgini illərlə yaşatmaqdır.

Azad bir tarixdir – bir qızın sevdiyi, bir torpağın yetirdiyi, bir millətin yaşatdığı qəhrəman. Bəzən insanlar ölər, adları unudular. Amma bəzi adlar – sevgi, sədaqət və şəhidliklə yazılan adlar əbədiyyətə çevrilər.

Bu hekayə bir sevginin deyil, sevgi ilə Vətənin necə bir-birinə toxunduğunun hekayəsidir. Əgər bir sevgi ruhda yaşayırsa, o sevgi də, o insan da heç vaxt ölmür.

Sevgi nədir? – deyə soruşsanız, cavab buradadır:

Azad bir sevginin, bir Vətənin, bir qadının ömürlük sədaqətinin adıdır.

Nuriyyə isə Azadsız bir həyatda sədaqətli yaşamağın nümunəsi…

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see271

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see264

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see256

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see250

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see239

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see238

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see238

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see232

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see228

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see227

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see223

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see222

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see210

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see208

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see205

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see201

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see201

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see200

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see195

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri