Icma.az
close
up
RU
Bir məqsədim də Azərbaycan futbolunu daha yaxından tanımaqdır Fənərbaxça nın sabiq forvardı Bakıda

Bir məqsədim də Azərbaycan futbolunu daha yaxından tanımaqdır Fənərbaxça nın sabiq forvardı Bakıda

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Bosniya və Hersoqovina futbolunun əfsanəsi, "Fənərbaxça" və "Qalatasaray"ın keçmiş hücumçusu Elvir Boliç Sportal.az saytına müsahibə verib.

- Sizi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında görmək xoş sürpriz oldu...

Təşəkkür edirəm. Minifutbol üzrə Bosniya və Hersoqovina millisinin direktoruyam. Komandaya dəstək olmaq üçün buradayam. Həm də mənim şirkətim minifutbol millisinin sponsorlarından biridir.

- Vaxtı ilə böyük klublarda oynamısınız, tanınmış futbolçusunuz. Bakıda insanlar sizi tanıyırmı?

20-25 il əvvəl futbol oynasam da, hələ də tanıyanlar var. Restoranda, oteldə insanların məni tanıması təəccübümə səbəb oldu.

- Azərbaycan Türkiyə futbolu çox sevilir, “Fənərbaxça”nın da azarkeşləri çoxdur...

Bəli, bunu bilmirdim (gülür). Dediyim kimi, insanların Bakıda məni tanıması xoş sürpriz oldu. Gördüyüm qədər ilə Azərbaycan və Türkiyə çox yaxındır. Oteldə televizorda da türk kanalları var idi. 

- “Qalatasaray”da qısa müddət oynasanız da, əsas uğurlarınız “Fənərbaxça” ilə bağlıdır. Sizcə, İstanbul klubunun son illərdəki uğursuzluğu nədən irəli gəlir?

Bunu demək çox çətindir. Bəli, “Qalatasaray” son illər dominantlıq edir. Onları zirvədən salmaq heç də asan deyil. Futbolda belədir, bir dönəm elə olur, sonrakı dönəm başqa cür. İnanıram ki, tezliklə “Fənərbaxça” böyük uğurlara imza atacaq. Lakin bu, heç də asan başa gəlməyəcək. 

- Futbolçu karyeranızı bitirdikdən sonra qısa müdət Bosniya və Hersoqovina millisində məşqçi kimi çalışsanız da, sonradan bunun ardı gəlmədi. Niyə məşqçi kimi fəaliyyət göstərmək istəmədiniz?

Xeyr, daha sonra məşqçi kimi çalışmadım. Bir qədər ailəmə daha çox vaxt ayırmaq istədim. Məşqçi işi çox çətindir. Amma futboldan tam kənar olduğumu söyləməzdim. Yerli birinciliyi, Türkiyə, İspaniya çempionatlarını yaxından izləyirəm. Oğlum da futbol oynamağa başladı. 

- Son illər dünya futbolunda fantastik pullar dövr edir. Oyunçulara 100, 150, 200 milyon dollar ödənilir. Elvir Boliç indiki dövrdə futbol oynasaydı, transfer dəyəri nə qədər olardı?

Çox fərqli olardı (gülür). Yadımdadır, “Fənərbaxça”da ilk mövsümdə 24 qol vurdum, ikincidə isə 23. Dedilər ki, niyə bu il az fərqlənmisən? Halbuki indi baxıram cəmi 15-16 qol vururlar. İndi fərqlidir, demək olar ki, hər şey daha biznesə bağlıdır. Çempionlar Liqasında final oynamaq istəyirsənsə, çox böyük pullar xərcləməlisən. Müasir futbolda pul çox əhəmiyyətlidir. Məncə, bir qədər şişirdilib. 

- Azərbaycan futbolunda tanıdığınız kimsə varmı?

Konkret kimisə tanımıram. Yalandan nə deyim. Amma ümumi məlumatım var. Elə Bakıya gəlməkdə bir məqsədim də Azərbaycan futbolunu daha yaxından tanımaqdır. Bilirəm ki, ölkə futbolunun inkişafı üçün çalışırlar. Şəhəri gördüm, çox bəyəndim. Azərbaycan, Bakı haqda hamı müsbət danışır.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://sportal.az
archiveBu xəbər 24 May 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see130

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri