Icma.az
close
up
RU
Bir millət, iki sahil, bir qəzəb: Güney Azərbaycanın azadlıq çağı başlayır

Bir millət, iki sahil, bir qəzəb: Güney Azərbaycanın azadlıq çağı başlayır

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Azərbaycan xalqı tarix boyu çox mürəkkəb sınaqlardan keçib. Bu xalqın taleyində elə məqamlar olub ki, həmin hadisələr təkcə bir regionun, bir ərazinin deyil, bütöv bir millətin siyasi yaddaşında dönüş nöqtəsinə çevrilib. Naxçıvan Muxtar Respublikasının ərazisinə qarşı həyata keçirilmiş dron hücumu da məhz belə hadisələrdən biridir. Bu hadisə təkcə hərbi təxribat deyil, həm də regionda formalaşmış siyasi münasibətlər sisteminin mahiyyətini açıq şəkildə ortaya qoyan təhlükəli və məsuliyyətsiz addımdır.
Azərbaycan dövləti müstəqilliyini bərpa etdiyi gündən etibarən regionda sabitliyin qorunmasına çalışan, qonşularla münasibətlərdə qarşılıqlı hörmət və əməkdaşlıq prinsipinə sadiq qalan dövlət kimi çıxış edib. Azərbaycan heç vaxt öz ərazisini başqa ölkələrə qarşı istifadə etdirməyib və heç bir dövlət üçün təhlükə mənbəyi olmayıb. Bu siyasət təkcə diplomatik xətt deyil, həm də Azərbaycan dövlətçiliyinin mənəvi prinsipidir. Azərbaycanın İranla münasibətlərində də bu prinsip özünü dəfələrlə göstərib. İranın ali rəhbərinin vəfatı zamanı Azərbaycan dövlətinin nümayiş etdirdiyi siyasi və insani mövqe bunun bariz nümunəsidir. Dövlət başçısının dərhal başsağlığı verməsi, səfirliyin ziyarət olunması və humanitar yardım məsələsinin gündəmə gətirilməsi Azərbaycan dövlətinin humanizm və qonşuluq dəyərlərinə nə qədər sadiq olduğunu göstərir.
Lakin təəssüf ki, Tehran rejimi bu münasibətin qarşılığında səmimi siyasi mövqe nümayiş etdirmək əvəzinə, tamamilə fərqli və riyakar siyasət yürütməkdə davam edir. Naxçıvan ərazisində mülki vətəndaşların istifadə etdiyi infrastruktura qarşı dron hücumunun təşkil edilməsi artıq yalnız hərbi məsələ deyil, bu, beynəlxalq hüququn açıq şəkildə pozulması və dinc insanlara qarşı yönəlmiş təhlükəli addım kimi qiymətləndirilməlidir. Mülki infrastrukturu hədəf almaq hərbi gücün göstəricisi deyil, əksinə siyasi və mənəvi acizliyin açıq ifadəsidir. Tarix göstərir ki, Azərbaycan dövlətinə qarşı yönəlmiş hər bir təxribat gec-tez öz müəlliflərinə qarşı çevrilib. Azərbaycan xalqı təzyiq qarşısında geri çəkilən xalq deyil. Bu xalqın tarixində çox böyük imperiyalar, siyasi sistemlər və ideologiyalar gəlib keçib, lakin Azərbaycan xalqı öz varlığını, kimliyini və dövlətini qorumağı bacarıb. Bu gün də həmin tarixi iradə dəyişməz olaraq qalır.
Bu hadisənin daha dərin və strateji tərəfi isə İran daxilində baş verən siyasi və sosial proseslərlə bağlıdır. Tehran rejimi uzun illərdir ki, öz ölkəsində yaşayan milyonlarla azərbaycanlıya qarşı sistemli diskriminasiya siyasəti həyata keçirir. Dil hüquqlarının məhdudlaşdırılması, milli mədəniyyətin sıxışdırılması, ictimai fəalların təqib edilməsi və azərbaycanlıların siyasi həyatdakı rolunun minimuma endirilməsi bu siyasətin əsas elementləridir. Güney Azərbaycanda yaşayan soydaşlarımız uzun illərdir ki, öz milli kimliklərini qorumaq üçün böyük mübarizə aparırlar. Bu mübarizə təkcə siyasi mübarizə deyil, həm də mədəni və mənəvi mübarizədir. Ana dilinin qorunması, milli mədəniyyətin yaşadılması və tarixi kimliyin saxlanılması uğrunda aparılan bu mübarizə artıq bütün regionun diqqətini cəlb edən prosesə çevrilib. Məhz buna görə də Tehran rejimi azərbaycanlıların milli oyanışından qorxur. Çünki İranın daxilində yaşayan milyonlarla azərbaycanlı bu ölkənin siyasi və demoqrafik strukturunda çox böyük rol oynayır. Bu reallıq Tehran rejiminin ən böyük qorxularından biridir.
Naxçıvana qarşı həyata keçirilmiş hücum təkcə hərbi və siyasi addım deyil, eyni zamanda İran daxilində mövcud olan dərin siyasi böhranın əlamətidir. Tarixdə çox dəfə belə olub ki, daxili problemlərlə üzləşən rejimlər diqqəti yayındırmaq üçün xarici gərginlik yaratmağa çalışıblar. Tehran rejiminin bu addımı da məhz belə bir siyasi psixologiyanın nəticəsi kimi görünür. Lakin tarix başqa bir həqiqəti də göstərir. Rejimlər çox zaman daxili ziddiyyətlərin və xalqların azadlıq istəyinin qarşısında dayana bilmirlər. Bu gün regionda baş verən siyasi proseslər, İran daxilində artan narazılıqlar və sosial gərginliklər göstərir ki, mövcud siyasi sistem ciddi sınaq qarşısındadır. Cənubi Azərbaycanda yaşayan milyonlarla azərbaycanlı bu proseslərin mərkəzində dayanır. Onların hüquqları, milli kimlikləri və gələcəkləri artıq təkcə regional məsələ deyil, daha geniş siyasi və tarixi kontekstdə müzakirə olunan məsələyə çevrilib.
Araz çayı bir xalqı iki dövlət arasında ayıra bilər, lakin bir millətin yaddaşını, dilini və mədəniyyətini ayırmaq mümkün deyil. Tarix boyu bu həqiqət dəfələrlə özünü göstərib. Azərbaycan xalqının taleyi də məhz bu tarixi həqiqətin üzərində formalaşıb. Bu gün Naxçıvana qarşı həyata keçirilmiş hücum təkcə hərbi təxribat kimi deyil, həm də böyük siyasi səhv kimi tarixə düşəcək. Bu addım regionda yeni siyasi suallar doğurur və bu sualların cavabı yalnız bir hadisə ilə məhdudlaşmır. Tarix bəzən xalqlara nadir imkanlar verir. Belə məqamlar yüz ildə bir dəfə yaranır. Bu gün regionda baş verən proseslər də məhz belə bir tarixi mərhələnin başlandığını göstərir. Azərbaycan xalqı öz tarixini yazmağı bacaran xalqdır. Bu xalqın yaddaşında çox ağır sınaqlar var, lakin həmin sınaqlar onu zəiflətməyib, əksinə daha da gücləndirib.
Bu gün də həmin tarixi iradə yaşayır. Tarix isə gec-tez hər kəsin qarşısına öz hökmünü qoyur və həmin hökmün yazıldığı günlər artıq uzaqda deyil.
Adəm İsmayıl Bakuvi,
Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Mart 2026 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri