Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Bir müsahibənin 3 yalanı...

Bir müsahibənin 3 yalanı...

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Demokratiya yalan üzərində oyun qurmaq, insanları tora salmaq və ondan öz məqsədlərin üçün istifadə etmək deyil. 

Onun əsasını insan azadlığı və bərabərliyi, sosial-siyasi dəyərlərin dərkini təşkil edir. 

Bəs yalanla manipulyasiya etmək demokratiyadırmı? Təəssüf ki, destruktiv qüvvələr demokratiyanı belə öz təməl prinsiplərindən uzaqlaşdıraraq, müxtəlif yalanlarla insanların inamını manipulyasiyaya cəhd edirlər. İnsanlara yalan söyləməklə, onun inamını qırmaqla, ümidini üzməklə isə özlərinin böyük bir zərbə aldıqlarının fərqində olmadan günlük siyasi şoulara aludə olurlar. 

Əli Kərimli 30 illik müxalifətçilik həyatının bütün dövrlərində həmin yalanlarla xalqı da, ətrafındakıları da uçuruma doğru itələməyə çalışır. İllərdir bu etdiklərindən bir an da geri durmayıb. 

Səhvlərinə, xalqın düşüncələri ilə manipulyasiya etməsinə görə onu qınayanları da müxalifətə müxalifətçilikdə suçlayır. Amma söylədikləri ilə faktların üst-üstə düşməməsinə görə insanların müxalifətə inamının qırılmasının məsuliyyətini dərk etmək istəmir.

Müxalifətçilik həqiqət hesab etdiklərini söyləmək, inanıb-inanmamaq isə insanların seçimidir. İnsanlara isə həqiqət əvəzinə yalan deyiləndə və o yalanların üstü açılanda müxalifətə olan inam itir. 

İndiki durum belədir. Azərbaycan insanı, seçicisi müxalifətə inanmaq istəmir. Əli Kərimli xalqın müxalifətə inanmamasında o qədər böyük paya sahibdir ki, sıralamaqla bitməz...

Əli Kərimli “mən sosial şəbəkələrdə iqtidardan da güclüyəm” dediyi elə həmin platformada illərdir xalqa yalan deyir. Bu platformaların iştirakçılarının sayı isə 5-10 nəfər yox, milyonlarladır. Onlar bu yalanların müqabilində Əli Kərimliyə baxıb, bütün müxalifəti dışlayırlar.

Müxalifət adına özündən başqa heç kimi yaxın buraxmayan, iddia edənləri özünün də etiraf etdiyi kimi, hamıdan güclü olduğu sosial platformalarda linç etdirən Əli Kərimlinin yalanlarını eşitməkdən bezən xalq onun bədəlini müxalifətə ödətdirir. Çünki insanlar müxalifətdən yalan yox, ideya, çıxış yolları, yeni fikir istəyir, əvəzində isə yalan eşidir. 

Bütün bunları bir kənara qoyub, Belarus müxalifətini təmsil edən “Xartiya 97”-ə müsahibəsində Əli Kərimlinin bizim diqqətimizi çəkən 3 yalanına münasibət bildirməklə sözümüzün canına keçək...

Birinci yalan

Əli Kərimli deyir ki, 5 ilə yaxındır, evində internet blokadasında saxlanılır: “Hətta mobil telefonum da yalnız gündüzlər səhər saat 8-dən, axşam saat 8-ə qədər işləyir”. 

Hər gün azı 2-3 dəfə “Facebook”-da, “TikTok”-da, “YouTube” platformasındakı müxtəlif kanallarında ancaq Əli Kərimli danışır, status paylaşır. İnterneti olmayan adam bunu necə edə bilir? Bu nə sirri-xudadırsa, bunu ancaq Əli Kərimli bilir. Bu sirri-xudanı Əli Kərimli xalqa da desəydi, insanlar müxtəlif internet provayderlərinə ayda 25 manat ödəməzdilər. 

Bu yerdə sual yaranır: Sənin internetin necə yoxdur ki, həftə səkkiz, mən doqquz müsahibələrdəsən? 
İndi bunu oxuyan, eşidən, dinləyən insanlar müxalifətə necə inansın?

İkinci yalan...

“Baxmayaraq ki, ölkədə azad mətbuat çoxdan ləğv olunub, biz sosial şəbəkələrin köməyi ilə ictimai rəydə rejimdən daha güclüyük”,- deyir. 

Azad mətbuat deyiləndə Əli Kərimli kimi və nəyi nəzərdə tutduğuna aydınlıq gətirmir. Azad media necə olmalıdır? Azad media söyüş yazmalı, ya qarğış etməlidir? Əli Kərimlinin təbirincə, azad media onun müxalifət olaraq etməli olduğunu, daşımalı olduğu yükü öz çiyninə götürməli və hakimiyyətə qarşı özünə döyüş səngəri düzəltməlidir. 

Necə ki, Azərbaycana qarşı xaricdən, müxtəlif mərkəzlərdən maliyyələşənlər edirlər, eynən elə. Amma bu azad media olmur axı! 
Özünü müxalifət lideri adlandıran adam yerli medianı izləmir. 

İzləsəydi görərdi, istər televiziyalarda, istər yazılı və ya onlayn mediada gündə onlarla yazı, xəbər, məqalə yazılır ki, bu da ölkədəki çatışmazlıqlar, problemlərlə bağldır. Azad media bu deyilmi? İnsanların sosial durumundan, müxtəlif sahələrdəki monopoliyalara qədər yazılan vəzifəsindən asılı olmayaraq, ayrı-ayrı məmurlar tənqid olunurlar. Bu tənqidlər isə hüquq çərçivəsində, qanunvericiliyə və peşə etikasına uyğun olduğundan nə cəzalanan olur, nə də qadağalar tətbiq olunur. Kimsə sui-istifadəyə cəhd edirsə, bu, başqa məsələdir. 

Üçüncü yalan...

Əli Kərimli yenə həmin müsahibəsində deyir ki, "konstruktivləşdirilmiş" müxalifət partiyaları da ölkə başçısına tabedir. Əli Kərimlinin düşüncəsinə görə, müxalifət ancaq söyüş söyməli, qaraya da qara, ağa da qara deməlidir. Dövlətin, xalqın taleyüklü məsələlərində belə hakimiyyətə zidd getməli və öz məsuliyyətini dərk etməməlidir. Necə ki, bunu Əli Kərimli özü edir.

44 günlük Vətən müharibəsində, bir günlük antiterror əməliyyatı zamanı, hətta təyyarəmiz Rusiya səmasında vurulanda belə, Əli Kərimli məhz o mövqedə dayandı. Yəni "konstruktivləşmədi”, əksinə, həmişəki kimi destruktivləşdi...

Əli Kərimlinin təbirincə, siyasi təşkilat ancaq destruktiv olanda əsl müxalifət olur. 

Əli Kərimlinin bu xalqa 30 ildir söylədiyi ancaq budur. Bu çeynənmiş fikirlər, oxunmuş bayatılar isə insanları bezdirib. Ona görə də müxalifətə dəstək vermir. Əli Kərimli isə etdikləri ilə bütün müxalifəti öz gününə qoyub...

Rəfail Becanov
“Cebehinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Yanvar 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri