Icma.az
close
up
RU
Bir neçə günə 30 yaşını tamamlayan şəxs hərbi xidmətə getməlidirmi? VƏKİL AÇIQLADI VİDEO

Bir neçə günə 30 yaşını tamamlayan şəxs hərbi xidmətə getməlidirmi? VƏKİL AÇIQLADI VİDEO

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda hərbi xidmətlə bağlı yaş həddi, çağırış qaydaları və məsuliyyət məsələsi daim ictimai maraq doğuran mövzulardandır.
Avtosfer.az xəbər verir ki, xüsusilə 29 yaşında çağırış vərəqəsi alan, lakin cəmi bir neçə həftə sonra 30 yaşı tamam olacaq şəxslər arasında bir sual tez-tez gündəmə gəlir: əgər bu şəxs xidmətə getməsə, onu hansı hüquqi nəticələr gözləyir?
Bəzi vətəndaşlar hesab edir ki, 30 yaş tamam olduqdan sonra artıq hərbi xidmət öhdəliyi qüvvədən düşür və bu səbəbdən çağırışa getməmək cəzasız qala bilər.  Belə halda xidmətə getməmək hansı məsuliyyəti doğurur – cərimə, yoxsa cinayət işi?


Məsələ ilə bağlı vəkil Kamandar Hüseynov Avtosfer.az-a bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 12.3-cü maddəsində qeyd olunur ki, vətəndaşlar hərbi xidmətə çağırış komissiyalarının qərarı əsasında ildə dörd dəfə – yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar:
“Həmin qanunun 23-cü maddəsinə əsasən, müxtəlif səbəblərdən hərbi xidmət keçməmiş və 30 yaşı tamam olmuş vətəndaşlar artıq hərbi xidmətə çağırışdan azad olunurlar. Lakin vətəndaşın 30 yaşı tamam olmamışdan əvvəl çağırışdan yayınması Cinayət Məcəlləsinə görə məsuliyyət yaradır. Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq – yəni növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırmaq 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Yayınma dedikdə, vətəndaşın:
    •    tibbi müayinədən yayınması,
    •    müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınması,
    •    toplanışlara və ya səfərbərlik üzrə çağırışlara getməməsi başa düşülür.

Eyni zamanda, yayınma “fərarilik” (xidmətdən qaçma) ilə eyniləşdirilməməlidir”. 
Vəkil qeyd edib ki, Cinayət Məcəlləsinin 334.1-ci maddəsinə görə isə, artıq hərbi qulluqçu statusu almış şəxs – yəni xidmətdə olan hərbiçi – əgər xidmətdən 3 aydan artıq müddətə hərbi hissədən və ya xidmət yerindən özbaşına getmiş və ya geri qayıtmamışsa, bu halda o, 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum edilə bilər: 
“Vətəndaşın hərbi çağırışdan yayınması üçün yalnız ona möhlət verildiyi hallar əsas ola bilər. Əgər vətəndaş ailə vəziyyətinə, sağlamlıq durumuna, təhsilinə və ya qanunla müəyyən edilmiş digər hallara görə möhlət hüququna malikdirsə, bu zaman ona möhlət verilə bilər. Möhlət hüququ olmayan şəxslər isə mütləq şəkildə çağırışda iştirak etməlidirlər. Əks halda, bu hal hərbi xidmətdən yayınma kimi qiymətləndirilir”.


Fidan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Oktyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri