Icma.az
close
up
RU
Bir neçə həftədən sonra dünyanın sonudur?

Bir neçə həftədən sonra dünyanın sonudur?

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Tədqiqatçılar hələ ötən əsrin əvvəllərində əhalinin həddindən artıq çoxalması təhlükəsi barədə xəbərdarlıq edib və dünyanın sonu üçün konkret bir tarix müəyyən ediblər.

Süni intellektin yaranmasını proqnozlaşdıranlardan biri kimi tanınan İllinoys Universitetinin bir qrup alimi bir vaxtlar dünyanın sonunun dəqiq tarixini hesablayıblar.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, onların riyazi modellərinə görə, əhalinin həddindən artıq çoxalması səbəbindən qlobal fəlakət 2026-cı il noyabrın 13-də baş verə bilər.

Tədqiqatçılar bir vaxtlar iddia ediblər ki, noyabrın 13-ü dünyanın sonu ola bilər. Bu həyəcan verici proqnozlarını dəstəkləmək üçün onlar mürəkkəb riyazi hesablamalardan istifadə ediblər.

"Buna görə də, böyük əminliklə deyə bilərik ki, 100-dən çox nəsildir davam edən “adekvat texnologiya” prinsipi daha ən azı üç nəsil üçün qüvvədə qalacaq. Xoşbəxtlikdən, nəzəriyyəni həddindən artıq ekstrapolyasiya ilə gərginləşdirməyə ehtiyac yoxdur, çünki - və burada pessimistlər yenə də yanıldılar - nəvələrimiz aclıqdan ölməyəcəklər. Onların ölümünə həddindən artıq əhali səbəb olacaq", - Haynts fon Ferster, Patrisiya M. Mora və Lourens V. Amio tədqiqat məqalələrində qeyd ediblər.

Dəhşətli proqnoz 1960-cı illərdə ortaya çıxıb. Daha sonra alimlər Yer kürəsinin əhalisinin təxminən 2000 ildir ki, fasiləsiz artdığını və bu artım tempi tədricən sürətləndiyini qeyd ediblər.

20-ci əsrin birinci yarısına dair məlumatlar xüsusilə diqqət çəkən olub. 60 il ərzində planetin əhalisi təxminən iki dəfə artıb - 1900-cü ildəki 1,6 milyarddan 1960-cı ildə 3 milyarda qədər. Bu artım tempi böyük insan itkilərinə səbəb olan iki dünya müharibəsi fonunda daha da heyrətamiz idi.

Tədqiqatçıların fikrincə, texnoloji inkişaf bəşəriyyətə müəyyən bir müddət ərzində getdikcə daha çox insanı dəstəkləməyə imkan verib. Lakin onlar təxminən üç nəsil ərzində texnoloji imkanların artıq kifayət olmayacağını proqnozlaşdırıblar.

Alimlər qeyd ediblər ki, "artan sıxlığın bir çox hallarda fərdi elementin yaşama ehtimalını azalda biləcəyini görmək asandır" və bu, əhalinin daha da artmasının bəşəriyyəti "məhdud mühitdə yaşamaq uğrunda mübarizə aparmağa" məcbur edə biləcəyini göstərir.

Tədqiqatda istifadə edilən riyazi model xüsusilə dramatik bir nəticə verib: hesablamalarına görə, Yer kürəsinin əhalisi bu il  noyabrın 13-də, cəmi bir neçə həftə sonra sonsuzluğa çatacaq.

Lakin tədqiqatın müəllifləri özləri belə bir proqnozun nə qədər ixtiyari olduğunu başa düşüblər. Xüsusilə, onlar qeyd ediblər ki, "nə vaxtsa, nədənsə, bu daim sürətlənən özünüməhv yarışını dayandıracaq bir şey baş verəcək". O vaxtdan bəri vəziyyət xeyli dəyişib. Xüsusilə, qlobal əhali artım tempi son illərdə əhəmiyyətli dərəcədə yavaşlayıb, buna görə də 20-ci əsrin ortalarındakı tendensiyalara əsaslanan proqnoz sözün əsl mənasında yerinə yetirilməyib.

2002-ci ildə vəfat edən Haynts fon Ferster də süni intellektlə maraqlanıb. 1995-ci ildə "The Information Philosopher" jurnalına verdiyi müsahibədə o, süni intellektdən bəhs edib və onun iş prinsiplərini insan düşüncəsi ilə eyniləşdirməmək barədə xəbərdarlıq edib. O, süni intellektin mürəkkəb problemləri həll edə biləcəyini etiraf edib, lakin süni intellektin insanlar kimi davrana biləcəyi fərziyyəsini "təhlükəli" hesab edib.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Oktyabr 2026 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see293

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see282

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see259

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see255

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see250

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see242

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see224

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see214

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see212

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see211

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see208

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see207

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see203

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see187

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see168

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri