Icma.az
close
up
RU
Bir neçə il sonra Yeri gözləyən böyük TƏHLÜKƏ

Bir neçə il sonra Yeri gözləyən böyük TƏHLÜKƏ

Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir neçə ildən sonra "2024 YR4" asteroidinin Ayla toqquşması səkkiz meqaton gücündə partlayışa səbəb ola bilər ki, bu da səma cisminin qalıqlarının Yerə yağmasına gətirib çıxara bilər.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Elmlər Akademiyasının M.V.Keldış adına Tətbiqi Riyaziyyat İnstitutunun elmi əməkdaşı, astronom Leonid Yelenin bildirib.

Astronomların hesablamalarına görə, "2024 YR4" asteroidi 22 dekabr 2032-ci il tarixində Yerə yaxınlaşa bilər. Fevral ayının əvvəlində NASA bu toqquşma riskini 2.2 faiz olaraq qiymətləndirirdi, lakin sonradan bu rəqəm 3.1 faizə çatdı. Ötən həftə isə agentlik göstəricini 0.28 faizə endirdi. Avropa Kosmik Agentliyi (ESA) də 24 fevral tarixində asteroidin Yerə çırpılma ehtimalını 0.002 faizə qədər azaltdı.

Alimlər asteroidin Ayla toqquşma ehtimalını da nəzərdən keçirirlər. Tədqiqatçılar hesab edirlər ki, asteroidin dəqiq trayektoriyası yalnız 2028-ci ildə məlum olacaq.

"Hazırda asteroidin Ayla toqquşma ehtimalı təxminən bir faiz civarındadır, lakin bu göstərici də azalır. Bununla belə, bu cür toqquşma Yer üçün təhlükəli ola bilər, çünki güclü partlayış baş verəcək və enerji buraxılışı təxminən səkkiz meqaton təşkil edəcək. Ayın atmosferi yoxdur və onun cazibə qüvvəsi zəifdir, buna görə də, partlayış nəticəsində kosmosa atılan qalıqların bir hissəsi sonda Yerə düşə bilər", - deyə alim bildirib.

Asteroidin Yerə çırpılma ehtimalı ilə bağlı proqnozların dəyişməsinə toxunan alim qeyd edib ki, bu hesablamalar daim yenilənir.

"Bu proses heç vaxt dayanmır. Günəş sistemində orbitlər bir dəfə müəyyən olunmuş dəmir yolları kimi sabit deyil. Onlar daim dəyişir və cisim nə qədər kiçik, eləcə də yüngül olarsa, planetlərin cazibə qüvvəsinin ona təsiri bir o qədər çox olar", - deyə Yelenin vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 04 Mart 2025 07:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri