Icma.az
close
up
RU
Bir ölüm, min ittiham Hamı günahkar axtarır, amma…

Bir ölüm, min ittiham Hamı günahkar axtarır, amma…

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünəndən gündəmi bu xəbər silkələyib: Bakıda 2007-ci il təvəllüdlü oğlan və 2012-ci il təvəllüdlü qız hamam otağında dəm qazından zəhərlənib. Hadisə nəticəsində Ağdaş rayon sakini, 19 yaşlı Yusuf Mehmet oğlu Atalay ölüb, Yevlax rayon sakini, 14 yaşlı Təranə Mədxun qızı Bəkirova isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə ilkin tibbi xidmətlər göstərilsə də, o, tibbi xidmətdən imtina edib.

Mentalitetinə bağlı xalqım üçün yeni mövzu yaranıb. Bir neçə gündür ki, sakitlik idi. Hamı kinini, nifrətini tökməyə yer axtarırdı. Mən də dünəndən sosial mediada yazılanlara baxıram, ortaq fikirə gəlməyə çalışıram. Sonda isə özüm də günahkar axtarmağa başladım. Yenə də qərar verə bilmədim ki, bu məsələdə günahkar 19 yaşlı oğlandır, yoxsa 14 yaşlı qız. Amma dəqiq bildiyim odur ki, ən böyük günahkar cəmiyyətin özü və xəstə təfəkkürlü insanlardır.

Ən birinci günahkar isə məhz oğlanın anasıdır. Elə sırf verdiyi bu açıqlamaya görə:

“Balama oyun qurdular. O qız edib. Sonra da dostlarını göndərib ki, tək qalsınlar. Ürəyim partlayır. Mənim balam heç kimə pislik etməyib”.

Hətta bildirib ki, 14 yaşlı qız oğluna içki içirdib və onu yoldan çıxardıb. Amma necə yoldan çıxarıbsa, ev də oğlanın dostunun olub, qızın yox. Əziz ana, etdiyin bu çıxış heç bir halda oğluna haqq qazandırmır... Başa düşürəm, 19 yaşı var, gəncdir, qanı qaynayır. Amma heç bir arqument baş verən bu hadisəni örtmək üçün səbəb deyil. Problem ilk olaraq sizdə və övladınızdadır.

İkinci günahkar isə qızın anasıdır. Səbəbini deyim, bizim cəmiyyətdə hələ də qızları dar, qapalı, sıxışdırılmış mühitdə böyüdən valideynlər var. Məsələ təkcə “qızını sıxmaq” və ya “oğlunu sərbəst buraxmaq” deyil. Məsələ ondadır ki, valideynlər çox vaxt uşaqları ilə danışmırlar. Anaların böyük əksəriyyəti qızlarını qarşısına qoyub günümüzün reallıqları haqqında heç nə demirlər, başa salmırlar. Yaxınlaşdıqlarında isə dedikləri tək şey sənin səhv bir hərəkətin olsa, asarıq, kəsərik, öldürərik. Övladlarımızla danışaq. Onları dinləyək. Əmin olun ki, istər qız olsun, istərsə də oğlan, insanı hansı tərəfdən sıxsan, hər zaman o tərəfə meyilli olur. Mən psixoloq deyiləm, nə də kiminsə vəkili. Amma artıq köhnə dövrlər gedib. İndi uşaqlar hər şeyi çox erkən yaşda öyrənirlər. Ancaq nəyin doğru, nəyin yalnış olduğuna qərar verə bilmirlər. Məhz həmin doğru və yalnışları onlara göstərmək, doğru şəkildə başa salmaq lazımdır.

Deyilənə görə, qız müalicədən imtina edib. Məncə, səbəb nə olursa olsun, heç bir hadisə insan həyatından daha qiymətli olmamalıdır. Bu, açıq-aşkar intihardır. Bilirsiz niyə o yolu seçib? Cəmiyyət qınamasın deyə. Valideynləri el içində utanmasın deyə. İndi deyəcəksiniz ki, cəmiyyətdən, valideynindən utanan övlad bütün bunları etməzdi. Amma insan səhvlərlə böyüyür. Heç kəs süddən çıxmış ağ qaşıq deyil.

Övlad dediyimiz də sadəcə bir ət parçası deyil. Kiminsə övladı dünyasını dəyişirsə, biz o ağrını həmin ata-ana kimi hiss edə bilmərik. Heç bir halda bu, mümkün deyil. Ona görə də qınamaqdan əl çəkin. Dediklərim tək həmin qız barəsində deyil, oğlanın valideyninin də hansı hislər keçirdiyini bilə bilmərik. Hadisə nə olursa olsun, həmin ailə bir can itirib.

Bu hadisədə üçüncü günahkar tərəf isə yaşadığımız cəmiyyətdir. Hətta ən böyük günahkar bizlərik.

Dediyim kimi dünəndən rəyləri oxuyuram, xalqımın əxlaq keşikçici olan kişiləri ağızlarını açıb, gözlərini yumublar. Belə tərbiyəlisinizsə, öz dilinizdə desək niyə camaatın anası-bacısı sizin yazdığınız söyüşlərə şahid olmalıdır? Hələ deyirlər ki, qızın 14 yaşı var, qanunvericilikdə həddi-buluğa çatmayan biri ilə cinsi əlaqədə olmaq cinayətdir. Burada uşaq olduğu üçün qızın istəyi nəzərə alınmır. Deməli, yaşı 18 olubsa, edə bilər bunları? Yaşı tamam olub ölsə, yaxşı prosesdir? Tək məsələ 14 yaşının olmasıdır?

Hətta qız böyütməyin çətin olduğunu düşünərək özləri üçün ancaq oğlan övladı arzulayanlar da var. Bəlkə elə sizin oğlunuz da bunlardan biri olacaq? Olmaz ki, övladlarınıza hər şeyi normal şəkildə başa salıb cəmiyyətə çıxardasınız? Vallah, doğub-tökmək problemli bir şey deyil indiki dövrdə. Amma baxın görək həmin o övladları cəmiyyətə necə buraxırsınız. İstər qız olsun, istərsə də oğlan.

Deyilənə görə qız da ölsəymiş, cəmiyyətdən iki iyrənc məxluq azalacaqmış. Mən əminəm ki, bunları şərh edən anaların, atalarının çoxunun öz evinin içindəkindən xəbəri yoxdur...

Hələ 14 yaşlı uşağı “ləçər” adlandıranlar da var. Bir şey soruşum, heç təcavüz ehtimalı ağlınıza gəlmir? Dəm qazından zəhərlənmə olmasaydı, heç belə bir hadisənin baş verdiyindən də xəbərimiz olmayacaqdı.

Bir şeydən əminəm ki, hadisə nə olursa, olsun qınamaq ən asan yoldur...

Ən azından hər iki valideynin vəziyyətini göz önünə gətirmək bu qədər çətin olmamalıdır.

Belə yerdə deyirlər e, vallah, gərək öləndə də urvatlı öləsən...

Aydan Hacı  


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Aprel 2026 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri