Icma.az
close
up
RU
Bir ömrün 60 illik “teleserial”ı

Bir ömrün 60 illik “teleserial”ı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Ramiz Həsənoğlu – 80

“Sənət yalnız meydan və rəqabət olan yerdə qabağa gedə bilər”

Dövrümüzün görkəmli rejissoru, Xalq artisti, Əməkdar incəsənət xadimi Ramiz Həsənoğlu (Mirzəyev) ilə 40 ildir ki, tanışam. Uca boyu, sənətkar əzəməti, Azərbaycan mədəniyyətinə danılmaz xidmətləri, başlıcası isə səmimiyyəti ilə bütün televiziya və teatr cameəsində böyük hörmət-izzət qazanıb.

Ramiz Həsənoğlu 1946-cı il aprel ayının 13-də İrəvanda doğulub. Onun 2 yaşı olanda deportasiyaya məruz qalan ailəsi Gəncəyə köçüb. Yeniyetmə çağlarından isə taleyi Bakıya bağlanıb. Orta məktəbi burada bitirib və Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə daxil olub. Bir ara zavodda fəhləlik edib. 1966-cı ildən milli televiziyada Fikrət Qaradağlının köməyi ilə rejissor assistenti işləməyə başlayıb. Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev, Kamil Rüstəmbəyov, Həbibə Məmmədxanlı kimi görkəmli sənətkarlardan görüb-götürüb. Ən müxtəlif janrlar üzrə təcrübə qazanıb. Müsabiqə yolu ilə qəbul olunduğu Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasını 1978-ci ildə uğurla başa vurub. Sonrakı məhsuldar onilliklərini də televiziyaya, teatra həsr edib. Daim dinamik yaradıcı mühitdə olduğu üçün özünü bəxtigətirənlərdən sayır.

...Bu yazıya başlamazdan öncə AzTV-nin “Sabah” studiyasında çalışan dostum Seymur Şahbazzadəyə zəng edib Ramiz Həsənoğlunun hazırda hansı layihə üzərində işlədiyini soruşdum. Dedi ki, ustad düz 60 illik yaradıcılıq fəaliyyətindən sonra artıq istirahətə çıxıb. AzTV-də struktur yenilənməsi ilə əlaqədar “Sabah”, “Telefilm” və “Kino” studiyaları birləşdirilir. Təbii ki, orada Ramiz müəllimin yaradıcılıq ideyalarını gerçəkləşdirməsi üçün həmişə “yaşıl işıq” yanacaq.

Əlbəttə, bundan sonra da onun, necə deyərlər, dinc oturmayacağını bilirəm. Çünki daim işıq kimi parlayan, işıq olan rejissor Ramiz Həsənoğlu kölgədə qalanlardan deyil. Ana televiziyamızda çalışdığım illərdə onunla sənət barədə “atüstü” söhbətlərim çox olub və televiziya rejissorluğunu adi bir peşədən sənət səviyyəsinə yüksəltmək üçün göstərdiyi səylərə, yaradıcılıq yanğısına heyran qalmışam. Teatrşünas, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə də görkəmli rejissorun həmin keyfiyyətlərini onun haqqında yazdığı “Ustad və ayna: ruhun, çinarın, telefonun ekran estetikası” adlı monoqrafiyada hərtərəfli təqdir edib. Kitabda Ramiz Həsənoğlunun çəkdiyi teletamaşalar və telefilmlər zamanın, dövrün mahiyyətini açan bir kod kimi təqdim olunub.

...2023-cü ilin bir payız günü Ramiz Həsənoğlunu “Xalq qəzeti”nin “XalqTV” studiyasına dəvət etmişdim. Deyilən vaxtda gəldi və milli kinomuzun 120, özünün rəhbərlik etdiyi “Sabah” Yaradıcılıq Birliyinin 30 illiyi ilə bağlı maraqlı müsahibə alındı. Söhbət zamanı ona dedim ki, qayğı göstərdiyiniz gənclərin yaradıcılığında kiçicik işıq ucu göründümü, siz onu geniş tamaşaçı kütləsinə çatdırmaq üçün “lağım”ı qayğı ilə böyütmüsünüz. Özünüz də zəngin yaradıcılıq yolunuzla daim nümunə olmusunuz. Filmotekanızda 200-dən çox film var. Sonrakı nəsillər “Nekroloq”, “Fatehlərin divanı”, “Qatarda”, “Yaşıl eynəkli adam” kimi tamaşalara baxa-baxa estetik zövqlərini inkişaf etdiriblər. Möhürünü vurduğunuz əsərlər – “Topal Teymur”, “Günahsız Abdulla”, “Ordan-burdan”, “Evləri köndələn yar”... saymaqla bitən deyil. Cavabı belə oldu:

– Ardıcıllar yetişdirmək vacib şərtdir. “Sabah”ın təşəkkülünün çətin dövrü idi, texniki işlər çox vaxt aparırdı. Hətta rejissorluğu bir kənara qoyub, prodüserliklə, təşkilatçılıqla məşğul olduğumu görən bəstəkar dostum Cavanşir Quliyev bir gün mənə dedi ki, ay Ramiz, sən rejissorsan, tamaşa hazırlamalısan, amma özünü vermisən təşkilati işlərə. Bunun axırı necə olacaq? Düz deyirsən, – dedim, – ancaq mən hələlik istedadlar üçün meydan yaradıram, sonra yaxşı olacaq. Sənət isə yalnız meydan və rəqabət olan yerdə qabağa gedə bilər. Və zaman göstərdi ki, mən haqlıyam.

Həmin müsahibədə Ramiz müəllimə verdiyim bir sualı və cavabını da yada salmaq yerinə düşər.

– “Siz böyük sənətkarlarımız – Əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevlə unudulmaz teatr və kino aktrisası, Əməkdar artist Ətayə Əliyevanın övladı və sənət davamçısısınız. Sizin sənətkarlığınızın bir qaynağı da ailə ocağıdır. Belə mühitdən kənarda böyümüş, amma bu sahəni seçən, sevən gənclərə nə tövsiyə edərdiniz?

– Heç kəs anadangəlmə peşəkar olmur. Sənət addım-addım, pillə-pillə yol getməkdir, bilikləri toplamaq, daxilən zənginləşmək, zövqun püxtələşməsidir. Budur, sənətin yolu. Heç şübhəsiz, mütaliə və dünyagörüşünü artırmaq da şərtdir. Sənətkarlarla ünsiyyət, lazım olan filmlərə baxmaq, kitabları oxumaq, lazım olmayanlardan qaçmaq vacib şərtlərdir. Mənim sənətə gəlməyimdə, təbii ki, ailəmin, valideynlərimin təsiri olub, amma ustadlarımın rolu danılmazdır. Bunlar vaxtilə Azərbaycan televiziyasının rejissurasının əsasını qoyan insanlar idi. Gənclər ustad sənətkarlardan daim öyrənməyə can atsalar, yaxşı olar”.

Hər bir insan özü öz həyatının rejissorudur, – deyən Ramiz Həsənoğlu Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi “Ailə” bədii filminə görə 2000-ci ildə Moskvada keçirilən Avrasiya festivalının baş mükafatına layiq görülüb. Televiziya işlərindən başqa, canlı teatr sahəsində də gücünü sınayıb. Musiqili Komediya Teatrında “Məzəli əhvalat” və Milli Akademik Dram Teatrında “Brüsseldən məktublar”a uğurlu quruluş verib.

Ömrünün 80-ci ilinin zirvəsinə çatan, bir vaxtlar gur olan qara saçları indi dağ qarını xatırladan Ramiz Həsənoğlunun yubileyi ərəfəsində yada salmalı xidmətləri həddindən çoxdur. Elə “Qobustan” incəsənət toplusunun ona həsr olunmuş son nömrəsini vərəqləmək yetər ki, necə qənimət sənətçi olduğu bir daha görünsün. Toplunun baş redaktoru, fəlsəfə doktoru, yazıçı Pərvin Nurəliyeva qələmi ilə Ramiz Həsənoğlunun portret cizgilərini çox gözəl çəkib.

“Ədəbiyyat” qəzetinin şöbə müdiri, filologiya elmləri doktoru, Milli Məclisin deputatı Elnarə Akimova da yubilyarla bağlı özəl duyğularını sevə-sevə ifadə edib. “R.Həsənoğlunu digər rejissorlardan ayıran cəhət təbiətindəki poetiklik, ədəbiyyatı sevən ruha sahib olmasıdır. Ona görə klişe dramaturji fəndlərdən imtina edərək özünün estetik dalğasına güvəndi. Bu cəhət onda tamaşaçıya intellektual emosiya ötürməsində, onun birbaşa şüuruna, düşüncələrinə təsir etməsində rol oynadı. Anar, R.İbrahimbəyov, R.Rövşən, V.İbrahimoğlu, C.Quliyev və başqa sənət xadimləri ilə R.Həsənoğlu arasındakı qarşılıqlı münasibətlər rejissor üçün yaratdığı əsərlərə yeni baxış, traktovka sərgiləmək baxımından arsenal olsa da, bu gün onun adı ilə bağlı yüksək materiyalı işlərin dayaqlandığı müstəvinin poeziya olması da nəzərdən qaçmır”.

Göründüyü kimi, Ramiz Həsənoğlu bir sənətkar kimi çox dəqiq xarakterizə edilir. Bu mənalı iqtibasdan sonra bizə o qalır ki, qısaca deyək:

– Ramiz müəllim, yubileyiniz mübarək! Sizə daha mənalı və uzun ömür arzulayırıq!

Əli NƏCƏFXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Aprel 2026 02:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see514

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see428

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see289

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

03 İyul 2026 15:59see268

Ronaldunun bacısı futbolçunun DÇ 2026 dan sonra millidə karyerasını bitirəcəyini deyib

03 İyul 2026 02:41see226

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see214

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see209

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

03 İyul 2026 01:54see191

Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək nümayəndə heyəti MƏLUM OLDU

02 İyul 2026 19:25see190

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

03 İyul 2026 07:01see190

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see177

Saray qəsəbəsi dünəndən sabaha boy atır

03 İyul 2026 00:00see174

DÇ 2026: İspaniya darmadağınla 1/8 finala adladı

03 İyul 2026 01:52see171

WhatsApp ın yeni username funksiyasını dayandırdılar

03 İyul 2026 04:37see168

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see167

Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi

03 İyul 2026 01:56see167

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see166

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see163

Bunlar saç tökülməsini artırır Həkim səbəbləri açıqladı

03 İyul 2026 22:22see159

DÇ 2026 1/8 final cütü: Argentina Misir

04 İyul 2026 05:02see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri