Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Bir ömrün əbədi işığı

Bir ömrün əbədi işığı

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səhərin ilk şəfəqi Qızıldaşın sərt qayalarını yarıb keçəndə, sanki torpaq oyanır, küləyin nəfəsi dəyişir, qayalar minillərin yaddaşını pıçıldayırdı. Bu əzəmətli torpaq hər gün öz sükutundan bir hekayə doğurur, igidlərin ruhunu yeni günün üzərinə kölgə kimi salırdı. Elə həmin günlərin birində bir körpə dünyaya göz açdı və adını Nurəddin qoydular. Bu ad sanki tale tərəfindən öncədən seçilmiş bir işarə idi: nur saçan, mərdlik daşıyan, bir gün Vətənin taleyinə adını yazacaq bir ömür. Elə bil həyatın özü onun yolunu işıqlandırır, gələcək missiyasının pıçıltılarını beşikdən qulağına söyləyirdi.

Bu torpaqda igidlik təsadüf deyil, irsdir, nəfəsdir. Bir gün gələcək və bu torpaq öz igidlərini Qarabağ səmasının altından yüksəldəcəkdi. O igidlər ki, 30 illik nisgili 44 günün qələbəsinə çevirəcək, Şuşanın qalasına millətin qürur səsi kimi sancılacaqdı. O igidlərin sırasında Nurəddin də olacaqdı... Çünki bu torpağın hər övladı tarixə düşmək üçün deyil, tarixi dəyişmək üçün doğulurdu.

İkinci Qarabağ savaşında iştirak etmək üçün onlarla igid döyüşə yollandı. Onlardan Seymur Sırxoşov, Zəka Abışov, Elşən Aslanov və Nurəddin Məstəliyev canları ilə Vətən oldular.

Bu yazıda Nurəddin Hasil oğlu Məstəliyevdən söz açacağıq. 2000-ci il fevralın 13-də Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbəsində doğulan Nurəddin əslən Yardımlının Ökü kəndindən idi. 2007-ci ildə Azər Namazov adına 180 nömrəli məktəbdə təhsil almağa başladı və artıq o illərdən zəhmət, intizam və idman onun həyatının ayrılmaz hissəsinə çevrildi. Onun sakit, təvazökar duruşunun altında böyük bir iradə, görünməz bir dayanma gücü gizlənirdi.

Və Nurəddinin uşaqlığı ipək yumşaqlığında deyildi. Qızıldaşın daş kimi sərt mühiti onu uşaq yaşından yoğurur, möhkəmləndirir, ruhuna polad qatırdı. Həyat onu erkən yaşlarından zəhmətə alışdırdı. Hər gününə məsuliyyət, əlinə iş, qəlbinə ciddilik hopurdu. Baxışlarında həmişə yaşı ilə uyğunlaşmayan bir yetkinlik vardı və sanki gələcəyin ağır yükünü indidən sezirdi. O, sükutun içində böyüyən, amma içində fırtına daşıyan bir uşaq idi.

İdman onun üçün sadəcə məşq deyil, ruhun tərbiyəsi idi. Daha çox dözüm, daha çox iradə, daha çox qətiyyət... Hər tər damlası zəhmətin davamı, hər qələbə çəkilən əziyyətin bəhrəsi idi. "Goju Ryu" karate növü üzrə 80 kq çəki dərəcəsində Respublika birincisi olanda da o, medalı boynunda deyil, yolunda görürdü. Qələbə onun üçün zirvə deyil, yolun özü idi. Məhz buna görədir ki, onun qazandığı hər uğur daha böyük məsuliyyətə çevrilirdi.

2016-cı ildə orta məktəbi bitirib 8 saylı texniki peşə liseyinə daxil oldu və "qaynaqçı" ixtisasına yiyələndi. Bu seçim də təsadüfi deyildi, dəmirin qızmar nəfəsinə sinə gərmək, zəhmətlə çörək qazanmaq ona həyat fəlsəfəsi kimi doğma idi. O, əməyi uca tuturdu və bu sədaqət onu daha da möhkəmləndirirdi.

2019-cu ilin iyulunda hərbi xidmətə yollananda həyatının ən önəmli səhifəsi açıldı. Dövlət Sərhəd Xidmətində xidmət edən Nurəddinin peşəkar hazırlığı və dözümlüyü onu kəşfiyyat bölüyünə gətirdi. Kəşfiyyat yolu asan deyil, burada təkcə güc yox, iradə, səbr, dəqiqlik və gərəkəndə canını vermək qətiyyəti lazım idi. Nurəddin bu məktəbdən alnıaçıq çıxdı. Silahdaşları onu "susaraq danışan igid" kimi xatırlayırdı - çox danışmazdı, amma hər addımı söz kimi çəkirdi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bir millətin taleyini dəyişdi. Azərbaycan igidlərinin şücaəti ilə yazılan bu tarixdə hər qəhrəman öz layiqli yerini tutdu. Bu müharibədə torpaq, xalq və ədalət birləşdi, igidlərin yumruğu bir millətin qələbəsinə çevrildi. Qarabağın dağlarında, Cəbrayılın düzlərində, Xocavəndin meşələrində, Şuşanın sıldırım qayalarında bir millətin iradəsi bərq vurdu.

Nurəddin də məhz bu qəhrəman oğullardan idi. Cəbrayıl uğrunda döyüşlərdə onun cəsarəti, Xocavənddə çevikliyi, Şuşaya aparan qayalı yollarda iradəsi parladı. Silahdaşları onun yorulmaq bilməyən irəliləyişini heyranlıqla izləyirdi. O, döyüşdə necə idisə, həyatda da elə idi və dayanmaq bilmirdi. O, sanki hər addımında "bu torpağın oğluyam" deyə-deyə irəliləyirdi.

Şuşaya uzanan yolda açılan bir snayper gülləsi onun bədənini dayandırdı, amma ruhunu yox... Nurəddin ölümlə həyat arasındakı sərhədi keçib ən uca məqama - şəhidlik zirvəsinə yüksəldi. Bu, son deyildi; bu, ömrün əbədiyyətə çevrilməsi idi. Onun son nəfəsi belə Vətən sevgisinin pıçıltısı kimi ətrafa yayılmışdı.

Onun göstərdiyi şücaət dövlət tərəfindən də yüksək qiymətləndirildi: "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları Nurəddinin qəhrəman adını tarixə həkk etdi.

Nurəddinin ömrü qısa oldu, amma daşıdığı yük min ömrə bərabər idi. Zəhmətlə böyüyən, qeyrətlə addımlayan, Vətənin yükünə çiyin verən bir oğul kimi o, bu xalqın yaddaşında əbədi yaşayacaq.

Samir ƏSƏDLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Dekabr 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see560

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see547

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see540

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see474

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see459

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see436

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see368

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see360

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see353

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see330

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see320

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see312

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see302

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see301

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see280

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see279
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri