Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

“Əbədi ömrün ikinci əsri” elmi sessiya AZƏRTAC

“Əbədi ömrün ikinci əsri” elmi sessiya AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 12 dekabr, AZƏRTAC

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Əbədi ömrün ikinci əsri” mövzusunda elmi sessiya keçirilib.

Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildirilib ki, muzeyin direktoru akademik Rafael Hüseynov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövləti və xalqı qarşısında göstərdiyi tarixi xidmətlərindən, ölkəsinin, xalqının tərəqqisi, rifahi naminə gördüyü misilsiz işlərdən danışıb. O, Heydər Əliyevin adının tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil olduğunu, müasir müstəqil Azərbaycanın isə Heydər Əliyevin şah əsəri olaraq qəbul edildiyini vurğulayıb.

“Heydər Əliyevin əbədi ömrünün artıq birinci əsri başa çatıb, ikinci əsri davam edir. Düşünürəm ki, bu görkəmli şəxsiyyətin əsl portretini gələcək zaman daha dəqiqliyi və bütün çalarları ilə bizə təqdim edəcək”, - deyə bildirən akademik Rafael Hüseynov qeyd edib ki, zaman keçdikcə Ulu Öndərin əvəzsiz xidmətlərinin mənası daha dərindən dərk ediləcək.

Akademik Rafael Hüseynov diqqətə çatdırıb ki, Ulu Öndər Azərbaycan rəhbərliyinə qayıdan zaman dövlətimizin müstəqilliyi çox böyük təhlükələr qarşısındaydı. Xalqımızın çətin sınaqlarla qarşılaşdığı həmin dövrdə Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlayıb, ölkəmizin parçalanmasına və müstəqilliyimizin itirilməsinə yönəldilmiş cəhdlərin qarşısını alıb, özünün yaratdığı sabitlik və əmin-amanlıq şəraitindən istifadə etməklə misli görünməmiş quruculuq işlərini həyata keçirib.

O, zəngin və mənalı həyat yolunun 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Heydər Əliyevin həm də SSRİ-nin ali rəhbərliyində əsas simalardan biri olduğunu söyləyib. Bu səbəbdən də Ümummilli Liderin hadisələrin mahiyyətini dərindən bildiyini, cəmiyyəti, sovet quruluşunun qanunlarını yaxşı tanıdığını və ona ən üst qatdan baxmaq imkanına malik olduğunu bildirib.

Ulu Öndər Heydər Əliyevin zəngin idarəçilik təcrübəsindən istifadə edərək Azərbaycanı yenidən qurduğunu söyləyən akademik Rafael Hüseynov müstəqilliyimizin günbəgün, ilbəil daha da möhkəmləndiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı illər onun daha da yenilməz, sarsılmaz, əbədi və dönməz olmasına təməl yaratdı. Cari ilin oktyabr ayında xalqımız böyük sevinc və təntənə ilə dövlət müstəqilliyimizin bərpasının 33 ilini qeyd etdi. Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyev tarixi ənənələri qoruyaraq bu müstəqilliyi peşəkarlıqla davam etdirdi və ən yüksək səviyyəyə çatdırdı.

Akademik Rafael Hüseynov vurğulayıb ki, Prezident İlham Əliyev Vətən müharibəsində möhtəşəm Zəfərimizin memarıdır. O, Ümummilli Liderin 2003-cü oktyabrın 1-də xalqa tarixi müraciətində ifadə etdiyi inamı və etimadı layiqincə doğruldaraq bütün dünyaya güclü Azərbaycan modelini təqdim etdi. Ulu Öndərin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları reallaşdırdı, xalqın arzularını gercəkləşdirərək torpaqlarımızın xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən, dünya birliyində xüsusi yeri olan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş nüfuzlu dövlət kimi tanınır.

Əldə etdiyimiz nailiyyətlərin, uğurların məhz Heydər Əliyev dühasının, onun müəyyənləşdirdiyi uğurlu siyasi xəttin bəhrələri olduğunu deyən muzeyin direktoru dahi şəxsiyyətin adının Azərbaycan xalqının yaddaşında hər zaman yaşayacağını vurğulayıb. O, Ulu Öndərin 90-cı illərin sonlarında verdiyi müsahibələrinin birində səsləndirdiyi “Mən Azərbaycanda həmişə olacağam”, - ifadəsini xatırladaraq qeyd edib ki, illər ötdükcə Heydər Əliyevin zamana və məkana sığmayan nəhəngliyi daha qabarıq şəkildə özünü göstərir.

Tədbirdə digər çıxış edənlər görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında gördüyü böyük işlərdən danışıb, Ulu Öndərin əvəzsiz xidmətlərinin Azərbaycan xalqı tərəfindən daim uca tutulacağını bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see575

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see398

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see330

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see290

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see264

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see263

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see259

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see246

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see242

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see240

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see236

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see228

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see209

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see208

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see198

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see195

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see193

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see191

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see179

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri