Icma.az
close
up
RU
Bir partlayışın əkssədası: Chevrolet Cobaltlara qaz balonlarını Azərbaycan şirkəti quraşdırır?

Bir partlayışın əkssədası: Chevrolet Cobaltlara qaz balonlarını Azərbaycan şirkəti quraşdırır?

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yanvarın 4-də Bakının Nizami rayonu, Babək prospektində taksi şirkətlərindən birinə məxsus olan "Chevrolet Cobalt" markalı avtomobildə quraşdırılmış, həcmi 200 litr olan qaz balonunda baş vermiş ani partlayış nəticəsidə sürücü İlqar Rzayev müxtəlif dərəcəli xəsarətlər alıb.

Sözügedən partlayış insanlarda narahatlıq yaradıb. Vətəndaşların bir qismi sosial mediada paylaşım edərək, "Chevrolet Cobalt" markalı taksi gördükdə sifarişi ləğv etdiyini bildirib.

Hazırda ölkə ərazisində qaz balonu quraşdırılan çox sayda avtomobil var və tələbat artmaqda davam edir.

Maraqlıdır, bəs görəsən, qaz balonu quraşdırılan avtomobillər nə dərəcədə təhlükəlidir?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, avtomobillərdə qaz balonunun quraşdırılması ciddi problemdir:

"Dünya təcrübəsində buna yanaşma fərqlidir. Ümumiyyətlə, qaz balonu olan avtomobillərin ümumi parklanma yerində dayanması qadağan edilir, çoxmərtəbəli binaların zirzəmilərində olan parklanma yerlərinə həmin nəqliyyat vasitələri buraxılmır. Çünki onların partlayış riski çoxdur. Təəssüf ki, Azərbaycanda bir çox şirkətlər var ki, qaz balonu quraşdırırlar. Onların içərisində ən geniş yayılanı Çin şirkətləridir. Vətəndaşlar da ucuz başa gəlsin deyə ona daha çox üstünlük verirlər. Türkiyə və İtaliya şirkətləri də qaz balonu quraşdırırlar, lakin onlar daha keyfiyyətli quraşdırırlar deyə qiymət nisbətən baha olur, həmçinin zəmanətlidir. Lakin kustar üsulla iş görən şirkətlər də var. Üç-beş ay işləyir, yaxşı pul qazanırlar, daha sonra görürsən ki, həmin şirkətin izi-tozu qalmadı. Bağlanır və ya yoxa çıxır.

Taksi şirkətlərinə tövsiyəm ondan ibarətdir ki, pul qazanmaq yaxşı şeydir, amma keyfiyyətli qazanc əldə etmək daha da yaxşıdır. Baxırsan ki, dəyəri 25 min manat olan avtomobildir. Qaz balonunu İtaliya və Türkiyənin təqdim etdiyi sistemlə quraşdırsa idi, 700-800 manat fərqi olacaqdı. Amma hazırda vətəndaş maşını əvvəlki vəziyyətinə qaytarmaq üçün 10-20 min manat ziyana düşdü. Bəzən insanlar iqtisadi vəziyyəti düzgün dəyərləndirə bilmirlər. Hər şeydə bir qəpik qabağa düşməyi istəyirlər. Sonda da çox böyük zərər edirlər".

Ekspertin sözlərinə görə, Azərbaycanda qaz balonu quraşdırılan avtomobillərin sayı artır:

"Bu, Azərbaycanda geniş yayıldığına görə belə məsələlər qanunvericilikdə öz əksini tapmalıdır. Qanunda bununla bağlı həll mexanizmləri yer almalıdır. Bizdə bu sahədə olan ciddi boşluqlar belə halın yaranmasına gətirib çıxarıb. Fəsadlar isə gedərək daha geniş formada yayılacaq.

Avtomobillər qaz balonuna keçirilməmişdən öncə Dövlət Yol Polisinin texniki şöbəsinə müraciət olunur. Şöbə rəy verdikdən sonra quraşdırılır. Amma sistemin düzgün quraşdırılması məsələsi problemdir. Yol polisi rəy verir ki, filan tip minik avtomobilinə qaz balonu quraşdırmaq olar. Vətəndaş rəyi alıb, gedib haradasa quraşdırır, buna nəzarət edən yoxdur. Qaz balonu quraşdırılan avtomobillə bağlı davranış qaydaları yoxdur. Bu tip avtomobillərin texniki baxış məsələsi var. Həmçinin, onların parklanma yerlərində xüsusi, ayrıca yeri olmalıdır. Necə ki əlillər üçün nişanlanmış xüsusi zonalar var, eyni qaydada qaz balonu olan avtomobillərin ümumi parklanma yerlərindən bir az kənarda parklanma əraziləri olmalıdır.

Beynəlxalq təcrübəyə baxsaq, bu maşınlar digər avtomobillərdən beş metrə qədər uzaqlıqda olmalıdır. Görün ki, təhlükə nə qədər böyükdür. Mərtəbəli parklanma yerlərində həmin avtomobillərin parklanması üçün xüsusi mərtəbə ayrılır. Hətta sıxılmış (CNG) və maye (LNG) qazdan istifadəyə uyğun da qruplaşdırılır. Başqa yerdə parklanma qadağandır və buna görə cərimə də tətbiq edirlər. Bizim aidiyyəti qurumlar bu təcrübəni öyrənməlidirlər".

E.Muradlının fikrincə, insanlar düşünürlər ki, benzinlə hərəkət edən avtomobillə taksi fəaliyyəti göstərmək sərfəli deyil:

"Elektrikli avtomobillər də Çindən gəlir, bərbad haldadır. Qiymət münasib olsun deyə yerli istehsala üstünlük verirlər. "Chevrolet Cobalt" markalı avtomobillər də yerli istehsaldır. Hacıqabulda istehsal edirlər. Benzinlə işləyən maşın olduğu üçün də qaz quraşdırırlar, onda da vəziyyət bu cür olur. Bunun ortaq nöqtəsini tapmaq lazımdır.

Maşınlara qaz balonu quraşdırılmaqla bağlı standart var. Dövlət standartıdır. Burada göstərilir ki, hansı tip nəqliyyat vasitəsinə quraşdırmaq olar, hansına olmaz. Orada marka yazılmır. Məsələn, yazılır ki, qaz balonu baqaja yaxın olmamalıdır, qazın ətrafa yayılması anında qaz qoxusu hiss edilməməlidir və s. "Jeep"lərdə baqajla salonun arası açıq olduğu üçün birmənalı şəkildə ona qaz balonunun quraşdırılmasına icazə verilmir. Çünki qoxu içəri dolacaq, sürücü zəhərlənə bilər, qəza, partlayış baş verə bilər".

Partlayan maşını istehsal etdiyi bildirilən "AzərMaş" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Problemli kreditlər şöbəsinin müdiri Ramin Məmişov isə Oxu.Az-a açıqlamasında qeyd edib ki, "Chevrolet Cobalt" markalı avtomobillər Özbəkistandan gətirilir:

"Həmin maşınlara qaz balonu bizdə qoyulmur. "Chevrolet Cobalt" markalı maşınlar Özbəkistandan gəlir. Onun oturacaqları, mühərriki və s. üzərində olur, bizdə yalnız təkərlər quraşdırılır. Vətəndaş maşını bizdən alır, aparıb öz istəyinə uyğun, kənarda kustar üsulla qaz balonu quraşdırır. Buna icazəni də Dövlət Yol Polisi verir. Biz icazə və s. vermirik. Bunun bizə hər hansı aidiyyəti yoxdur. Vətəndaş qaz balonu quraşdırırsa, buna "AzərMaş" nə edə bilər? İndi "Chevrolet Cobalt" markalı neçə min avtomobildən birində problem olub. Ola bilər ki, sızıntı olsun, partlayış baş versin. Amma hazırda demək olar ki, "Chevrolet Cobalt" markalı hansı maşının baqajını açırsan, qaz balonu olduğunu görürsən. İcazəsi var ki, quraşdırıb".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Yanvar 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri