Icma.az
close
up
RU
Bir saray, min tarix: Milli Azərbaycan Tarixi Muzeyinə səyahət REPORTAJ

Bir saray, min tarix: Milli Azərbaycan Tarixi Muzeyinə səyahət REPORTAJ

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ötən günlərdə Beynəlxalq Muzeylər Günü münasibətilə muzeylərə girişin pulsuz olması fürsətindən istifadə edib Bakının ən möhtəşəm tarixi məkanlarından biri olan Milli Azərbaycan Tarixi Muzeyinə - milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin möhtəşəm evinə yollandıq. 

Zəngin eksponatlar, əsrlərin izini daşıyan otaqlar, qorunub saxlanılan interyer və Tağıyevin həyatından qalan izlər insanı sanki keçmişə aparırdı.

Bir vaxtlar Bakının ən nüfuzlu evlərindən sayılan bu bina indi tarixlə nəfəs alan bir muzeydir. Burada hər əşyanın, hər divarın ayrı bir hekayəsi var…

H. Z. A. Tağıyevin sarayı 1895-1901-ci illərdə inşa olunub. Nəhəng günbəzlərlə tamamlanan bu üç mərtəbəli sarayın bir tərəfi Baryatinski (indi Ə.Əlizadə), digərləri Polis (indi Y. Məmmədəliyev), Merkuri (indi Z. Əliyeva), fasadı isə Qorçakov (indi H. Z. A.Tağıyev) küçələrinə baxırdı. 

Sarayı gəzdikcə insan hər zala ayrı heyran qalır. Muzeyin hər otağı həm memarlığı, həm də daşıdığı tarixlə ziyarətçiləri keçmişə aparır. Ekspozisiya ümumilikdə 9 otaqdan ibarətdir: H.Z. Tağıyevin iş kabineti, Şərq zalı, kitabxana, bilyard otağı, yemək otağı, məlumat otağı, Sona xanımın bəzək otağı, yataq otağı və təmizlik otağı. Hər məkan Tağıyevlər ailəsinin həyat tərzini, dövrün zövqünü və Bakı milyonçularının yaşayış mədəniyyətini əks etdirir. 

Tağıyev sarayının inşasında 270 nəfər mühəndis, memar, dülgər, nəqqaş və başqa ustalar çalışmışdı.

Təkcə binanın tikintisinə (xaricdən gətirilən mebel və avadanlıq nəzərə alınmasa) 1,2 milyon rubl vəsait xərclənmişdi.

Muzeyə gələn ziyarətçilərin də təəssüratlarını öyrəndik. Onlar xüsusilə sarayın interyerinə, qədim eksponatlara və otaqlarda qorunub saxlanılan tarixi ab-havaya heyran olduqlarını bildirdilər: 

- Tarix Muzeyinə ilk gəlişinizdir?
- Yox, ilk dəfə bura 1973-cü ildə gəlmişəm.
- Sizcə, o vaxtdan bu günə muzeydə hansı dəyişikliklər olub?
- Eksponatlar dəyişib. O vaxt gördüyümüz bəzi eksponatlar artıq yoxdur. Muzey həm genişlənib, həm də daha da zənginləşib. Həm də bura axı vaxtilə Hacı Zeynalabdin Tağıyevin yaşayış evi olub. İndi isə onu qoruyub muzeyə çeviriblər. Çox yaxşı ediblər ki, saxlayıblar.
- Azərbaycan tarixində sizi ən çox hansı dövr maraqlandırır?
- Məni ən çox Eldənizlər dövrü maraqlandırır. Şəmsəddin Eldənizin yaratdığı Atabəylər dövləti çox maraqlı tarixdir. Bir də xanlıqlar dövrü… Xüsusilə Fətəli xanla bağlı mövzu diqqətimi çəkir. 
- Muzey sizdə hansı təəssüratı yaratdı?
- Çox gözəl hisslər oyadır. Bu gün Muzeylər Günüdür deyə gəldik ziyarət etməyə. Mən özüm Tağıyev klubunun üzvüyəm, onun fəaliyyəti ilə bağlı tədbirlərdə də iştirak etmişəm. Tağıyevin Mərdəkandakı evində də olmuşam.

Muzeyə gələnlər arasında uşaqlar və müəllimlər də var idi:

- Mən Savalan Tədris Mərkəzinin ibtidai sinif müəllimiyəm. Bu gün məktəbəqədər hazırlıq qrupundan olan şagirdlərimin bir hissəsini muzeyə gətirmişəm. Məqsədimiz onlara Azərbaycanın qədim tarixi, görkəmli şəxsiyyətləri, qədim döyüşçülərin geyimləri və ümumilikdə keçmişimiz haqqında məlumat verməkdir. İstədim ki, uşaqlar bunları sadəcə kitablarda yox, canlı şəkildə görərək öyrənsinlər. Artıq uşaqlar oxuyub-yazmağı öyrəniblər. İndi onların dünyagörüşünü formalaşdırmaq zamanıdır. Azərbaycanın qədim abidələri, tarixi və mədəniyyəti haqqında məlumatlar uşaqlarda indidən formalaşmalıdır ki, gələcəkdə daha geniş düşüncəyə sahib olsunlar.

Uşaqların öz təəssüratlarını da öyrəndik.

- Muzeyi bəyəndin?
- Hə.
- Ən çox nə xoşuna gəldi?
- Ən çox döyüşçülər xoşuma gəldi. Qədim geyimlər də maraqlı idi. Ümumiyyətlə, hər şey xoşuma gəldi.
- Bəs sən nəyi bəyəndin?
- Silahları.
- Bəs sən?
- Qatarı.

Uşaqların fərqli eksponatlara maraq göstərməsi muzey gəzintisini onlar üçün daha yaddaqalan edib.

Muzeyə ilk dəfə gəldiyini deyən ziyarətçilərdən biri də təəssüratlarını bizimlə bölüşdü. O bildirib ki, indiyə qədər tarixi eksponatları əsasən məktəbdə və televiziya vasitəsilə görüb, lakin onları canlı şəkildə izləmək tamam fərqli hisslər yaşadır:

“Tarix Muzeyinə ilk gəlişimdir. Təəssüratlarım çox gözəldir. Açığı, Bakıda belə zəngin və maraqlı muzeyin olduğunu bilmirdim. Tarixi əşyaları daha çox məktəbdə və televiziyada görmüşdük. Burada isə onları canlı görmək məndə böyük təəssürat yaratdı. Ən çox diqqətimi qədim dövrlərdə insanların küpələrdə dəfn olunması ilə bağlı eksponatlar çəkdi”.

Tarixin izlərini yaşadan bu muzey ziyarətçilərə təkcə eksponatları deyil, həm də keçmişin ruhunu hiss etdirir. Hacı Zeynalabdin Tağıyevin möhtəşəm evində qorunub saxlanılan hər detal isə Azərbaycanın zəngin tarixindən səssizcə danışır.

Tarixə qısa bir səyahət etdiyimiz bu muzeydən ayrılarkən bir daha anlayırıq ki, keçmişini tanıyan xalq gələcəyini daha möhkəm qurur.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 May 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri