Icma.az
close
up
RU
Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü

Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illərdə Azərbaycan dövləti idarəetmə sistemində optimallaşma, çeviklik və nəticə əsaslı fəaliyyət prinsipini əsas götürür. Büdcə vəsaitlərinin qənaətlə xərclənməsi, təkrarlanan vəzifələrin ləğvi və daha səmərəli strukturun qurulması məqsədilə bir çox sahədə regional idarəetmə modelləri tətbiq olunur, struktur islahatları həyata keçirilir.

Tribunainfo.az xəbər verir ki, Editor.az  bu istiqamətdə apardığı araşdırmalar çərçivəsində bir neçə gün öncə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin struktur vəziyyətini təhlil edib. Araşdırma göstərmişdi ki, QSC-də süni şişirdilmiş vəzifə bölgüləri, nəticəsiz idarəetmə və yüksək xərcli struktur müşahidə olunur.

Bu xüsusda diqqətçəkən qurumlardan biri də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətidir.

Editor.az xəbər verir ki, “AzerGold”da İdarə Heyətinin sədri Zakir İbrahimovun 2 müavini, nə az, nə çox düz 9 müşaviri var. Qurumda eyni zamanda 20 şöbə və ya xidmət fəaliyyət göstərir. 

Ekspertlər və ictimaiyyət bu struktur bolluğunu qurumun rəhbəri Zakir İbrahimovun yaxın çevrəsinə vəzifə “hədiyyə etməsi” kimi qiymətləndirir. Hamıya bəllidir ki, dövlət qurumlarında sədr müavini kimi yüksək vəzifələrə təyinat birbaşa Prezidentin səlahiyyətləri çərçivəsində həyata keçirilir.

Lakin belə bir rəy formalaşıb ki, Zakir İbrahimov öz yaxınlarını Prezident sərəncamı ilə vəzifəyə gətirə bilmədiyindən, onları müşavir, departament rəhbəri və digər inzibati vəzifələrlə təmin edir.

Beləliklə, həm onlara daimi yüksək məbləğdə maaş verir, həm də ətrafında şəxsi loyal komanda formalaşdırır.

Ekspertlər bildirir ki,  “AzerGold”un əsas funksiyası ölkənin filiz və qızıl yataqlarının işlənməsi, hasilatın artırılması və bu sahədə milli gəlirə töhfə verməkdir.

Ancaq görünən odur ki, qurumun gündəlik həyatı daha çox ofis içində cəmlənmiş inzibati strukturla məhdudlaşır.

Qurumda bu qədər rəhbər şəxsin olması, təbii ki, dövlət büdcəsinə də əlavə yük gətirir. Çünki bu şəxslərin hər biri yüksək əməkhaqqı və digər xidməti imtiyazlarla təmin olunur.

Editor.az xatırladır ki, çox sayda vəzifəli şəxs “AzerGold” və onun rəhbərini narazılıq və tənqidlərdən xilas edə bilmir.

Əksinə bu qurum mütəmadi olaraq tənqidlərin hədəfinə çevrilir.

Məsələn, xəbər saytlarından biri “AzerGold” QSC-nin sədri Zakir İbrahimovla bağlı ciddi korrupsiya iddialarından bəhs edir. Sayt yazır ki, o, oğlu Zaur İbrahimi tenderlərin qeyri-qanuni idarəsində istifadə edərək müxtəlif şirkətlərdən “haqq” tələb edir. İddialara görə, tender qalibi olan şirkətlərdən pul alınır və bu vəsaitlər qeyri-rəsmi yollarla nağdlaşdırılaraq oğluna çatdırılır. Zakir İbrahimovun yaxın çevrəsindəki şəxslər, xüsusilə Rüfət Cabbarov, bu sxemin icrasında əsas vasitəçi kimi çıxış edir. Yazıda həmçinin Zaur İbrahimovun iş üslubu da tənqid olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 İyul 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see190

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see140

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see132

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see131

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see129

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see128

Ukrayna Stavropola hücum etdi

26 İyul 2025 10:29see128

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see128

Kamboca atəşkəs təklifini qəbul etdi

26 İyul 2025 10:55see126

NATO Kalininqradı yer üzündən silməyi planlaşdırır Rusiya

26 İyul 2025 11:13see122

Amerikalıların Trampın büdcə layihəsinə münasibəti ilə bağlı sorğu keçirilib

27 İyul 2025 08:13see121

Hazırda açıq ərazilərdə 100 dən çox yanğın aktivdir Serbiya DİN

27 İyul 2025 08:17see120

Rusiyanın hərbi sənaye müəssisələri müharibənin real təsirlərini hiss etməlidir Zelenski

26 İyul 2025 11:02see120

Diplomatiyamızın şərəfli səhifəsi

26 İyul 2025 10:55see118

Azərbaycanın əməkdar məşqçisi vəfat edib KONKRET

27 İyul 2025 15:40see116

“Beşiktaş”dan sürpriz həmlə

26 İyul 2025 04:06see116

Rusiya şovinizmi dünya sülhü üçün real təhlükədir Tənzilə Rüstəmxanlı yazır

26 İyul 2025 10:46see115

Azərbaycan İƏT ailəsinin fəal üzvüdür

26 İyul 2025 11:14see113

Laçında ağır qəza Ölənlər var

26 İyul 2025 21:39see113

Avropada genişmiqyaslı etirazlar aeroportların işini iflic edə bilər

26 İyul 2025 07:38see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri