Icma.az
close
up
RU
Bir səfərin TARİXÇƏSİ: Ağdamlılarla məkkəliləri bağlayan sirli tellər… KONKRET

Bir səfərin TARİXÇƏSİ: Ağdamlılarla məkkəliləri bağlayan sirli tellər… KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

YOL…

Yol mənim üçün müqəddəsdir. Getdiyin yolun niyyəti olmalıdır. Vardığın son mənzildə onun bədəlini mütləq ki vercəksən. Həmişə bu inanca sığınmışam…

Mətbuat günü ərəfəsində özümə Zəfər yoluna yolçu olmağı seçdim. O Zəfər yolu ki yüzlərlə igidimizin qanı ilə suvarılıb. Onların torpağa qovuşan bədən parçaları bu yurdun sinəsində çiçəklərə çevirilib.

Yolçu yolda gərək…

Turun bələdçisi Elmar savadlı, vətənpərvər gəncdir. Zəfərimizdən sonra bu torpaqlara ziyarətə gələn insanları sevə – sevə bələdçilik edir. Yalnız azad etdiyimiz torpaqlara edilən turlarda bələdçil kimi çalışır. Hər hadisə hər görülən iş haqqında ətraflı məlumat verir. Düşünürəm ki məhz belə gənclərə dövlət strukturları daha ciddi və məqsədyönlü hazırlamalıdırlar. Çünki onların təqdimatı bu torpaqlar qədər əhəmiyyətlidir. Azad etdiyimiz torpaqlara yaxınlaşırıq. Səsi dəyişir. Səslə bərabər bütün avtobusda əyləşənlərin nəfəsi də dəyişir. Sanki bir anlığa bütün nəfəslər tutulur. Qulağı batıracaq səssizlik…

Cəbrayıl və Zəngilan

Cəbrayıl rayonuna daxil oluruq. Dağılmış evlər ox kimi insanın qəlbimizə saplanır. Dağıntıların fonunda dəmir yolu xətti çəkilir – ümid kimi, gələcəyə gedən işıq kimi. Bu yol, gavurlar tərəfindən dağıdılmış bir elin özünə qayıdışıdır. Bu yolla cəbrayıllılar onlar üçün susamış torpaqları əlləri ilə sulayacaq. Düşünürəm ki torpaqlar da bizim üçün, qulluğumuz üçün darıxıblar. Yol boyu sağda-solda üzüm bağlarının yarpaqlarında bərq vuran günəş şüası yeni nəfəsin işartısı kimi qəlbimizi isidir…

Yol uzanır – yanğı kimi, isti nəfəs kimi …Qulaqlarımda igidlərimizin bu yollarda addımlayan ayaq səslərini,döyünən ürəklərini hiss edirəm… Uzaqdan Xudafərin körpüsü görünür. Təpənin o üzündə Vətənimin bir parçası qalıb. Parça- parça bölünməmizin bütövləşmə dönüşünü yaşayırıq. İnaşallh…

Zəngilan…

Zəngilan rayonuna qədəm qoyuruq. Uçurulmuş, himinə kimi dağıdılmış evlər nisgilli insan talelərinə bənziyir. Tələbə yoldaşım Saranı xatırlayıram. Tələbə vaxtı köçkün düşmüdü bu torpaqlardan. Nisgilimizi azaltmaq üçün hərdən zarafat da edirdik. Qaçqınam deyəndə zarafatla deyirdim mənim statusuma girmə sən köçkünsən. Bu dağınıqlıq onun gözləridə var idi, yarım qalmış arzuları kimi. Bəzi evlərin dörd divarından yalnız bir divarı qalıb. Vəhşəti, düşmənin nə qədər acımasız olduğuna şahidlik etmək üçün…

Ağalı və Qubadlı…

Ağalı kəndinə daxil oluruq. Avtobusdakılar şükranlıq içində hərəsi bir tərəfə üz tutur. Cəbrayıl və Zəngilan rayonunun dağıdılmış kəndlərindən sonra Ağalı bir ümid, yeni bir nəfəs kimi qarşılanır. Hamı toplanır – sanki növbəti sınağa hazırlaşır. Xatirimə döyüşlərin getdiyi vaxt igid oğullarımızın çəkdiyi kadrlar gəlir. Bu torbaqlardan sürünərək “İrəli!” hayqırışları qulaqlarımda çınlayır. Bələdçimiz Elmarın səsi dağılmış fikirlərimizi toparlayır. Bura isə Qubadlı rayonunun yenidən inşa edilən Ziranlı kəndidir. Buradkı yaşıllıqlar, yol boyu bizə yön verən Həkəri çayı, yaralarımıza məlhəm kimi gəlir. İrəlilədikçə Sarı aşığın kəndini görürük, yenə erməni gavurları tərəfindən uçurulmuş evlər, yandırılmış, qurumuş ağaclar beynimi və düşüncələrimi yandırır. Qura bilməyəcəyin bir yurdu niyə məhv edəsən axı? Özüm də cavab verirəm – düşmən hədsiz, insanlıqdan uzaq biridir.

Hər tərəfdə tikinti, quruculuq işləri gedir. Hər rayona girəndə nədənsə bu torpaqlardan tanıdığım insanları xatırlayıram. Bilmirəm bu nə duyğudu amma qaçqınçılıq, köçkünçülük biz nəsil insanların ən böyük yarasıdır. Bu yaranın ən acısını yaşıyanlardan biri də AzTv dən tanıdığım, illərdi mətbuatda qələminə sarılıb, ağrılarını yazan, şəhid bacısı Rəhilə Soltanqızı ilə xəyali danışıram. Nələr çəkdiyini hansı ağrıları yaşadığını daha aydın görürəm. Birinci Qarabağ Müharibəsində qardaşının cənazəsini 20 gün sonra atası gizli yollarla gedib Laçının Suarası kəndindən çıxararaq Həkəri çayının sahilində yuyubmuş. İndi Həkəri çayının dili olsaydı neçə Şəhidi gördüyünü deyərdi… Tələbəlikdə biri var, biri yoxla çarpışaraq, oxuya-oxuya özünü sözə, mətbuata atan tələbə yoldaşlarım Fadil, Könül, Rəmziyyəni xatırlayıram. Bu gördüyüm viranəliklər onların qəlbində, yaşantılarında iz salmışdı. O nisgil, buradan yol almışdı…

Laçın…

Şəninə nəğmələr qoşulan gözəl Laçın! Həyətlərdən, evlərdən insan nəfəsi duyulur. Yenidən qurulan evlər, kəndlər millət olaraq necə böyük bir əzmə malik olduğumuzu bir daha təsdiqləyir. Təpədə salınan seyrangahından gözəl Laçını təkrar-təkrar gözümüzün yaddaşına köçürürük. Həkəri çayında əl-üzümüzü yuyuyub, çayın şırıltısında bu torpaqlar uğurunda can qoyan igidlərin Ruhuna dualar oxuyuyub üzü Şuşaya, Xankəndinə tərəf davam edirik…

Dağları , dərələri seyr edtdikcə lənətə gəlmiş düşmənə nifrətim lap da kəskinləşir. 30 il bu torpağın insanına zülm etdilər. Bu yerlərin səfasına həsrət qaldıq. Bakımızı yüklədikcə yüklədik. Maddi-mənəvi o qədər yükləndik ki, nəfəs almaz olduq. Nəfəsi bizə verən igidlərin əzminə, cəsarətinə heyran oluram. Sizi hansı Analar doğdu, hansı gündə, hansı ürəklə? Ruhunuza qurban olduğum.Bu dağları, bu yoxuşları necə aşdınız? Dağlardan aşağı baxanda insanın ürəyi titriyir. Can şirindi axı… Gözümü yummaq istiyirəm, həmən də bu fikrimdən xəcalət çəkirəm. Bəs o şəhidlərin ürəyi nədən idi? Heçmi bu yolları keçəndə üşənmədilər? Şuşaya kimi gedən igidlər Aslan parçası,Qurd ürəkli oğullar idi…

İsa bulağına çatırıq …

Hamı ağzında dualarla buz kimi bulaqdan su içir. Bulaq başına düzülən fincanlarda igid oğullarımızın təsviri var. Bir-bir bu fincanlarda su içib boğazımızda düyümlənən qəhəri udmaq istəyirik… Şəkillərdə gözündən gülən kim, ümidlə qətiyyətlə baxan kim…

Bu yarım qalmış taleleər nələrdən, kimlərdən danışmır insana. Hər yer şəhidlərimizin cənnət qoxusudur. Hər köşə qazilərimizin izidir…

Üzü Xanın kəndinə gedirik – Xankəndinə…

İllərlə bizə göz dağı olan Xankəndinə! Şükür bu günə, şükür bu günü bizə yaşadana. İçimdə anlaşılmaz, qarmaqarışıq duyğular çarpışır. Bəzi küçələri, tikililəri öz qürbətdəki elimə – Dərələyəzə bənzədirəm. Ətrafda yol kənarı ilə gedən arxlar, ağaclar, şəhərsalma üslubu oranı xatırladır…

Şuşa …

Əziz Şuşa! Biz səni dirçəldəcəyik…

Şuşanın yeddi dolama dedikləri yolla gedirik. Çox riskli aşırımlardır. Sürücümüz Ramal hər həftə buralara gəldiyindən çox güvənli və sürətlə irəliləyir. Arada bizə dəstək də olur. İçimdəki səs bu qalaya dırmanan oğulların hayqırışına qarışır. Qəhər boğazımda düyümlənib.Sevinc və hüzün bir arada boğur məni. Çox qəribə hisdir… Döyüşən oğulların cəsarətinə vətən sevgisinə heyran olmaya bilmirsən. Gözəl Şuşa uğuruna nə igilər qanını tökdü, nə canlar qurban oldu! Nə qədər müqəddəssən Sən…

Küçələri bir- bir gəzirik. Məşədi Zülfüqarın evi, Məşədi İbişin evi. Evlərin hamısı insanların həyatı kimi darmadağındır. Kimlərinsə gülüb keçdiyi bu evləri xarabalıq gülləri basıb. Sahibini itirmiş bu evlər kol- kosnan özünü ovutmaq istəyir. Bu vəhşilər insanlıqdan kənar nə varsa onu ediblər. Təkcə insanlarımıza deyil, daşa-torpağa, ağaclara da divan tutublar. Yuxarı Gövhər ağa məscidinə gedirik. Azan səsi bütün ruhumuza məlhəm kimi yayılır. Xan qızı Natəvanın evi bütün acılara, vəhşilklərə şahidlik edərək hələ də ayaqdadır. Divarlar keçmişi, tariximizi özündə qoruyub saxlayır. Bütün küçələrdə təmir bərpa işlərini Heydər Əliyev Fondu aparır. İnşallah bir neçə ildən sonra bu evlərə yeni nəfəs gələcək…

Şuşa səfərimizin pik nöqtəsi – Cıdır düzünə çıxmağımız və ordan ətrafı seyr etmək idi. Bu seyr etmək də deyildi. Bu havanı torpağı ciyərinə, Ruhuna hopdurmaq idi… Bizim qara nəfəs çıxdığımız yolları fəth edən Oğullarımızı, qərar verən Cənab Baş Ali Komandan İlham Əliyevi sayqı və minnətdarlıqla anıb çətin imtahan dolu Ağdamımıza üz tuturuq… Yol boyu vəhşətin izlərini izlədikcə göz yaşımız boğazımızda quruyur. İnsanları kimi özü də dağıdılmış Xocalı. Burda da yeni evlər tikilib yolun sağı-solu bir birinə ziddir. Bir tərəfdə düşmənin viran qoyduğu evlər, digər tərəfdə Azərbaycanımızın qurub yaratdığı evlər və yaşıllıqlar. Elə bu mənzərə, kimin hansı xislətə malik olduğunu çox gözəl göstərir. Xocalıda yeni salınan qırmızı kirəmitli ağ evlər Xocalılara ümid, yeni həyata səslənişidir. İnsanların məskunlaşdığı evlər artıq yaşıllaşıb. İnsan nəfəsi uzaqdan da olsa duyulur. Bütün yollarda komunikasiya və kanalizasiya xətləri çəkilib və çəkilməkdədir.

Əsgəran …

Qalaya çatıb oranı da ziyarət edirik. Kimi şəkil çəkdirir, kimi dua edib salavat gətirir…Xatirimə Xocalı faciəsini yaşıyan tanıdığım və tanımadığım insanların söhbətləri gəlir. Onların söhbətlərindən tanımışdım Əsgəranı. Az qala qınamışdım bu Qalanı, bu daşı-divarı qardaş-bacımızı qoruya bilmədiyi üçün. Çarəsizlik pis mərəzdi, Tanrı heç kimə yaşatmasın. İnsan əlacsız qalanda yerdən göydən də imdad diləyir…

Ağdamadayıq…

Hər yerdə tikinti işləri gedir. Nə qədər texnika, nə qədər işləyən insan var bu gözəl torpaqlarda. Bir vaxtlar döyüş poliqonu olan bu yerlər indi tikinti quruculuq işlərinin getdiyi meydana çevrilib. 45 nəfərlik heyətdə bircə Ayselimiz Ağdamlıdır, özü də müəllimədir. səsizcə ağlayır. Səsizliyi insanın qəlbini göynədir. Göz yaşları içində doğmalrını evini axtarırmışcasına çırpınır- bu çarəsiz çırpıntıdır… Ətrafı oğluna göstərir, uşaq vaxtı babası ilə məscidə gəldiyi günləri ona danışır… Yollarda saysız-hesabsız texnika işləyir. Yol bağlı olduğundan düşüb Ağdam Cümə məscidinə yollanırıq. Cümənin axundu bizi qarşılayır. Olub bitənləri böyük ağrılarla izah edir. Gavurların məscidi tövləyə çevirdiyi fotoları göstərir. Deyir: “Məscidin içi o qədər murdarlanmışdı ki, maşın-maşın torpaq qazıb apardıq ki havası dəyişsin.” Erməninin əməli də özü kimi üfunətlidir. Minarələrə baxıram, ətrafı gəzirəm. Rəhmətlik hərbi operatorumuz Seyid Ağa Mövsümovun müharibə dövründə burada çəkdiyi kadrlar yadıma düşür. Qız-gəlinin çığırtısı, qışqırtısı hələ də qulaqlarımda çınlayır. Bu divarlar hansı acılara şahidlik edib – sözlə ifadəsi çətindir. Bütün bu acılara rəğmən, ətrafdan gilab ətri gəlir… Bir vaxtlar ulu öndər Heydər Əliyevə əsir Ağdamdan gətirilən kiçik daş parçasının məsciddə sərgilənməsi ibrətlik dərsdir. Əlbətdə ki, analayana… Niyyətlilər namaz qılır. Dərin- dərin səssizlikdə yerə döşənən xalıların üzərində əyləşib bu səssizliyi duymaq istəyirəm. Mən onlarla səssizcə danışmaq istədim. Deyirlər ruhların olduğu yerdə səsizlik danışar… 1868 ci ildə inşa edilən Ağdam Cümə məscidinin qapısının üzərində yazılan ayə xəyalən məni uzaqlara apardı. Bu ayə yalnız döyüşə gedən ordunun bayraqlarında yazılarmış. “Həqiqətən biz sənə açıq – aşkar bir qələbə bəxş etdik.” Çox qəribə tarixçəsi var bu ayənin. Peyğəmbəri tərəfdarları ilə bərabər Məkkədən çıxmağa məcbur edirlər. Mədinədə məskunlaşan müsəlmanlar Mədinəlilərlə bərabər üç müharibədə iştirak edirlər. Bədr, Uhud və Əhzab döyüşləri. Altı il sonra Məhəmməd Peyğəmbər 1400 müsəlmanla Məkkəyə Həcc ziyarətinə yollanır. Yolda Hüdeybiyyə adlı yerdə Qurayşilərlə qarşılaşırlar. Onlar müsəlmanların Məkkəyə daxil olmasına icazə vermirlər. Tərəfdarlar üsyan edir və döyüşərək Məkkəyə girmələrini tələb edirlər. Məhəmməd Peyğəmbər razılaşmır və danışıqlara gedir. Qurayşilərlə müsəlmanlar arasında 10illik sülh razılaşması imzalanır. Şərtlərdən biri də bu idi ki, müsəlmanlar bu il Məkkəyə girməyəcək. Amma gələn il 3 gün müddətində silahsız Məkkəni ziyarət edə biləcəklər. Bu razılaşma nəticəsində müsəlmanların sayı sürətlə artır .Onlar idealoji və hərbi cəhətdən daha da güclənirlər .Qurayşin siyasi gücü isə tamam sarsılır. Bu ayə Ağdam Cümə məscidinin qapısı üzərində yazılıb. Təsadüfdürmü zərurətdirmi bilmirəm. Amma bu qədəri də olmur…Ağdamlılar Məkkədən güclə çixarılan iman əhli Məkkəlilərin taleyini yaşadılar…Nədənsə müharibə dönəmində bəzi qüvvələrin Ağdama, Xocalıya girməyən orduya qınağı yadıma düşdü. Demək Sərkərdə olacaqların fərqində idi. Ona görə Zəfər günümüzdə “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” məsajını verirdi. Ali Baş Komandan İlham Əliyev məhz sazişlərlə, danışıqlarla Ağdama Ağdamlılarla bərabər Məkkəlilər kimi döyüşsüz girdilər. Bu ayəni yaddaşıma köçürüb, Ali Baş Komandanımız İlham Əliyevlə bərabər üzü Zəngəzura Qərbi Azərbaycanlılarla bərabər qayıdışımıza inanıram…

Sevda Hüseyn,

Xüsusi olaraq KONKRET.az saytı üçün…

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 İyul 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see183

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see165

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see156

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see148

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see139

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see137

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see136

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see135

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see132

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see128

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see127

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see126

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see124

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see122

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see120

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see118

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri