Icma.az
close
up
RU
BİR SƏHİFƏLİK, 14 BƏNDLİK SƏNƏD... ABŞ ilə İran anlaşmağa yaxındır + ŞƏRTLƏR

BİR SƏHİFƏLİK, 14 BƏNDLİK SƏNƏD... ABŞ ilə İran anlaşmağa yaxındır + ŞƏRTLƏR

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ ilə İran arasında aparılan müzakirələrin müsbət sonluğa çatacağına dair ümidlər yaranıb.

“AzPolitika” xəbər verir ki, Ağ Ev İranla silahlı münaqişəyə son qoymaq və daha ətraflı nüvə danışıqları üçün zəmin yaratmaq məqsədi daşıyan anlaşma memorandumu bağlamağa yaxın olduğunu düşünür. Bu barədə “Axios” nəşri iki ABŞ rəsmisinə istinadla yazıb ki, anlaşma bir səhifəlik, 14 bəndlik sənəd olacaq və onun məzmunu hazırda xüsusi elçi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə bir neçə İran nümayəndəsi arasında müzakirə olunur.

Razılaşmada, digər məsələlərlə yanaşı, İranın uranın zənginləşdirilməsinə moratorium qoyulması, ABŞ-nin isə Tehrana qarşı sanksiyaları ləğv etməsi və dondurulmuş İran vəsaitlərindən milyardlarla dolları azad etmək tələb edilir. Hər iki tərəf həmçinin Hörmüz boğazında gəmiçiliklə bağlı məhdudiyyətləri aradan qaldıracaq. Mənbələr qeyd edirlər ki, tərəflər münaqişə başlayandan bəri heç vaxt razılığa bu qədər yaxınlaşmayıblar.

Danışıqlarda iştirak edən Pakistan vasitəçisi “Reuters”-ə təsdiqləyib ki, onlar həqiqətən də bir səhifəlik memorandum imzalamağa yaxındırlar: "Biz bunu çox tezliklə yekunlaşdıracağıq. Biz buna yaxınıq".

"Axios"un məlumatına görə, ABŞ İranın növbəti iki gün ərzində bir neçə əsas məqama cavab verməsini gözləyir. Hazırda memorandum regional müharibəyə son qoyulduğunun elan edilməsi, boğazın açılması, İranın nüvə proqramının məhdudlaşdırılması və ABŞ sanksiyalarının ləğvi üçün 30 günlük danışıqların başlanmasını nəzərdə tutur. Bu danışıqlar İslamabadda və ya Cenevrədə baş tuta bilər.

ABŞ rəsmilərindən birinin sözlərinə görə, 30 günlük müddət ərzində İranın gəmiçilik məhdudiyyətləri və ABŞ-nin dəniz blokadası tədricən aradan qaldırılacaq.

Qeyd olunur ki, uranı zənginləşdirmə moratoriumunun müddəti ilə bağlı intensiv danışıqlar aparılır. Mənbələr bunun ən azı 12-15 il olacağını düşünür. Bu müddətdən sonra İran uranı yalnız 3,67% səviyyəsinə qədər zənginləşdirə biləcək. Əvvəllər İran yalnız 5 illik moratorium təklif edir, ABŞ isə 20 ildə israr edirdi.

“Axios”-un mənbələri Tehranın yüksək dərəcədə zənginləşdirilmiş uranı ölkədən çıxarmağa razılaşacağını və beynəlxalq yoxlamalara icazə verəcəyini bildirib. ABŞ də öz növbəsində İrana qarşı sanksiyaları tədricən ləğv edəcəyinə və dondurulmuş aktivlərini azad edəcəyinə söz verir.

Lakin, Ağ Evdən alınan məlumata görə, İran rəhbərliyi bölünüb və müxtəlif fraksiyalar arasında konsensusa gəlmək çətin ola bilər.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 May 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri