Icma.az
close
up
RU
Bir şəklin tarixçəsi Balaca aktyorun kinoda qalan yarımçıq ÖMRÜ

Bir şəklin tarixçəsi Balaca aktyorun kinoda qalan yarımçıq ÖMRÜ

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu şəkil 80-ci illərin xatirəsini özündə yaşadır. Fotodakı sima Azərbaycan kinosevərlərinin yaddaşında uşaq rollarının mahir ifaçılarından biri olmuş aktyor Ruslan Nəsirova məxsusdur.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında Ruslan Nəsirovdan bəhs etməsi təsadüf deyil. Çünki 10 iyun tarixi kino və dublyaj aktyoru Ruslan Nəsirovun doğum günüdür.
Ruslan Nəsirov Azərbaycan kinosunda uşaq rollarının ən parlaq ifaçılarından biri hesab olunur.
Onun adı çəkiləndə ilk növbədə 1984-cü ildə ekranlara çıxan “Tənha narın nağılı” filmindəki Sadıq obrazı yada düşür.

Bu şəkil 1983-cü ildə - Ruslan Sadıq rolunda çəkilərkən lentə alınıb. Rejissorlar Şamil Mahmudbəyov və Həsənağa Turabovun yazıçı Əkrəm Əylislinin eyniadlı povesti əsasında ekranlaşdırdıqları film 1941-45-ci illər müharibəsindən yeni çıxmış Azərbaycan insanının dramını əks etdirir.
Film çəkilərkən cəmi 10 yaşı olan Ruslan ilk dəfə kamera qarşısına keçsə də, yaratdığı obrazın təbiiliyi, səmimiyyəti və inandırıcılığı tamaşaçıları heyran etmişdi. O, Sadığın sevincini, kədərini, saf uşaq duyğularını elə ustalıqla çatdırmışdı ki, film illər keçsə də, öz təsir gücünü itirməyib.
İki il sonra çəkilən “Qəm pəncərəsi” filmində Əhməd rolunu canlandıran balaca aktyor bir daha göstərmişdi ki, ilk uğuru təsadüf deyil. O, yaşına uyğun olmayan bir peşəkarlıq nümayiş etdirərək Azərbaycan kinosunun gələcək vəd edən simalarından biri kimi qəbul olunmuşdu. Sonrakı illərdə müxtəlif filmlərdə rol aldı, eyni zamanda dublyaj sahəsində fəaliyyət göstərərək bir çox ekran əsərlərinin qəhrəmanlarına səs verdi.

Bu şəkil həm də yarımçıq qalan bir ömrün uşaqlığından xatirədir. Təəssüf ki, tamaşaçıların sevimlisi olan Ruslan Nəsirov 2015-ci il martın 6-da, cəmi 40 yaşında - subay ikən dünyasını dəyişdi. Onun vaxtsız gedişi sənətsevərləri kədərləndirsə də, yaratdığı obrazlar və səsləndirdiyi qəhrəmanlar bu gün də yaşayır.

Fotoya baxdıqca insan anlayır ki, bəzi aktyorlar bir neçə obrazla xalqın yaddaşında əbədi qala bilirlər. Ruslan Nəsirov da məhz belə sənət adamlarından idi. O, bu şəkildəki saf baxışları, səmimi təbəssümü və ekrandakı təbii oyunu ilə bir nəslin uşaqlıq xatirələrini yaşadır.

10 iyun tarixi Azərbaycan kinosunun istedadlı simalarından birini xatırlamaq, onun sənətə bəxş etdiyi gözəl obrazları yenidən yada salmaq üçün əlamətdar gündür. Ruslan Nəsirovun ekranda yaratdığı Sadıq, Əhməd və digər obrazlar Azərbaycan kino tarixinin unudulmayan səhifələrində öz yerini qoruyub saxlayır.

“Tənha narın nağılı” filminin kadrarxası: yaradıcı heyət bir arada...
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 İyun 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri