Bir sıra ölkələrin rəsmiləri ilə sosial müdafiə sahəsində müzakirələr aparılıb
Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
AzVision.az xəbər verir ki, bu görüşlərdə ölkələrimiz arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində ikitərəfli əlaqələr barədə fikir mübadilələri aparılıb, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Lütfihak Alpkanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı nazir Anar Əliyev ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın sosial sahədə də əlaqələrin genişlənməsinə imkan yaratdığını diqqətə çatdırıb.
L.Alpkan ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın ildən-ilə genişlənməsindən məmnunluğunu ifadə edib, bu əlaqələrin gələcək inkişafı üçün səylərin qarşıdakı dövrdə də davam etdiriləcəyini bildirib.
Görüşdə Nazirliklər arasında əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın fəaliyyəti barədə fikir mübadilələri aparılıb, gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Pakistan İslam Respublikasının xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı üzrə federal naziri Çaudri Salik Hüseynlə görüşdə Azərbaycan-Pakistan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin dövlət başçılarının birgə səyləri ilə uğurla inkişaf etdiyi qeyd olunub.
A.Əliyev dostluq və əməkdaşlıq əlaqələrimizin mövcud səviyyəsindən məmnunluğunu bildirib, bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.
S.H.Çaudri DOST Konsepsiyasının Pakistanda tətbiqi üçün ölkəmizin təcrübəsini öyrənməyə maraqlı olduqlarını bildirib.
Nazirliklər arasında Anlaşma Memorandumunun həyata keçirilməsinə dair növbəti dövr üçün Tədbirlər Planının hazırlanması məsələsi nəzərdən keçirilib.
Banqladeş Xalq Respublikasının əmək və məşğulluq naziri Muhammad Sakhavat Hussainlə görüşdə ölkələrimiz arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafına böyük önəm verildiyi diqqətə çatdırılıb.
Beynəlxalq təşkilatlar, o cümlədən İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
M.S.Hussain İƏT-in Əmək Mərkəzinin Bakıda keçirilən iclasının əhəmiyyətini qeyd edib, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin genişlənməsində maraqlı olduqlarını bildirib.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Hakan Fidan bir sıra ölkələrin dövlət rəsmiləri ilə Suriyadakı vəziyyəti müzakirə etdi
08 Dekabr 2024 21:42
Hakan Fidan bir sıra ölkələrin dövlət rəsmiləri ilə Suriyadakı vəziyyəti müzakirə etdi KONKRET
08 Dekabr 2024 22:26
Nazir bu ölkələrin rəsmiləri ilə görüşdü Video
09 İyul 2025 18:13
Türkiyədə peşə reabilitasiyası və sosial müdafiə sahəsində təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
14 May 2025 17:03
Bir sıra ölkələrin diplomatları Ukraynanı tərk edib
24 Noyabr 2024 10:02
Baxış sayı:79
Bu xəbər 24 Sentyabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları