Hakan Fidan bir sıra ölkələrin dövlət rəsmiləri ilə Suriyadakı vəziyyəti müzakirə etdi KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bir sıra ölkələrin dövlət rəsmiləri ilə Suriyadakı son vəziyyəti müzakirə edib.
KONKRET.az xəbər verir ki, bu məqsədlə Türkiyənin XİN başçısı ilə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas, İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani, Fransa Senatının Xarici işlər, müdafiə və silahlı qüvvələr komitəsində ölkənin xarici işlər naziri Jan-Noel Baro, İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno, Çex Respublikasının xarici işlər naziri Yan Lipavski, Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışıqları olub.
Danışıqlar zamanı Suriyanın ərazi bütövlüyü və siyasi birliyinin əhəmiyyəti, keçid dövrünün nizamlı olması, bu dövr ərzində ölkədəki dini azlıqların qorunması, eləcə də terror qruplaşmalarının yaranan vəziyyətdən istifadə etməsinin qarşısının alınması məqsədilə beynəlxalq ictimaiyyətin xalqa dəstək verməsinin zəruriliyi vurğulanıb.
Hakan Fidan danışıqlar zamanı Suriyanın ərazi bütövlüyü və siyasi birliyi çərçivəsində sabitlik və sülhün təsis edilməsinin vacibliyini qeyd edib.
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 08 Dekabr 2024 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















