Icma.az
close
up
RU
Bir tərəfdə ipoteka ilə ev almaq istəyən, digər tərəfdə kirayə qaldığı evləri satan... Məhkəmə qərar verdi

Bir tərəfdə ipoteka ilə ev almaq istəyən, digər tərəfdə kirayə qaldığı evləri satan... Məhkəmə qərar verdi

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncə şəhərində hərbçi ipoteka ilə ev almaq istərkən dələduzluqla üzləşib. Nəticədə 20000 manata yaxın ziyana düşüb.

Bizimyol.info xəbər verir ki, Gəncədə Sərxan adlı şəxs özünün kirayə qaldığı evləri satmaq adı ilə Əmrah Əliyevi aldadaraq, onun ümumilikdə 19 min 400 manat pulunu ələ keçirib.

Sərxan hərbçinin hissə-hissə ödəməklə ev almaq istədiyini biləndə onu aldatmaq qərarına gəlib. Əvvəl Göygöl rayonunun Üçtəpə kəndində bir evi göstərərək, Moskvada yaşayan qardaşına məxsus olduğunu, onu hissə-hissə ödənişlə almaq mümkün olduğunu deyib. Həmin evə görə zərərçəkmişin 5000 manatını alıb. Sənədlərin qardaşında – Moskvada olduğunu deyən Sərxan zərərçəkmişi bu yolla yubadıb. Onun israrla sənəd tələb etdiyini görəndə isə bildirib ki, ev mərhum anasının adınadır, bu səbəbdən sənədləşmə işində yubanma olacaq.

Zərərçəkmişə Gəncədə Gülüstan qəsəbəsində 46000 manata ev satıldığını deyərək, onu almağı məsləhət görüb. Bildirib ki, istəyirsə, hissə-hissə ödəməklə onu almaq mümkündür. Əmrah Əliyev inanıb və daha 10000 manat Sərxana verib. Özü də həmin evə köçüb.

Günlərin birində həmin evə bir qadın gələrək, bağlı otaqdakı əşyaları götürmək istədiyini söyləyib: “Şirin adlı qadın əşyaları götürəndə aramızda söhbət oldu. Dedim ki, bu evi mən almışam. O isə bildirdi ki, evi satmayıb, Sərxana kirayə verib. Şirinə dedim ki, axı mən Sərxandan 46000 manata almışam. Bir müddət sonra Sərxan gəldi, həmin qadına irad bildirdi ki, “sən niyə mənə deməmiş evə gəlmisən”. Qadın getdi, bir qədər sonra Yusif adlı bir kişi gəldi, təxminən 50 yaşı olardı. O da dedi ki, “arvad qələt eləyir, əsas mənəm, sən məni tanıyırsan, evi mən satmışam, çıxma evdən”. Bildirdi ki, 15000 manat pul verəndən sonra evi adıma keçirəcəklər. Hər dəfə Sərxana kartına atmaqla pul göndərirdim. Günün birində dedim ki, Yusif evi sənədləşdirsin. Dedi ki, anası rəhmətə gedib, ev də onun adınadır. Sərxan dedi ki, sənə başqa ev taparam”.

Bu dəfə onu Gəncədə ikiotaqlı mənzilə gətirib. Mənzilin 32000 manata ipoteka yolu ilə satıldığını bildirib. Ondan daha 4200 manat pul alıb.

Əmrah Əliyev bir gün işdən gələndə qapının açılmadığını görüb. Qonşuluqda yaşayan müəllim ev sahibi ilə danışandan sonra məlum olub ki, bu mənzil də Sərxana kirayə verilibmiş. Zərərçəkmiş dələduzluğa məruz qaldığını başa düşüb və polisə şikayət edib.

Məlum olub ki, Sərxan bundan əvvəl də dələduzluğa görə cinayət məsuliyyətinə cəlb olunub. Goranboy rayon Məhkəməsinin hökmü ilə ona 2 il 6 ay cəza verilib. Həmin cəzanı çəkib qurtarmamış bu cinayəti törədib.

Gəncə Şəhər Məhkəməsi onun çəkilməmiş cəzasını da nəzərə almaqla, 4 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 Dekabr 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri