Icma.az
close
up
RU
ABF rəsmisi: Avrokuboklarda ən şanslı komandamız “Sabah”dır

ABF rəsmisi: Avrokuboklarda ən şanslı komandamız “Sabah”dır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 2 noyabr, AZƏRTAC

Həm Azərbaycan çempionatında, həm də avrokuboklarda komandalarımızın çıxışını müsbət qiymətləndirirəm. Hələlik qrup mərhələsində cəmi dörd tur geridə qalıb. Buna görə də növbəti mərhələyə yüksəlmək şansları barədə daha dəqiq danışmaq üçün qarşıdakı oyunları gözləməliyik. İnanıram ki, bütün təmsilçilərimizin şansı davam edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz avrokuboklarda mübarizə aparan təmsilçilərimiz barədə danışarkən deyib.

O, “Sabah”ın Çempionlar Liqasının ən çətin qruplarından birində mübarizə apardığını söyləyib: “Komanda səfərdə Litvanın “Ritas” və Türkiyənin “Trabzonspor” klubları ilə oyunlarda məğlub olsa da, hər iki qarşılaşmada yaxşı mübarizə nümayiş etdirdi. Təəssüf ki, son dəqiqələrdə qələbə qazanmaq mümkün olmadı. Daha sonra evdə Fransanın “Nanter” kollektivi üzərində vacib qələbə əldə edərək qrupdakı şanslarını qorudu. İndi “Sabah”ı “Trabzonspor”la çox vacib oyun gözləyir. Bu qarşılaşmada qalib gəlsələr, növbəti mərhələyə yüksəlmək üçün böyük şans əldə edəcəklər. Qrupda komandalar arasında ciddi fərq yoxdur və hər kəs bir-birinə qalib gələ bilər. Düşünürəm ki, “Sabah” son tura qədər qrupdan çıxmaq uğrunda mübarizəni davam etdirəcək”.

ABF rəsmisi FIBA Avropa Kubokunda çıxış edən komandaların da şanslarını dəyərləndirib: “Neftçi”nin digər təmsilçilərimizlə müqayisədə bir qədər bəxtsiz olduğunu düşünürəm. Komanda bir neçə oyunda sona qədər mübarizə aparsa da, məğlubiyyətlə üzləşib. Üstəlik, zədəli basketbolçularına görə indiyədək tam heyətlə meydana çıxa bilməyib. Buna baxmayaraq, “Neftçi”nin mübarizəsini uğurlu hesab edirəm. Sadəcə, bu çıxışı nəticəyə çevirə bilməyib. “LANDAU Lions” və “Gəncə” isə son həftələrdə yaxşı oyunlarını qələbələrlə tamamlayıblar. “LANDAU Lions” Türkiyə çempionatının güclü komandalarından “Dənizli”yə, “Gəncə” isə Portuqaliyanın tanınmış klublarından “Sportinq”ə qalib gəlib. “Gəncə” basketbol tariximizdə ilk dəfə Avropa Kubokunda səfərdə qələbə qazanıb. Bu nəticələrin əhəmiyyətli olması üçün komandalarımız növbəti oyunlarda da eyni səviyyəni qorumalıdırlar”.

T.Zeytingöz “Sabah”ın imkanlarının digər klublarımızla müqayisədə daha yüksək olduğunu vurğulayıb: “Çünki FIBA Çempionlar Liqasında qrupda üçüncü yeri tutan komanda da pley-in mərhələsində iştirak etmək imkanı qazanır. FIBA Avropa Kubokunda isə altı komandadan ibarət qrupda ilk üç yeri tutmaq lazımdır. Bu baxımdan, “Sabah”ın növbəti mərhələyə yüksəlmək şansını daha yüksək qiymətləndirirəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Noyabr 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri