Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Bir udumluq nəfəs İnsan mənzərələri silsiləsindən

Bir udumluq nəfəs İnsan mənzərələri silsiləsindən

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Əlisəfdər HÜSEYNOV

İllər keçir, amma o mənzərə hələ də gözlərimin qabağındadır

Atam bu dəfə məni də özü ilə bazara aparmışdı. İlk dəfə idi ki, evdə tez-tez adını eşitdiyim bu məkana gəlmişdim. Hər şey mənim üçün təzə idi. Ona görə də ağzımı ayırıb elə hey ora-bura baxırdım. Asfaltın üstünə yığılmış qarpız-yemiş qalaqları balaca təpələrə bənzəyirdi. Yaxınlıqdakı ucuz yeməkxanadan mehin qovub gətirdiyi təzə kotlet iyi bazarı başına götürmüş, öz mallarını tərifləyən satıcıların bağırtıları bir-birinə qarışıb qəribə bir uğultu yaratmışdı və mənə elə gəlirdi ki, bir az da keçsə, biz bu iyin və uğultunun içində itib-batacağıq.

Piştaxtaların arasında gəzişib alacaqlarının ucuz və keyfiyyətlisini axtaran atam növbəti dəfə başını qaldıranda baxışları uzaqda nəyəsə ilişib qaldı və mənə elə gəldi ki,  həmin o anda içindən çölə - gözlərinə, üzünə bir ağrı axdı. Mən uşaq idim, amma hiss edirdim ki, nə isə gözlənilməz bir hadisə baş verəcək. Nəzərlərimi qeyri-ixtiyari atam baxan tərəfə yönəldim - bir az aralıda beli azca donqar, ağ saqqallı, çöhrəsi illərin yorğunluğuna bulaşmış bir qoca biz tərəfə gəlirdi.  O qocanın sifətində eyni ilə atamın üzündə olan cizgiləri görüb təəccübləndim - elə bil atamın qocalığı bir kölgə kimi onun üstünə gəlirdi.

Qoca bizə çatar-çatmaz atamın bayaqkı ağrılı görkəmi dəyişdi, sanki dönüb balaca bir uşaq oldu, kənara çəkilib hörmətlə qocaya yol verdi. O da başını qaldırıb atama baxdı və həmin anda mənə elə gəldi ki, hər ikisinin sifətindəki ifadə dəyişdi. Sonra atam nədəsə təqsiri olan uşaq kimi büzüşüb boynunu azca bükdü, qoca isə dodaqlarının altında nə isə mızıldana-mızıldana uzaqlaşdı. Atam kədərli nəzərlərlə bir müddət onun arxasınca baxdı, sonra yenidən kartofun, soğanın... ucuz və keyfiyyətlisini axtaran adamlara qarışdı. Qəribədir, bu gözlənilməz görüşə qədər istədiklərini tələsmədən, rahatlıqla axtaran atamın hərəkətlərində indi  bir tələskənlik vardı - mən az qala onu qaça-qaça təqib edirdim ki, adamların arasında  itirməyim. 

Evə gələndən sonra bu əhvalatı anama danışıb, o qocanın kim olduğunu soruşdum. Anam "Babandır" - dedi. - "Atanın atası" və köks ötürüb susdu.

Mən babanın nə olduğunu bilirdim, amma indiyədək belə bir babamın olmasından xəbərsiz idim. Qəribədir ki, atamın anası - yəni nənəmlə bir evdə, bir dam altında yaşasaq da, ağlıma gəlməmişdi ki, kiminsə nənəsi varsa, mütləq  babası da olmalıdır. Bəlkə elə buna görə bir uşaq marağı və şıltaqlığı ilə növbəti sualı verdim:

- Bəs babam niyə bizə gəlmir, niyə nənəm kimi bizimlə yaşamır?

Anamın gözləri yol çəkdi... Sonra bayaq bazardan aldığımız pomidorlardan soya-soya üzümə baxıb dedi:

- Sizinki baba sarıdan gətirmədi, bala. Mənim atamı müharibə uddu, bu baban da belə. - Qəfildən əl saxlayıb üzümə baxdı. - Belə şeyləri başa düşmək üçün hələ balacasan. Get dərslərini oxu. Vaxt gələr bilərsən.

Anam hardasa haqlı idi. O vaxt mən ikinci sinifə keçmişdim, nə biliyim, nə də həyat təcrübəm insanlar arasındakı münasibətlərin mürəkkəb, qəliz tərəflərini anlamağıma imkan vermirdi. Amma bu gün bazarda gördüklərim, keçirdiyim hisslər düyünlənib ürəyimdə qaldı və o düyün doğrudan da yalnız mən yaşa dolduqca, pis və yaxşının, sevgi və nifrətin nə olduğunu anladıqca  yavaş-yavaş açılmağa başladı.

Boyük bacılarımdan, anamla atamın axşamlar şam yeməyindən sonra hərdən ikilikdə dərdləşmələrindən, bu dünyanın işlərindən gileylənmələrindən  oğurlaya-oğurlaya bildim ki, atam anadan olandan az sonra nənəm babamdan ayrılıb indi bizim yaşadığımız öz ata həyətindəki köhnə evə qayıdıb, yeganə övladını - atamı tək böyüdüb. Dediklərinə görə, bu ayrılığa səbəb babamın nənəmə xəyanəti olubmuş. Nənəm babamdan elə küsmüşdü ki, ömrünün sonuna qədər bir dəfə də olsun onun adını dilinə gətirmədi. Atası ola-ola atasızlıq dərdi yaşamış, uşaqlığı aclıq, əziyyət, məşəqqət içində keçmiş atam isə hətta ahıl vaxtlarında da özünü "atalı yetim" adlandırsa da, nəyə görəsə babama bu ifadəyə uyğun münasibət bəsləmir, ona nənəm kimi nifrət etmirdi. Hətta adını  mənə qoymuşdu. Bu isə nənəmə əlavə problemlər yaratmışdı. Onun dilindən bir dəfə də olsun öz adımı eşitmədim - məni həmişə "ay uşaq" - deyib çağırırdı...

Son vaxtlar nənəmin gözləri yaxşı görmürdü. Bir dəfə təqaüd ardınca gedib evə qayıdanda öz küçə qapılarının ağzında kətildə oturub babamla söhbət edən qonşumuz molla Kazım kişiyə salam vermişdi, sonra biləndə ki, babam da orda imiş və verdiyi salamdan dolayısı ilə ona da pay düşüb - yazıq arvad səhərə kimi ağlaya-ağlaya günahından keçməsi xahişi ilə Allaha yalvardı...

Atamın uşaqlığı çox ağır vaxtlara düşmüş, küçələrdə ac-yalavac, yiyəsiz səfil kimi böyümüşdü. Onun uşaqlıq illərini xatırlayan idman müəllimimiz bir dəfə mənə dedi ki, atan çox dözümlü atamdır ki, o zıppıltıdan sağ çıxa bildi və əgər yiyəsi, arxasında duranı, oxudanı  olsaydı, bəlkə də indi tanınmış, hörmətli adamlardan biri idi.

Mən yavaş-yavaş başa düşdüm ki, atamın ailəyə, övladlarına məhəbbəti ilə yanaşı, sərtliyi, əsəbiliyi, açıq desəm, bir az qəddarlığı, kobudluğu uşaq vaxtı aldığı psixi zədələrin, atası ola-ola atasız qalmasının nəticəsi imiş. Amma iş burasındadır ki, bütün bunlara rəğmən, atasının təəssübünü çəkir, evdə, çöldə, məclislərdə onun haqqında xoş olmayan söhbətlərə rəvac vermirdi. 

Mən bu dolaşıq məsələdən heç cür baş aça bilmirdim.

...Nənəm ata evinə gələndən bir az sonra babam evlənmiş və təzə arvadından bir qızı olmuşdu. Başqa sözlə desək, atamın  ta bir, ana ayrı bacısı, yəni bizim bibimiz vardı. Atam nə atasının, nə də bibimin evinə ayaq basırdı. Bibim isə ara-sıra bizə gəlsə də, evə qalxmır, uzaq başı eyvanın qırağında bir az oturur, ordan-burdan danışıb gedirdi. Bibimin yeddi uşağı vardı və bildiyimə görə, onların hamısı babamgilin bizim evdən yeddi-səkkiz ev o yandakı həyətlərində ən arzulanan qonaqlar idi. Və mən hərdən küçədə babamın öz qız nəvələrinin biri ilə söhbətləşə-söhbətləşə, zarafatlaşa-zarafatlaşa  harasa getdiyini görəndə bu mehribanlığa paxıllığım tuturdu, istəyirdim ki, o bibiuşağının yanında mən də olum, babam mənə də mehribanlıq göstərsin. Amma bu, arzudan o yana keçmirdi. Başa düşürdüm ki, biz, yəni doğmaca oğlundan olan uşaqlar onun üçün aşağı sort dəyərində olan nəvələrdir. Bu həqiqət içimdə kədər qarışıq bir kin yaratsa da, əslində elə belə də olmalı idi - doğmaca oğluna o cür münasibət bəsləyən adamdan o oğuldan olan nəvələrinə hansı sevgidən, mehriban münasibətdən söhbət gedə bilərdi?

Bu ağrını evimizdə atamdan sonra ən çox yaşayan mən idim. Amma bir şeyi başa düşmürdüm:  atamın ürəyində sağ-salamat ola-ola onu yetim, köməksiz qoymuş, əsəblərini pozmuş bu kişiyə qarşı  niyə nifrət, daxili bir etiraz yox idi? Onu görəndə təqsirkar uşaq kimi büzüşməyi, boynunu əyməyi nəyin ifadəsi idi?

Sonralar nənəmin gözləri tam tutuldu. Çox qəribədir ki, mən nənəmin gözlərinin tutulmağında da atamın öz arzularını ürəyində həmişəlik dəfn etməsinin baiskarı olan babamı günahkar bilirdim və mənə elə gəlirdi ki, nənəm gecələr otağında xəlvətcə ağlamaqdan kor olub. Yavaş-yavaş içimdə adıma qarşı yaranan nifrət də bundan qaynaqlanırdı. Tərs kimi də öz arvadına, oğluna zülm edən, onların ruhunu zədələyən belə bir adamın adını daşıyırdım. Bu ad ağır daş kimi bütün ruhumu əzirdi. Üstəlik, hamı deyirdi ki, böyüdükcə atama oxşayıram. Atam isə lap babamın burnundan düşmüşdü. Belə çıxırdı ki, babamın yeganə oğul nəvəsi - yəni mən xoş, ya naxoş bu adı, geni gələcəyə daşımağa məhkum idim. Bunları uşaq ağlı ilə olsa da, dərk edir, zorla boynuma qoyulmuş bu öhdəliyin heç olmasa birindən yaxa qurtarmaq üçün yollar axtarırdım. Sir-sifətdən babama oxşamağım məndən asılı deyildi. Ona görə də bu barədə fikirləşməyə dəyməzdi. Qalırdı ad məsələsi.

Bir ildən sonra mən 6-cı sinifdə oxuyanda nənəm 66 yaşında vəfat etdi. O vaxta qədər bir dəfə də qapımızı açmayan babam heç nə olmamış kimi onun bütün hüzür məclislərində iştirak etdi. Görəsən, nə üçün? Rəhmət oxumağa gəlmişdi? Necə ola bilərdi ki, qırx ildən də çox vaxt ərzində özünün adicə insanlıq borcun haqqında fikirləşməyəsən, amma axırda gözə kül üfürmək üçün guya son borcunu verməyə gələsən?

Dişim bağırsağımı kəsirdi, istəyirdim atam ona üz göstərməsin. Amma əksini görürdüm: atam dönüb yenə həmişəki uşaq olurdu, onun pişvazına çıxır, müşayiət edirdi. Hətta mənə elə gəlirdi ki, ürəyinin dərinliyində onun gəlişinə sevinir.

Nənəmin qırxı çıxandan sonra bir axşam böyük bacıma yanaşıb yavaşca soruşdum ki, adamlar sonradan öz adlarını dəyişdirə bilərlərmi? Bacım dedi, bəli, dəyişdirə bilərlər. Sonra sınayıcı nəzərlərlə üzümə baxıb soruşdu:

- Niyə soruşursan ki?

Dedim:

- Adımı dəyişdirmək istəyirəm. Xoşum gəlmir indiki adımdan.

- Başın xarab olub? - bacım dedi. - Bu adı sənə ata verib. Özü də öz atasının adıdır.

- Elə buna görə də dəyişmək istəyirəm. Ad mənimdir, özüm bilərəm - deyib aralandım.

Səhəri gün mənə lazım olan idarənin adını öyrəndim. Evə gəlib bəlayi-ehtiyat atamın və anamın pasportlarını götürdüm və üz tutdum ora. İçəri girib şəstlə dedim:

- Mən adımı dəyişdirməyə gəlmişəm!

Masanın arxasında oturmuş qadın başını qaldırıb məni başdan ayağa süzdü.

-.Valideynlərinin notariusda təsdiq olunmuş razılığı var?

Cavab verməyə macal tapmamış qapı şappıltı ilə açıldı. Arxadan kimsə əlini sağ çiynimə qoyub çəkdi və arxaya çevrilməyimlə sol qulağımın dibinə dəyən şillərin şappıltısı qadının "vay!"ına qarışıb divarlarda əks-səda verdi

- Qudurmusan, küçük?!!

Atamın çox ağır əli vardı. Yaxşı ki, səndələsəm də, yıxılmadım. Əlimlə alışıb yanan üzümü tutub çölə atıldım və hirsimdən ağlaya-ağlaya evə sarı götürüldüm.

Elə bilirdim ki, axşam atamın mənə tutduğu bu divanın davamı daha yüksək səviyyədə davam edəcək, ola bilsin sağ qulağımın da dibi qızaracaq. Amma gözlədiyimin əksi oldu. O, təklikdə məni yanına çağırdı və heç vaxt eşitmədiyim həlim səslə dedi:

- Mən səni başa düşürəm, bala. Amma gərək sən də məni başa düşəsən. Sənin babana olan kinini hiss eləmişəm. Amma...

Nəyə görəsə sözünün dalını gətirməyib susaraq fikrə getdi.

- Sən niyə ona hirslənmirsən? Axı o, səni, nənəni tək, köməksiz qoyub.

Atam çox sakit, amma dərin bir tonda dedi:

- O, mənim atamdır, oğlum... Pis də olsa, varlığıma görə Allaha və ona borcluyam.

- Bəs sizə elədiyi zülm, günahlar?

- Əgər günah eləyibsə, buna görə mənim onu cəzalandırmağa haqqım çatmır. Allah bilən məsləhətdir. Mən onun işinə qarışa bilmərəm axı.

Mən atamın dediklərinin mənasını beş ildən sonra babam rəhmətə gedəndə başa düşdüm. Başa düşdüm ki, atamın illərlə öz içində gizlətdiyi hiss onu babama nə nifrət etməyə, nə də onu bağışlamağa qoymurmuş.

Anamdan eşitdiyimə görə, babam son nəfəsdə atamı çağırtdırıb, yaşarmış gözlərini ona dikib, nə isə demək istəyib, amma deməyə bir udum nəfəsi çatmayıb.

Bəlkə günahlarına görə bağışlanmağını xahiş edəcəkmiş atamdan?

Bəs atam necə, bağışlayacaqdımı onu?

İnanmıram, çünki xəyanət bu dünyada heç Allahın da bağışlamadığı çox böyük günahdır.

Atam isə Allahın işinə qarışmağı çox yox, ən böyük günah sayırdı.

Amma o, sevginin tükənib nifrətin başladığı yerdə - bu iki ərazinin sərhədində dayanıb atasından imtina etmədi, ondan üz  çevirmədi də.

Bəlkə də bunun özü də güc tələb eləyən, hər kəsin bacarmadığı bir kişilik idi. Çünki bəzən nifrət etməməyin çəkisi bağışlamaqdan daha ağır olur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Dekabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see225

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see217

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see200

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see187

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see184

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see176

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri