Icma.az
close
up
RU
Kölgələrin oyunu ( İnsan mənzərələri silsiləsindən)

Kölgələrin oyunu ( İnsan mənzərələri silsiləsindən)

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Əlisəfdər HÜSEYNOV

Axşam düşür, hava qaralırdı.

Özəl şirkətlərin birində operator işləyən 28 yaşlı Aytac adlı qız metrodan çıxanda yağışın sulu qara çevrildiyini görüb dilxor oldu: çətirini unudub işdə qoymuşdu və evə çatana qədər əməllicə islana bilərdi. Yeganə çıxış yolu addımları yeyinlətmək idi ki, belə də etdi. Qarşıdakı tinə çatanda yolu qısaldıb kəsə getmək üçün sağa - dar, köhnə küçəyə buruldu. Küçə zəif işıqlandırıldığından əvvəlcə  xoflandı və addımlarını bir az da yeyinlətdi. Qəfildən o biri səki tərəfdən hənirti səsləri gəldi. Qeyri-ixtiyari addımlarını yavaşıdıb səs gələn tərəfə baxdı: sol tərəfdən - ağacların arxasından gələn maşın faralarının yolun kənarındakı iri binanın divarlarına düşən işığında iki kölgə oynaşırdı. Siluetlərindən, paltarlarının formasından biri kişi, o biri isə qadın kölgəsinə bənzəyirdi. Kişi kölgəsi qadını gah itələyə-itələyə, gah da biləyindən tutub harasa dartırdı. Silu qarın yaratdığı toranlıq, səkinin qırağındakı ağacların silueti oynaşan kölgələrə qarışıb qəribə effekt yaratmışdı. "Yəqin hansısa filmin epizodunu çəkirlər"- deyə fikirləşib yoluna davam etmək istədi. Amma qəfildən dayandı, plaşının cibindən telefonunu çıxarıb, kamera düyməsini basdı və həmin kölgələrin hərəkətlərini videolentə aldı. "Bu axşam paylaşmağa yaxşı materialım oldu" - deyə fikirləşərək addımlarını yenidən yetinlədib tələsik ordan uzaqlaşdı.

Yol boyu bu təsadüfdən əməllicə sevinir, ürəyi sürətlə döyünürdü. Necə də sevinməyəydi? Bir azdan evə çatacaq, bu videonu sosial şəbəkələrdə paylaşacaq və "bəyəndim" işarələri, tərif dolu rəylər bir-birinə calanacaqdı.

O, artıq həyat tərzinə çevrilmiş bu mərəzə nə vaxt tutulduğunu unutmuşdu. Bir də baxıb görmüşdü ki, maraqlı, qəribə videolar çəkib paylaşmaq, izləyicilərin diqqət mərkəzində olmaq onun gündəlik istəyinə, məşğuluyyətinə çevrilib. Bəlkə də, bu, onun öz həyatındakı boşluğu doldurmaq, başını qatmaq üçün tapdığı hobbi kimi bir şey idi. Yaşı 28-i keçsə də, ailə qurmamışdı, tək yaşayırdı. Amma bütün qadınlar kimi, o da nə iləsə diqqət mərkəzində olmaq, başqalarından seçilmək, təriflənmək istəyirdi və bunun asan yolunu sosial şəbəkələrdə diqqətçəkən videolar paylaşmaqda tapmışdı. Hərdən ona  elə gəlirdi ki, izləyiciləri hər axşam gözlərini kompüterin, yaxud telefonun ekranına dikib səbirsizliklə onun yeni paylaşımından heyrətlənəcəkləri anı  gözləyirlər. Bu mənada indi fürsət tapıb çəkdiyi video lap göydəndüşmə idi.

Evə çatıb paltarını dəyişən kimi əyləşib videonu redaktə etməyə başladı: artıq yerlələri kəsdi, təsvirin ziddiyyət səviyyəsini artırdı və həyəcanlı musiqi ilə montaj etdi. Sonra yaratdığı klipə ad axtardı. İki variant arasında qalmışdı - "Gecənin sirri" və "Kölgələrin oyunu". Sonda birinci variantı seçdi, sərlövhəli yazdı və videonu paylaşdı. Yalnız bundan sonra telefonunu bir kənara qoyub mətbəxə keçdi. Bu, onun taktikası idi. Bilirdi ki, şam elədiyi müddətdə xeyli izləyici onun videosunu baxıb bəyənəcək, rəy yazacaq, onu tərifləyəcək və o da bu rəyləri oxuya-oxuya özünün növbəti uğuruna sevinəcək, yeni impuls alacaq.

Təxminən yarım saatdan sonra telefonunu götürdü. Bu dəfə onu tərifləyib yaxşı layihəyə başlaması münasibətilə ilə təbrik edənlər olsa da, videonu ciddiyə alıb təcili polisə xəbər verməyin vacibliyindən dəm vuranlar da vardı. Əvvəlcə "Nə polis, canım? Burda polislik nə var ki?" - deyə düşünərək bu qeydlərə əhəmiyyət vermədi. Amma videonu təkrar izləyəndə elə bil içində nə isə qırıldı. Amma tez də özünü ələ aldı: "Kişi öz arvadını, yaxud aşnasını dürtmələyir. Burda nə var ki?"  Yenidən gözlərini ekrana dikdi və yenə də əməlli-başlı sevinə bilmədi: nəyə görəsə izləyicilər onun bu paylaşımına gözlədiyi səviyyədə reaksiya vermirdilər.

İçinə pərtlik qarışıq bir nigarançılıq çökdü. "Eybi yoxdur, yəqin sulu qar hamını çaşdırıb. Sabahı gözləyək" - deyə özünə təskinlik verdi.

lll

Ertəsi gün işdə bir gözü telefonun ekranında idi. Bəyənmələr onun gözlədiyi sürətlə artmırdı və bu, onun içindəki nigarançılığı yavaş-yavaş xofa çevirirdi.

"Qəribədir, bundan zəif, bəsit videoçarxlara iki, üç dəfə artıq maraq göstərirdilər. İndi nə oldu görəsən?"

Hiss edirdi ki, bunun nə isə bir səbəbi var. Amma onu öyrənmək üçün durub yazmayacaqdı ki, ay hörmətli izləyicilərim, mənim bu şedevrimə niyə lazımi diqqət yetirmirsiniz?

O biri gün işin sonuna yaxın operatorların əyləşdiyi salonda həmişə açıq olan radioda diktor kriminal xarakterli xəbərləri oxuyanda ürəyi düşdü. "İki gün əvvəl şəhərin filan rayonu ərazisində axşamçağı evdən çıxan qadın bir daha geri qayıtmayıb. Onu görənlərdən xahiş..."

Ürəyi təkcə sinəsində deyil, həm də qulaqlarında vurduğundan diktorun son sözlərini eşitmədi. Həmin "filan" rayon onun yaşadığı ərazi idi. "Yoxsa çəkdiyim videonun qəhrəmanlarından olan kölgə ilə yoxa çıxan bu qadın arasında nə isə bir bağlılıq var?"

Bu sual beynini bir andaca işğal etdi, elə bil içindən bir cərəyan keçdi və bədənini soyuq tər basdı.

İşin sonunadək daha telefona baxmadı.

Axşam evə girəndə kimi cumub noutbuku yandırdı: çəkdiyi videoya geniş formatda baxmaq, tərəddüdlərinin, şübhələrinin əsassız olduğuna dair nə isə bir detal, sübut tapmaq istəyirdi.

Amma ekran açılan anda telefonuna gözlənilmədən qəribə bir mesaj gəldi: "Sən bu videonu paylaşmamalı idin!"

Göndərilən bu ismarıcın şokundan çıxmamış növbəti mesaj gəldi: "İndi sən həm izləyiciyə, həm də iştirakçıya çevrildin!"

Boğazı qurudu, rəngi qaçdı və həmin andan etibarən qəribə bir vahimə, qorxu dırnaqdan təpəyədək bütün varlığına hakim kəsilib yavaş-yavaş içini gəmirməyə başladı.

Ayaqları əsə-əsə pəncəryə yaxınlaşdı və çölə baxdı. Qaranlıqda ora-bura gedə adamlar, hərəkət edən maşınlar, hətta səkinin kənara əkilmiş ağaclar belə indi ona tamam başqa qiyafədə, hansısa bir təhlükənin işarəsi kimi görünürdü. O, artıq hər şeyi anlamışdı: çəkdiyi bu "gözəl" kadr xoşagəlməz bir hadisənin, hətta olsun ki, naməlum bir cinayətin epizodu imiş və özü də bilmədən bu epizodu sosial mediada tirajlamışdı.

Qəfildən geri dönüb masaya yaxınlaşdı, paylaşımını video ilə bir yerdə ləğv etdi ki, bir az toxtasın. Amma bir neçə saniyə sonra üçüncü mesaj gəldi: "Təəssüf ki, çox gecdir!"

Qalxıb dəli kimi otaqda var-gəl eləməyə başladı. Bəlkə polisə gedib, gördüklərini danışsın, çəkdiyi videonu təqdim etsin? Amma bu fikirdən tez də daşındı - onu paylaşmaq belə sərt əks-reaksiya doğururmuşdusa, gör polisə getsə, nə həngamə qopardı.

Vahimə içində bilmirdi nə etsin. Ona elə gəlirdi ki, hər hərəkəti kim tərəfindənsə gizlincə izlənilir, pəncərələrin pərdələrinin arxasında kölgələr dolaşır. İçindən sanki ağır bir daş asılmışdı. Küçədə hərəkət edən maşınların səsindən tutmuş masanın üstündəki saatın tıqqıtısına qədər hər şey əsəblərinə toxunur, onu həyacanlandırırdı.

Mənzilin işıqlarını söndürmədən elə paltarlı halda çarpayıya uzandı ki, azca çimir edib sonra açıq beyinlə fikirləşsin, bir çıxış yolu tapsın.

Nə vaxt yuxuya getdiyindən xəbəri olmadı. Amma yuxulamasaydı daha yaxşı olardı, çünki yuxuda gördükləri dəhşət filmlərində gördüyü kabusa bənzəyirdi. Gördü ki, notbukunun və telefonunun ekranından çıxıb otağa doluşan kölgələr dörd tərəfdən əllərini havada oynada-oynada ona tərəf gəlirlər və onların atdıqları hər addımda nəfəsi daralır, əzaları keyləşirdi. Hiss edirdi ki, yavaş-yavaş boğulur. Amma tərpənə, qışqırıb köməyə çağıra bilmirdi. Kölgələr lap yaxına gəlib əllərini ona tərəf uzadanda axır ki, son gücünü toplayıb dəhşətlə bağırdı... öz bağırtısı ayıldı.

Səhəri diri gözlü açdı. Yerindən qalxan kimi birinci işi notbuku yandırmaq oldu. Yuxusuzluqdan qızarmış gözlərini monitora zillədi. Ekranın küncündə sanki ön kamera ilə çəkilmiş bir görüntü canlandı - görüntüdəki özü idi: kresloda əyləşib, ekrana baxırdı. Təəccübdən gözləri bərəldi. Başa düşdü ki, onun cihazı, olduğu məkan artıq öz nəzarətində deyil, virtual dünya ilə reallıq arasındakı sərhəd itib. Bədəni sustaldı. Elə o an qulağına pıçıltı ilə deyilən səs gəldi:

"İndi çəkmək növbəsi mənim, çəkilmək növbəsi sənindir..."

Gücü ona çatdı ki, əlini uzadıb noutbuku söndürsün. Ruhu sarsılmışdı, iradəsi iflic olmuşdu. Belə vəziyyətdə işə getməyin mənası yox idi. Zəng vurub bildirdi ki, xəstədir, işə gəlməyəcək. Sonra telefonunu söndürdü, pəncərələrin pərdələrini çəkdi və ...yenidən notbukun qabağında oturdu... Üç gündən sonra həm qonşular, həm də iş yoldaşları onun yoxa çıxması barədə polisə xəbər verdilər. Polislər tökülüb gəldilər, qonşuların şahidliyi ilə qapını açdılar. Amma  mənzildə ins-cins yox idi. Qəribə olan bu idi ki, yanılı və internetə qoşulu vəziyyətdə olan noutbuk  canlı yayım rejimində qalmışdı.   Ekranda üç gün əvvəl Aytacın əyləşdiyi kreslo görünürdü, amma indi o, boş idi.

Noutbuku polis idarəsinə aparandan sonra məlum oldu ki, bu canlı yayım üç gün, üç gecə davam edib. Hər gecə minlərlə baxış, hər gecə yeni şərhlər: "Bu performansdır?", "Kiminsə ucuz oyunudur", "Hara yox olub o qız?" Bəziləri iddia edirdi ki, kadrların arxasından  nəfəs səsi eşidilir; başqaları isə kreclonun arxasında qəribə bir kölgənin hərəkət etdiyini yazırdı.

Qızın bu sayaq müəmmalı taleyi ilə bağlı şayiələr tezliklə sosial şəbəkələri zəbt etdi. Bəzi versiyalara görə, o, qorxudan sarsılıb intihar etmişdi. Amma harada - bilən yoxdur.  Bir qisim adamlar iddia edirdilər ki, olsun ki, onu başqa planetdən gələnlər oğurlayıblar. Yalnız bir nəfər yazmışdı ki, heç bir intihar, oğurlama faktından söz gedə bilməz - qızı virtual geçəklik udub yoxa çıxardıb.

Bu versiyalardan hansının doğru olduğunu söyləmək çətin idi. Amma bu qəribə hadisədən sonra sosial şəbəkələrdə yeni bir simvol peyda oldu: internetin müxtəlif guşələrində ortaya çıxan profil - @ - "İzləyicisiz göz". Profil şəkli eyni idi: o kreslo, o otaq, o səssizlik.

Və o profilin altınnda yazılmışdı:

"Yoxsa yenə baxırsan?.."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Dekabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri