Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Bir uşağın “evim“ deyə biləcəyi yerə QOVUŞMA YOLLARI VİDEO

Bir uşağın “evim“ deyə biləcəyi yerə QOVUŞMA YOLLARI VİDEO

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Valideyn qayğısından məhrum olan hər bir uşaq üçün ən böyük ehtiyac sadəcə sığınacaq tapmaq deyil, özünü təhlükəsiz hiss edəcəyi bir ailə mühitidir. Bir uşağın "evim" deyə biləcəyi yerə, "ana" və "ata" deyə müraciət edə biləcəyi insanlara qovuşması bəzən fərqli yollarla mümkün olur. Bu yollardan biri himayədar ailə modeli, digəri isə övladlığa götürmədir. Məqsəd eyni olsa da, bu iki sistemin hüquqi qaydaları və nəticələri bir-birindən fərqlənir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaqların müəssisələrə yerləşdirilməsi, həmçinin onların övladlığa və ya himayədar ailələrə verilməsi istiqamətində mütəmadi iş aparır.

Nazirliyin övladlığa götürmə sahəsində idarəetməni öz üzərinə götürdüyü 1 noyabr 2019-cu il tarixindən bu günədək 895 uşaq övladlığa verilib. 2023-cü ildən tətbiq edilən himayədar ailə modeli çərçivəsində isə 83 uşaq ailələrə yerləşdirilib.

Moderator.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin rəsmisi Əhməd Mansurov mövzu ilə bağlı açıqlama verib.

O bildirib ki, hər iki model üzrə namizədlər əvvəlcə müraciət edir, sənədlərini təqdim edir, daha sonra onların yaşayış şəraiti və sosial vəziyyəti qiymətləndirilir. Eyni zamanda, sosial işçilər uşağı da bu prosesə psixoloji olaraq hazırlayırlar. Himayədar valideyn olmaq istəyən evli şəxslər üçün aşağı yaş həddi 25, subay şəxslər üçün isə 30 yaşdır.

Ə.Mansurov qeyd edir ki, himayədar ailə olmaq istəyənlər uşaq inkişafı, psixoloji xüsusiyyətlər, yaş böhranları, uşaqların sağlamlığı və təhsili mövzularında 30 gündən çox olmayan təlimlərə cəlb edilirlər. Himayədar ailə modelində uşağın hüquqi statusu dəyişmir, bioloji valideynlərlə əlaqələr tam kəsilmir və dövlət ailəyə dəstək verməyə davam edir. Ailə uşağa baxsa da, onun qanuni valideyni sayılmır və uşaq ailənin varisi olmur.

Övladlığa götürmə isə fərqlidir. Bu halda uşaq məhkəmə qərarı ilə yeni ailənin daimi və tamhüquqlu üzvünə çevrilir, valideynlə övlad arasında doğma bağlar və hüquqi vəzifələr yaranır. Bu proses geri qaytarılmır.

Himayədar ailə xidməti isə çox vaxt müvəqqəti olur. Məsələn, bir ailə çətin vəziyyətə düşdükdə, uşağın müəssisəyə düşməsinin qarşısını almaq üçün o, müvəqqəti olaraq himayədar ailəyə verilir. Bioloji ailənin vəziyyəti düzəldikdən sonra uşaq yenidən doğma ailəsinə qaytarıla bilər.

Dövlət himayədar ailələrə maddi dəstək verir. Himayəyə götürülən sağlam uşaqlara görə yaşından asılı olaraq aylıq 355-395 manat, əlilliyi olan uşaqlara görə isə 500-650 manat müavinət ödənilir. Həmçinin geyim üçün hər rübdə bir dəfə uşaqbaşına 200 manat vəsait verilir. Övladlığa götürmədə isə 1 yanvar 2021-ci il tarixindən sonra 3-18 yaş arası sağlam uşağı övladlığa götürənlərə aylıq 240 manat, əlilliyi olan uşağı övladlığa götürənlərə isə 600 manat müavinət ödənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 İyul 2026 08:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri