Icma.az
close
up
RU
Bir zamanların ən populyar proqramı “Skype” sabahdan tarixə çevrilir

Bir zamanların ən populyar proqramı “Skype” sabahdan tarixə çevrilir

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


“Skype” sabah – 2025-ci il mayın 5-də tamamilə fəaliyyətini dayandıracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Microsoft” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
İstifadəçilərin narahat olmaması üçün “Microsoft” xüsusi keçid planı hazırlayıb. Belə ki, “Skype” hesabları və onlarınla əlaqəli bütün məlumatlar itirilmədən başqa bir platformaya – “Microsoft Teams”ə köçürülə bilər. İxrac prosesi zamanı zənglər, mesajlar, sənədlər və digər vacib məlumatlar qorunub saxlanacaq.
“Microsoft” bildirib ki, “Skype”ın əsas funksiyaları – zənglər, mesajlaşma və fayl paylaşımı – artıq “Microsoft Teams” platformasında mövcuddur. Bundan əlavə, “Teams” istifadəçilərə daha geniş imkanlar təqdim edir: təqvimlər, maraq qrupları, video görüşlər, tapşırıq idarəetməsi və s.
“Skype”ın bağlanmasının əsas səbəbi onun son illərdə texnoloji cəhətdən yenilənməməsi və rəqabətdə geri qalmasıdır. Smartfonlar dövründə sürətli inkişaf edən “Zoom”, “Discord”, “WhatsApp” və elə” Microsoft”un öz məhsulu olan “Teams” kimi platformalar “Skype”ın bazar payını əhəmiyyətli dərəcədə azaldıb.
Qeyd edək ki, “Microsoft” artıq 2023-cü ilin dekabrında “Skype2 kreditlərinin satışını dayandırıb, 2024-cü ilin mayında isə sonuncu yeniləməni təqdim edib.
Xatırladaq ki, “Skype” 2003-cü ildə istifadəyə verilib və qısa müddətdə dünyanın ən populyar onlayn rabitə platformalarından birinə çevrilib. O, istifadəçilərə pulsuz səsli və video zənglər, mesajlaşma və fayl paylaşımı imkanı verirdi. 2011-ci ildə “Microsoft” tərəfindən 8,5 milyard dollara satın alınan “Skype”, illər boyunca fərdi və korporativ ünsiyyətdə mühüm rol oynayıb. Lakin texnologiyanın sürətli inkişafı fonunda “Skype” zamanla öz aktuallığını itirməyə başlayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 04 May 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri