Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Bir zamanların qiymətlisi niyə unuduldu? İstiqrazlara maraq AZDIR

Bir zamanların qiymətlisi niyə unuduldu? İstiqrazlara maraq AZDIR

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Orta və yaşlı nəsil “zayom”ları yaxşı xatırlayır. Sovet dövründə, xüsusən də 1970-1980-ci illərdə “zayom” kimi  dövlət istiqrazları və digər borc alətləri əhali arasında geniş yayılmışdı. Həmin dövrdə insanlar dövlətin verdiyi borcları həm sosialist iqtisadiyyatının bir hissəsi olaraq, həm də gəlir əldə etmək üçün sərmayə qoyuluşu kimi qiymətləndirirdilər.

Sovet ailəsinin “təhlükəsizlik yastığı”

İstiqrazlar etibarlılığı ilə investorları cəlb edən və ən çox ticarət olunan maliyyə alətlərindən biridir. İstiqraza yatırım edən investor faiz şəklində müntəzəm ödənişlər, müddətin sonunda isə istiqrazın nominal dəyərinin tam məbləğini geri ala bilir.

Azərbaycanın istiqrazlarının buraxılması 1919-cu ilə təsadüf edir.  20 avqust 1919-cu ildə Bakı Bələdiyyə İdarəsi tərəfindən ilk istiqrazlar buraxılıb. Bu istiqrazlar faizsiz və uduşlu olmaqla 500 manat nominal dəyərində idi. Həmin il 2 min seriya ilə 100 min ədəd istiqraz buraxılmışdı. Bu istiqrazların uduşları ildə 2 dəfə keçirilirdi. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra bu istiqrazlar da qüvvədən düşdü.

Sovet hakimiyyəti dövründə Azərbaycan da SSRİ iqtisadiyyatının bir hissəsi kimi borc istiqrazlarını tətbiq etməyə başladı. İkinci Dünya Müharibəsi illərində SSRİ-də borc istiqrazları iqtisadiyyatın maliyyələşdirilməsi və müharibə xərclərinin qarşılanması məqsədilə geniş istifadə olunmuşdu. Bu dövrdə istiqrazlar cəlb edilən vəsaitin məbləği 76,8 milyard rublu təşkil edirdi. Müharibədən sonra  SSRİ-də bərpa və quruculuq işləri məqsədilə borc istiqrazları buraxıldı. 1946-1950-ci illərdə 133 milyard rubl cəlb edilmişdi. Həmin illərdə istiqrazların alınması bəzən məcburi olurdu.

Sovet dövründə dövlət etibarla öhdəliklərini yerinə yetirirdi və bu səbəbdən zayomlar çox cəlbedici sayılırdı. İnsanlar bu istiqrazları çox zaman gələcəkdə sosial və ailəvi məqsədlər üçün götürürdülər: ev tikintisi, uşaqların təhsili, təmir işləri və digər gündəlik ehtiyaclar üçün. Bununla da  onlar dolayısı ilə  sovet iqtisadi sistemini dəstəkləyirdilər.

İstiqrazlara inamı sarsıdan səbəblər

Lakin Sovet sisteminin dağılmasından sonra zayomlara maraq tədricən azalmağa başladı və yeni kapital bazarları ilə bağlı anlayışlar, məsələn, fərqli istiqraz növləri və sərmayə alətləri gündəmə gəldi.

Müstəqilliyin bərpasından sonra Azərbaycan öz milli valyutası olan manatı dövriyyəyə buraxdı və ilk borc istiqrazlarını emissiya etdi. 1992-ci ildə SSRİ dövründən qalan istiqrazların Azərbaycan istiqrazları ilə əvəz edilməsi prosesi başladı. Lakin, siyasi və iqtisadi çətinliklər səbəbindən bu proses yarımçıq qaldı.

1993-cü ildə dövlət daxili uduşlu istiqrazlar buraxıldı. Bu istiqrazlar dövlət büdcəsində yaranan kəsiri maliyyələşdirmək məqsədilə tətbiq edilirdi. İnflyasiya və manatın dəyərsizləşməsi nəticəsində bu istiqrazların da effektivliyi azaldı.

1990-cı illərin sonlarına doğru milli valyutanın sabitləşməsi ilə dövlət istiqrazlarına olan inam artmağa başladı. 2005-ci ildə manatın denominasiyası ilə vəziyyət daha da yaxşılaşdı.

İnamı bərpa etmək uzun müddət və ciddi iş tələb edir

Hazırda dövlət istiqrazları ən az riskli maliyyə alətləri hesab olunur və əsasən Bakı Fond Birjası üzərindən ticarət olunur. İstiqrazlar dövlət istiqrazlarila yanaşı müasir dövrdə özəl təşkilatla tərəfindən də istiqraz buraxılışları həyata keçirilir. Azərbaycan kapital bazarında son dövrlərdəki canlanma, xüsusən istiqrazlar bazarında müşahidə olunan  artım müsbət tendensiyadır.

İqtisadçı ekspert Xalid Kərimli Modern.az-a açıqlamasında qeyd edir ki, istiqrazlar sovet dövründə olduğu kimi populyar deyil. O vaxtlar hər 2-3 evdən birində istiqraz olurdu. Bunun səbəbi istiqrazların arxasında dövlətin dayanması idi. Ekspert hazırda istiqrazlara marağın az olmasını bir neçə amillə əlaqələndirir: “ Birincisi banklara və şirkətlərə inamın az olmasıdır. Sovet sistemi dağılanda rubl dəyərdən düşdü və vətəndaşlar gördü ki, pula inam azalır. Daha sonra müstəqilliyin ilk illərində bank sektorunda müşahidə olunan  fırıldaqçılıq halları əhalinin qiymətli kağızlara inamını daha da sarsıtdı. Bu inamı bərpa etmək üçün uzun illər tələb olundu. Hətta banklara inamı artırmaq üçün dövlər Əmanətlərin Sığortalanması Fondunu təsis etdi.

İkincisi, bu bazarda olan şirkətlərin yaşı  azdır. Şirkətlərin tarixçəsinin formalaşması üçün 20-30 il yetərli deyil.

Şirkətlərin brendinin formalaşması, şəffaqlıq və hesabatlılıq kimi məsələlər də ön plana çıxır. Yəni şirkətlər nə qədər etibarlı institut kimi formalaşarsa vətəndaşın da ona etibarı artar”.

X. Kərimli hesab edir ki, əhalinin istiqrazlara marağının az olmasının bir səbəbi də elə vətəndaşların özündən qaynaqlanır. Burada ən böyük problem vətəndaşın gəlirləri ilə bağlıdır. Vətəndaş investisiya şirkəti ilə əməkdaşlıq edəndə pulun mənbəyini soruşurlar. Bu zaman vergi məsələləri ortaya çıxa bilər. Sovet dövründə hamı dövlətdən maaş alırdı, vergidən yayınma da yox idi. 

Niyə istiqraz alaq?

Ümumiyyətlə, istiqrazlar həm yeni başlayanlar, həm də təcrübəli investorlar üçün ideal seçimdir. Sabit gəlir və az risklə yaxşı investisiya imkanı təqdim edir.

Azərbaycanda dollar istiqrazları xüsusən də dollarla gəlir əldə etmək istəyən investorlar üçün əlverişli investisiya alətləri hesab olunur. Sığortalanan dollar əmanətlərinin faizləri 2,5 faizdən  yüksək olmur. Bu da əmanətçiləri istiqrazlara yönəldir. İstiqrazların faizləri banklarda cəlb edilən əmanətlərdən daha yüksək olduğu üçün dolları olan investorlar üçün ideal seçimdir. Bu istiqrazların xüsusiyyətləri, həmçinin onların daha uzun müddətə sərmayə qoymağa imkan verməsi onları daha cəlbedici edir.

Hal-hazırda Azərbaycanda bir çox emitent – şirkətlər müxtəlif nominal dəyərlərə və faiz dərəcələrinə malik dollar istiqrazları buraxır. Bu istiqrazlar həm qısa, həm də uzunmüddətli investisiya imkanları təqdim edir.

Ən yüksək gəlirli dollar istiqrazları arasında GL ASC-nin buraxdığı istiqrazlar önə çıxır. Bu istiqrazlar illik 15% gəlir təklif edir və hələ 4 il müddətində gəlir əldə etməyə imkan verir. Dollar istiqrazlarının digər üstünlüyü onların bazarda asanlıqla ticarət edilə bilməsidir. Məsələn, Kapital Bank ASC-nin istiqrazları 2031-ci ilə qədər tədavüldə olacaq. Yəni, 7 illik dövr ərzində investorlar illik faiz əldə edəcəklər, amma istəsələr, bu istiqrazları əvvəlcə Bakı Fond Birjasında sataraq pulunu tez bir zamanda nağdlaşdırmaq imkanı əldə edə bilərlər. Tələbatın böyük olması səbəbindən bu istiqrazlar bazarda aktiv şəkildə ticarət olunur.

Səhm alaq,  yoxsa istiqraz?

Yerli və xarici bazarlarda qiymətli kağızlara yatırımı, qiymətli kağızların kapital bazarlarına buraxılması, habelə törəmə maliyyə alətləri ilə ticarət xidmətləri göstərən  Unicapital İnvestisiya Şirkətinin mütəxəssisləri istiqraz və səhmlərin fərqli cəhətlərini belə qruplaşdırır.

İstiqraz və səhmin fərqi

Meyar

Istiqraz

Səhm

İnvestisiyanın mahiyyəti

Borc alətidir. Sizin emitentin kreditoru qismində çıxış edirsiniz

Pay alətidir. Siz şirkətin səhmdarı olursunuz

Gəlirlilik

Sabit kupon ödənişləri

Dividendlər (əgər ödənilirsə) və səhmin bazar qiymətinin artması

Risk

Aşağı riskli. Əsas risklər: emitentin defoltu və ya inflyasiya səbəbindən real gəlirliyin azalması

Nisbətən daha riskli. Əsas risklər: qiymət volatilliyi və şirkətin müflis olması

İnvestorun hüququ

İnvestorun şirkətə aid qərarlarda səsvermə hüququ olmur

İnvestorun şirkətə aid səsvermə və mənfəətin bölüşdürülməsində iştirak hüququ ola bilər

İnvestisiya müddəti

Öncədən müəyyən edilir

İnvestisiya müddəti olmur. Səhmlər istənilən vaxt alınıb-satıla bilər

İstiqraz almaq üçün nəyə diqqət yetirmək lazımdır?

Ekspertlər hesab edir ki, istiqraz alarkən bir neçə vacib məqama diqqət yetirmək lazımdır. İstiqrazın faiz dərəcəsi sizin qazancınızı müəyyən edir. Yüksək faiz dərəcəsi daha yüksək gəlir təmin edir, amma bəzən bu, riskin də artdığına işarə ola bilər.

İstiqrazın geri ödənmə müddəti vacibdir. Uzunmüddətli istiqrazlar daha çox gəlir gətirə bilər, amma likvidlik baxımından risklər də ola bilər. Həmçinin, istiqrazın ödəmə cədvəli və hansı şərtlərlə ödəniləcəyi barədə məlumat əldə etmək vacibdir.

İstiqrazı təqdim edən qurumun (hökumət və ya şirkət) kredit reytinqini nəzərə alınmalıdır. Yüksək reytinq, daha az risk və daha güvənli investisiya deməkdir. Aşağı  reytinqli istiqrazlar daha yüksək gəlir təqdim edə bilər, amma bu da riskin daha yüksək olduğunu göstərir.

İstiqrazın növü də əhəmiyyətlidir. Məsələn, dövlət istiqrazları adətən daha az risklidir, amma şirkət istiqrazları daha çox gəlir gətirə bilər.

Faiz dərəcəsi inflyasiyanı üstələmirsə gəliriniz real olaraq azalacaq. Bu səbəbdən inflyasiya səviyyəsi ilə faiz dərəcəsini müqayisə edərək gəlirinizin alıcılıq gücünü nəzərə almaq vacibdir.

İstiqrazın likvidliyini də nəzərə almaq lazımdır. Əgər siz istiqrazı satmaq istəyirsinizsə bazarda hansı səviyyədə ticarət olunduğuna və nə dərəcədə asan satıla biləcəyinə diqqət yetirməlisiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Fevral 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri