“Birbank” onlar üçün metroda gedişhaqqını 30 qəpik etdi 20 günlük...
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkənin ilk rəqəmsal bankı “Birbank” qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müştərilərini sevindirəcək kampaniyaya start verir.
“Qafqazinfo” xəbər verir ki, 16 dekabr 2025-ci ildən 4 yanvar 2026-cı ilədək davam edəcək kampaniya müddətində “Birbank Visa” kart sahibləri Bakı metrosundan istifadə zamanı gedişhaqqının sadəcə yarısını ödəyirlər.
Bayram günlərində şəhərdaxili səfərlərini daha sərfəli etmək istəyənlər üçün nəzərdə tutulan kampaniyadan yararlanmaq olduqca asandır. Sərnişinlər metro stansiyalarında ödənişlərini “Birbank Visa” (debet və ya taksit) kartlarına bağlı “Apple Pay” və ya “Google Pay” vasitəsilə həyata keçirməlidirlər. Bu zaman balansdan standart 60 qəpik əvəzinə, cəmi 30 qəpik silinəcək.
Qeyd edilib ki, hər bir istifadəçi kampaniya ərzində bütün kartları üzrə ümumilikdə maksimum 10 dəfə güzəştli gediş imkanından faydalana bilər. Bu təşəbbüs bayram ərəfəsində rəqəmsal ödənişləri təşviq etməklə yanaşı, istifadəçilərin büdcəsinə qənaət edərək bayramı dolu-dolu yaşamağa imkan yaradır.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən “Kapital Bank”ın əmtəə nişanı olan “Birbank”, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı “Kapital Bank” adı altında müştərilərinə xidmət göstərib və “PAŞA Holding”ə daxildir. “Kapital Bank” isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Baxış sayı:21
Bu xəbər 17 Dekabr 2025 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















