Icma.az
close
up
RU
Birbaşa beyinə təsir edən qidalar açıqlandı

Birbaşa beyinə təsir edən qidalar açıqlandı

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Alimlər əhval-ruhiyyəni və beyin funksiyalarını yaxşılaşdıran qidaları müəyyən ediblər.
Demokrat.az xəbər verir ki, Perm Milli Tədqiqat Politexnik Universitetinin mütəxəssisləri bildirir ki, yulaf sıyığı və soğan bağırsaq mikroflorasının pozulması nəticəsində yaranan yaddaş zəifləməsi riskini azalda bilər.
Universitetin Həyat Təhlükəsizliyi kafedrasının professoru, tibb elmləri doktoru Nina Vişnevskayanın sözlərinə görə, soğan, qatıq, qulançar, kəpək və kombuça kimi qidalar depressiya, panik atak və yaddaş problemlərinə qarşı qoruyucu təsir göstərə bilər. Bu problemlər çox vaxt bağırsaq bakteriyalarının balansının pozulması ilə əlaqəli olur.
Həkim qeyd edir ki, bağırsaqla beyin arasında bir neçə əlaqə mexanizmi mövcuddur. Əsas kanallardan biri mərkəzi sinir sistemi ilə həzm sistemi arasında siqnalların ötürülməsini təmin edən vagus siniridir. Bundan əlavə, serotonin və dopamin kimi hormon və neyrotransmitterlər də bu əlaqədə mühüm rol oynayır.
Onun sözlərinə görə, həzm sistemi pozulduqda faydalı bakteriyalar azalır, zərərli bakteriyalar isə çoxalır. Bu bakteriyalar toksinlər ifraz edərək vagus sinirinin uclarını qıcıqlandırır. Nəticədə beyinə “siqnal xaosu” ötürülür və stress mərkəzləri aktivləşir. Bu da narahatlıq, depressiya və yorğunluq hisslərini gücləndirir.
Belə hallarda beynin immun hüceyrələri davamlı “aqressiv” vəziyyətdə qalır və mərkəzi sinir sisteminin fəaliyyətini pozur. Bu isə yaddaş zəifləməsi, diqqət itkisi, öyrənmə və qərarvermə qabiliyyətinin azalmasına səbəb ola bilər. Eyni zamanda depressiya və panik atak riski artır.
Psixi sağlamlığı qorumaq üçün mütəxəssis rasiona probiotiklərin daxil edilməsini tövsiyə edir. Probiotiklər kefir, qatıq, turş kələm, kimçi, tempeh və kombuça kimi fermentləşdirilmiş qidalarda mövcuddur.
Bununla yanaşı, prebiotiklər, yəni faydalı bakteriyalar üçün “qida” rolunu oynayan həzm olunmayan liflər də vacibdir. Bu maddələr soğan, sarımsaq, qulançar, yulaf kəpəyi və topinamburda olur.
Mütəxəssis vurğulayır ki, probiotik və prebiotiklərin birlikdə qəbulu bağırsaq mikroflorasını balansda saxlayır və bu da həm həzmə, həm immun sisteminə, həm də əhval-ruhiyyə və beyin fəaliyyətinə müsbət təsir göstərir.
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Aprel 2026 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see474

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see439

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see383

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see377

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see352

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see346

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see336

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see331

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see327

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see312

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see284

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see284

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see271

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see270

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see268

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see258

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see232

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see212

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri