Icma.az
close
up
RU
Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Əlaqələrin gücləndirilməsi: Enerji sektorunda regional imkanlar” mövzusunda panel sessiyası keçirilib

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Əlaqələrin gücləndirilməsi: Enerji sektorunda regional imkanlar” mövzusunda panel sessiyası keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu panel sessiyalarla davam edib. Növbəti sessiya çərçivəsində beynəlxalq ekspertlər və aparıcı şirkətlərin rəhbərləri enerji, nəqliyyat, yaşıl keçid üzrə müzakirələr aparıblar.

AZƏRTAC xəbər verir ki, “Əlaqələrin gücləndirilməsi: Enerji sektorunda regional imkanlar” mövzusunda keçirilən panel sessiyada Səudiyyə Ərəbistanının “Aramco Ventures” şirkətinin baş icraçı direktoru Mahdi al-Adel və “Silk Way West Airlines” şirkətinin prezidenti və baş icraçı direktoru Volfqanq Mayer uğurlu təcrübələrinə dair fikirlərini bölüşüblər.

“Falco Global Partners” şirkətinin idarəedici tərəfdaşı və sədri, GE International şirkətinin sabiq prezidenti və baş direktoru Nani Bekkalli Falko Azərbaycanın kapital bazarının iqtisadi artım və sənayeləşmənin mühüm hərəkətverici qüvvəsi kimi rolu, investisiya imkanları, beynəlxalq tərəfdaşlıqların əhəmiyyəti və regionda davamlı inkişaf strategiyaları mövzusunda məruzə ilə çıxış edib.

“The European House – Ambrosetti” beyin mərkəzinin idarəedici partnyoru Valerio De Molli Azərbaycanın kapital bazarlarının iqtisadi artım, sənayeləşmə və beynəlxalq tərəfdaşlıqlar üçün imkanlarını diqqətə çatdırıb.

Sessiya çərçivəsində “The European House – Ambrosetti”nin assosiasiya partnyoru Alessandro Vivianinin moderatorluğu ilə “Rəqabətqabiliyyətlilik və dayanıqlılıq: Yaşıl keçid mərkəzi kimi Mərkəzi Asiya və Cənubi Qafqazın rolu” mövzusunda panel müzakirələr keçirilib. Panel müzakirələrdə energetika naziri Pərviz Şahbazov regionun enerji sahəsində rəqabət imkanları, Xəzər dənizində enerji sərmayələri, bərpaolunan enerji üzrə investisiya imkanları barədə məlumat verib. Tədbirdə enerji və yaşıl keçid üzrə qarşılıqlı strateji əlaqələrin inkişafı müzakirə olunub.

SOCAR-ın vitse-prezidenti Əfqan İsayev, Çinin “Hao Capital” şirkətinin təsisçisi, “Star Charge International” şirkətinin sədri Çarlz Yanşenq Liu, “ACWA Power” şirkətinin ölkə rəhbəri Selim Güven, BƏƏ-nin “Masdar” şirkətinin MDB ölkələri üzrə İnkişaf və investisiya bölməsinin rəhbəri Maryam Al-Mazruei, “Emirates Waste to Energy” şirkətinin biznesin inkişafı üzrə rəhbəri Cüzeppe Müziko, bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli panel müzakirələrdə sualları cavablandırıb, mövzulara dair fikirlər səsləndiriblər.

Ekspertlər qeyd ediblər ki, Mərkəzi Asiya və Cənubi Qafqaz zəngin enerji resursları və strateji coğrafi mövqeyi ilə yalnız tranzit məkanı deyil, həm də yaşıl keçidin aparıcı mərkəzinə çevrilmək potensialına malikdir. Regionda bərpaolunan enerji layihələrinin artması, rəqəmsal texnologiyaların tətbiqi və dayanıqlı nəqliyyat şəbəkələrinin qurulması bu ölkələrin rəqabət qabiliyyətini gücləndirir. Ekspertlər hesab edirlər ki, investisiyaların cəlbi və regional əməkdaşlığın dərinləşdirilməsi sayəsində Mərkəzi Asiya və Cənubi Qafqaz qlobal enerji xəritəsində strateji əhəmiyyətini daha da möhkəmləndirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2025 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri