Icma.az
close
up
RU
“Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin iqtisadi həyatında mühüm hadisədir”

“Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin iqtisadi həyatında mühüm hadisədir”

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin himayəsi altında Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib. İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – “Ambrosetti”nin (TEHA) strateji tərəfdaşlığı, həmçinin “Euronews” və “Sea Breeze”in media və təşkilati dəstəyi ilə keçirilən forumda dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorlar iştirak ediblər. Qeyd edək ki, forum Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını araşdırmaq, qlobal ticarətin və dayanıqlı təchizat zəncirlərinin gələcəyini formalaşdırmaq üçün unikal bir platforma təqdim edib. Burada iştirakçılar yeni qlobal rəqabətlilik paradiqmalarına dair dəyərli biliklər əldə etməklə yanaşı, yüksəksəviyyəli əlaqələr qurmaq, strateji sazişlər bağlamaq və yeni tərəfdaşlıqlar formalaşdırmaq imkanları qazanıblar. Tədbir çərçivəsində plenar iclaslar, institusional və panel sessiyalar, tematik müzakirələr, ölkəmizin investisiya imkanları və potensialına dair sərgi keçirilib.

İki gün davam edən forumda enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf, səhiyyə və daşınmaz əmlak sahələrində regional əməkdaşlıq və investisiya perspektivləri müzakirə olunub. Tədbirin ilk günündə regionların strateji inteqrasiyası, tranzit imkanları, enerji və infrastruktur layihələri, innovasiyalar, yaşıl enerji, daşınmaz əmlak, şəhərsalma və dayanıqlı inkişaf mövzularında plenar iclas və dörd panel sessiyası baş tutub. Forumun ikinci günü isə dövlət-özəl tərəfdaşlığı, maliyyə, səhiyyə, biotexnologiya, əczaçılıq və rəqəmsal sağlamlıq, kənd təsərrüfatı, aqrobiznes, ərzaq sənayesi, sənayeləşmə, kiçik və orta sahibkarlıq, yaşıl keçid, eləcə də sahibkarlığın inklüzivliyi mövzularına həsr olunan panel sessiyaları keçirilib.

Hər bir ölkənin iqtisadi inkişafı üçün investisiya qoyuluşu mühüm əhəmiyyət kəsb edir. İnvestisiya cəlbi üçün isə əlverişli şəraitin olması vacibdir. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, investisiya cəlb edilməsi imkanlarının stimullaşdırılması istiqamətində ciddi addımlar atılıb. Ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən "açıq qapı" siyasəti həyata keçirilir. Hazırda Azərbaycan hökuməti iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir.

Azərbaycan müstəqilllik əldə etdikdən bu yana xarici investorlarla səmərəli əməkdaşlığa başlayıb, müharibə şəraitinin olmasına, ölkə iqtisadiyyatının çətin vəziyyətinə baxmayaraq, “Əsrin müqaviləsi” kimi mühüm saziş imzalanıb.

Prezident İlham Əliyev Forum iştirakçılarına müraciətində də bu məqama diqqət çəkib. Dövlət başçısı vurğulayıb ki, müstəqilliyi qazandıqdan etibarən Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm verib, dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atıb: “Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Əsrin müqaviləsi” qlobal miqyasda nümunəvi əməkdaşlıq modeli kimi tarixə düşüb, sonrakı illərdə Asiyadan Avropaya qədər uzanan iri transmilli layihələr və logistika şəbəkələrinin inkişafı üçün möhkəm zəmin yaradıb.

Ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyuldu. Hazırda Azərbaycan xarici siyasətində artıq iqtisadi diplomatiyaya üstünlük verərək diqqətini yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, qeyri-neft sahələrinin, xüsusilə də ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir”.

Prezident vurğulayıb ki, Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaradıb: “Məhz bu səbəbdən 2004-2024-cü illər ərzində iqtisadiyyatımıza 344,4 milyard ABŞ dolları həcmində sərmayə qoyulub, bunun əhəmiyyətli hissəsi və ya 213,2 milyard ABŞ dolları qeyri-neft sektorunun inkişafına yönəlib. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir... Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib. 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7 faiz artıb və onun ümumi iqtisadiyyatda payı 68 faizə yüksəlib. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir. Bütün bu nailiyyətlər ölkədə müasir istehsal infrastrukturunun qurulması ilə dəstəklənib”.

Azərbaycan, xüsusilə son illər yaşıl enerji sahəsini inkişaf etdirməyə başlayıb və ənənəvi enerji ilə yanaşı, bu istiqamətdə də bir sıra dövlətlərlə əməkdaşlıq edir. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan həm bu günün enerji təhlükəsizliyini möhkəmləndirir, həm də sabahın yaşıl iqtisadiyyatını qurur.

Heç şübhəsiz ki, Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu əməkdaşlıq və sərmayə cəlbi imkanlarının genişləndirilməsində yeni bir mərhələ olacaq. Forum çərçivəsində imzalanmış bir sıra vacib müqavilələr artıq bunu deməyə əsas verir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “525”ə  mövzu ilə bağlı deyib ki, iki gün ərzində keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisya Forumunda müxtəlif ölkələrdən yüksək səviyyəli rəsmilər, dünyanın aparıcı yerli və beynəlxalq şirkətlərinin və maliyyə institutlarının, beyin mərkəzlərinin təmsilçiləri, biznes nümayəndələri, qlobal investorlar, yerli və xarici media təmsilçisi daxil olmaqla ümumilikdə 1000-ə yaxın nümayəndə iştirak edib. Forumda "Parçalanmış qlobal iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin gücləndirilməsi" mövzusunda müzakirələr aparılıb: “Forumun keçirilməsində məqsəd Şərq və Qərbin, Şimal və Cənubun strateji qovşağında yerləşən Azərbaycanın region ölkələri ilə konkret layihələr üzrə tərəfdaşlıqların genişləndirilməsi, qarşılıqlı faydaya əsaslanan birgə fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi, eyni zamanda ölkəmizin şəffaf və dayanıqlı iqtisadiyyatı, əlverişli işgüzar mühiti, strateji inkişaf prioritetləri, geniş investisiya imkanları və mühüm nəqliyyat-logistika üstünlükləri barədə məlumatlılığı daha da artırmaq və beynəlxalq marağı təşviq etməkdir. Təbii ki, forumda iştirak edən qonaqlar Azərbaycanın investisiya mühiti və potensialı ilə yaxından tanış ola biliblər. Azərbaycan bu gün Asiya ilə Avropa arasındakı yollarının kəsişdiyi qovşaqda yerləşir. Həm də ölkəmizdə biznes mühitinin inkişafı üçün optimal şərait yaradılıb. Azərbaycanın iqtisadiyyatı dayanıqlıdır və investisiyalara açıqdır. Ölkəmizdə istifadəyə verilmiş 9 sənaye parkı, sənaye məhəllələri və Aqroparklar investorlar üçün xüsusi investisiya şəraiti təşviq edir. O cümlədən Ələt Azad İqtisadi Zonası özəl qanunlarla idarə olunaraq sərmayədarlar üçün güzəştli istehsal və ixrac prosesləri təklif edir. Bu baxımdan Bakıda keçirilən Birinci Beynəlxalq İnvestisiya Forumu ölkəmizə xarici investisiyaların cəlb edilməsi baxımından çox əhəmiyyətlidir”.

Onun sözlərinə görə, iqtisadi artımı investisiyalar qoyulmadan əldə etmək olmur: “Bu baxımdan xüsusilə xarici investorların ölkəmizə cəlb edilməsi iqtisadiyyatımızın şaxələndirilmiş şəkildə inkişafına və güclənməsinə xidmət edəcəkdir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, ölkəmizdə Beynəlxalq İnvestisiya Forumları davamlı şəkildə keçiriləcək və bu forumlar həm biznes strukturlarına öz bizneslərinin şaxələndirilməsi, həm də ölkəmizin iqtisadiyyatının dinamik artırılması baxımından əhəmiyyətlidir”.

Milli Məclisin deputatı Aydın Hüseynov isə “525”ə deyib ki, Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin iqtisadi həyatında mühüm hadisə kimi dəyərləndirilə bilər: “Çünki bu cür tədbirlər, ilk növbədə, Azərbaycanın qlobal iqtisadi məkandakı mövqeyini möhkəmləndirir, onu beynəlxalq biznes dairələri üçün daha cəlbedici və etibarlı tərəfdaş kimi təqdim edir. Forum təkcə sərmayəçilərlə dövlət nümayəndələrini deyil, həm də müxtəlif ölkələrdən gələn iş adamlarını, maliyyə qurumlarını və innovasiya sahəsində çalışan mütəxəssisləri bir araya gətirməklə, yeni iqtisadi əməkdaşlıqların formalaşmasına zəmin yaradır”.

Deputat söyləyib ki, Azərbaycanın strateji coğrafi mövqeyi, zəngin təbii resursları, sürətlə inkişaf edən infrastruktur layihələri və açıq iqtisadi siyasəti sərmayədarlar üçün artıq uzun müddətdir diqqət mərkəzindədir. Forum isə bu marağı daha da artıraraq, həmin potensialı reallaşdırmaq üçün platforma rolunu oynayır: “Burada aparılan müzakirələr, imzalanan razılaşmalar və qurulan əlaqələr gələcək illərdə müxtəlif sahələrdə - enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat və turizm sektorunda yeni investisiya axınlarına yol aça bilər. Ən önəmlisi isə odur ki, forum Azərbaycanın iqtisadiyyatında şaxələnməni dəstəkləyən, qeyri-neft sektorunun inkişafını stimullaşdıran imkanlar yaradır. Xarici sərmayədarlar burada yalnız mövcud layihələrə deyil, həm də innovativ təşəbbüslərə, startaplara maraq göstərərək ölkənin bilik və texnologiya əsaslı iqtisadiyyat quruculuğuna töhfə verə bilərlər. Bu proses, həmçinin yeni iş yerlərinin açılmasına, müasir idarəetmə təcrübələrinin tətbiqinə və milli iqtisadiyyatın qlobal trendlərə uyğunlaşmasına xidmət edəcək.

Beləliklə, Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu təkcə sərmayə cəlbi baxımından deyil, həm də ölkəmizin iqtisadi nüfuzunun artması, beynəlxalq əməkdaşlıq əlaqələrinin dərinləşməsi və Azərbaycanın regional iqtisadi mərkəz kimi rolunun güclənməsi baxımından tarixi əhəmiyyət daşıyır. Bu forum gələcəkdə davamlı ənənəyə çevrilərsə, Azərbaycanın dünya iqtisadi xəritəsindəki mövqeyi daha da möhkəmlənəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Sentyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri