Icma.az
close
up
RU
Birinci xanımların geyim sirləri: Türkiyəli rəsmilərin modelyer dizayneri ilə ÖZƏL MÜSAHİBƏ

Birinci xanımların geyim sirləri: Türkiyəli rəsmilərin modelyer dizayneri ilə ÖZƏL MÜSAHİBƏ

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Dünyanın bir çox ölkələrində dövlət qulluqçularının rəsmi, yaxud qeyri-rəsmi etiket, davranış qaydaları, özünəməxsus geyimləri və seçdiyi rənglər var. Bu qaydalar kiməsə sıxıcı görünə bilər, lakin qanun, yaxud ənənə məmurdan ona mütləq əməl etməyi tələb edir. Bəs yüksəkvəzifəli şəxslər, əsasən, hansı geyimlərdən və rənglərdən istifadə edirlər? Bu geyimlər, rənglər və davranış qaydaları nə qədər mühüm rol oynayır?

Türkiyə və dünyada bir çox yüksəkvəzifəli insanlarla əməkdaşlıq edən tanınmış dizayner-modelyer Songül Başar mövzu ilə bağlı Oxu.Az-a özəl müsahibə verib.

- Songül xanım, siz Türkiyədə dövlət xadimlərinin, rəsmi şəxslərin moda dizayneri olaraq çalışmısınız və hazırda da bu fəaliyyətiniz davam edir. Yüksəkvəzifəli şəxslərlə çalışmağın fərqi və avantajı nədir?

- Mən həm Türkiyədə, həm də bir çox başqa ölkələrdə yüksəkvəzifəli xanımlar, dövlət xadimləri ilə çalışıram. Əvvəllər bütün dünyada insanlar geyim seçmək üçün manekenlərdən istifadə edirdilər, artıq bu tendensiya dəyişib, demək olar ki, hər kəs birinci xanımların geyimlərini nümunə götürür. Hər hansı bir geyim brend olsa da, moda nümayişində sərgilənsə də, xanımlar üçün bu, mühüm deyil, mühüm olan birinci xanımların nə geyindiyi, necə geyindiyi, hansı modeldən, hansı rəngdən istifadə etdiyidir. Yəni hər kəs onlar kimi geyinmək istəyir.

- Hər geyimin, hər rəngin, ümumiyyətlə, hər tərzin özünəməxsus mənası və yeri var. Birinci xanımlar və digər yüksəkvəzifəli şəxslər geyim və rəng seçərkən nələrə diqqət edirlər?

- Birinci xanımların geyimləri sadə və gözəl olmaqla yanaşı, olduqları mühitə görə dəyişir. Hətta bu geyimlərin sonrası da hesablanır. Yəni geyimə uyğun olaraq necə oturmaq lazımdır, hansı pozadan, hansı əl-qol hərəkətlərindən necə istifadə edilməlidir və s. Bütün bunlar mühüm əhəmiyyət daşıyır. Yəni iştirak etdiyiniz rəsmi tədbirlərdə diqqəti çəkən sizin şəxsiniz olmalıdır, geyiminiz deyil. İnsanın danışdığı mövzu önəmlidir. İnsanlar geyiminizə baxmamalıdırlar, sözünüzə qulaq asmalıdırlar. Geyim fikrin qarşısına keçməməlidir.

- Bəs yüksəkvəzifəli şəxslər, əsasən, hansı rənglərdən istifadə edir və bu rəngləri nəyə əsasən seçirlər?

- Burada rənglər, əsasən, məkana və zamana görə dəyişir, daha çox açıq və tünd rənglərdən istifadə edilir. Lakin birinci xanımlar və digər yüksəkvəzifəli şəxslər xarici ölkələrə səfərə gedəndə bu tendensiya dəyişir. Onlar, adətən, səfər etdikləri ölkələrin simvolik rənglərinə üstünlük verirlər. Bu, həmin ölkəyə olan hörməti, eləcə də birlik və bərabərliyi ifadə edir.

- Türkiyə ilə yanaşı, başqa hansı ölkələrin yüksəkvəzifəli şəxsləri ilə çalışmısınız?

- Almaniyada, İngiltərədə, ABŞ-də, Pakistanda, ümumiyyətlə, bir çox Avropa ölkələrinin yüksəkvəzifəli xanımları ilə çalışmışam. Eləcə də Türkiyədə hazırda da yüksək vəzifədə çalışan bir çox xanımların geyimindən məsulam.

- Azərbaycan və Türkiyə arasında, demək olar ki, əməkdaşlıq edilməyən sahə yoxdur. Siz bu münasibətlərə çalışdığınız sahə ilə necə töhfə verməyi düşünürsünüz?

- Türkiyə və Azərbaycan arasındakı münasibətlər bütün sahələrdə özünü göstərməli, istənilən mövzuda birlikdə çalışmalıyıq. Bizim bir-birimizin fikrinə, bacarığına ehtiyacımız var. Mən bu məsələdə ələlxüsus gənclərə etibar edirəm. Çünki texnologiya durmadan inkişaf edir və burada məhz gənclərin üzərinə böyük məsuliyyət düşür. Biz türk dövlətləri olaraq, istənilən sahədə əməkdaşlıq etsək, aşa bilməyəcəyimiz heç bir maneə yoxdur. Mühüm olan birlik və bərabərliyimizdir.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Mart 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see260

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see207

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see199

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see189

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see159

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see157

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see152

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see151

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see150

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see144

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see144

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see143

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see140

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri