Icma.az
close
up
RU
Sosioloq: Müəllimlərin əksəriyyətinin qadın olması ciddi problemdir

Sosioloq: Müəllimlərin əksəriyyətinin qadın olması ciddi problemdir

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Deputat Aydın Mirzəzadə parlamentin plenar iclasındac çıxışı zamanı deyib ki, ali məktəblərdə gender bərabərliyinə aid fənnin keçirilməsi təklif edilib. Orta məktəblərdə kişi müəllimlərin sayı həddən artıq azdır. Bunun bir çox səbəbi var. Bu məsələ öz həllini tapmalıdır. Təklif edirəm ki, məktəb direktorlarının müavinləri kişilər olsun. Məktəblərdə bir yox, iki psixoloq olsun, biri qadın, biri kişi olsun. Bu gənclərimziin tərbiyə edilməsində böyük rolu olacaq.
Mövzu ilə bağlı sosioloq Yusif Nəbiyev Demokrat.az-a açıqlama verib.
Sosioloq deyib ki, hər iki təklif (gender bərabərliyi fənni və tədris müəssisələrində personalın gender balansının qorunması) özlüyündə sosial mühəndisliyin klassik örnəklərindəndir. Amma fikirlərin bir az da detallandırılmağa ehtiyacları var:
“"Gender bərabərliyi" ideyasının öyrədilməsi faydalı ola bilər, amma bunun üçün əlavə bir fənnə ehtiyac yoxdur. Bu və bunun kimi mövzuları işləmək üçün ibtidai səviyyədə müasir sosioloji yanaşmaları, trendləri göstərən, fərqli yanaşmaları izah edən bir fənnə ehtiyac var. Çünki bizə "qadınlar kişilərin kölgəsi deyil", "qadınlar öz ayaqları üstündə dura bilərlər" kimi şablon və səthi cümlələr yox, həqiqətən strukturlu bir sosioloji yanaşma lazımdır. Bizə istər gender bərabərsizliyi olsun, istərsə də əlaqəli mövzular - patriarxal institutlar və ya mədəniyyətin cinsiyyətsizləşməsi kimi mövzularda "mainstream" yanaşmaları tutuquşu kimi təkrarlayan yox, məsələyə hər iki tərəfdən tənqidi baxa bilən, konstruktiv yanaşmağı bacaran, qlobal trendləri lokal mədəniyyət və mentaliteti də nəzərə alaraq oxuya bilən gənclər lazımdır. Təhsil sistemi qlobal tutuquşular yox, lokal dəyərlər və maraqlara uyğun yetişkin fərdlər yetişdirmək üçündür”.
Sosioloq diqqətə çatdırıb ki, direktor müavinlərinin kişi olması ciddi bir nəticə vəd etmir:
“Həmçinin məktəb psixoloqlarından birinin kişi olması tələbi də funksional deyil. Hər şeydən öncə bilinməlidir ki, ölkəmizdə say baxımından qadın psixoloqlar kişi psixoloqlara nisbətən xeyli çoxdur. Belə bir yeni qanun qadın psixoloqların iş tapmalarında ciddi çətinliklər yaradacaq, hansı ki, bu çətinlik də özlüyündə heç bir müsbət amala xidmət etməyəcək. Emosional dəstək yalnız eyni cinsdən gələndə təsirli olurmuş kimi bir düşüncə də kökündən yanlışdır. Professionallıq olduqdan sonra burada cinsiyyətin çox da fərqi yoxdur. Əgər məqsəd gənclərin psixoloji inkişafıdırsa, psixoloqun cinsi yox, onun peşəkarlığı əsas olmalıdır. Amma məktəblərdə dərs deyən müəllimlərin əksəriyyətinin qadın olması ciddi problemdir. Çünki şagirdin həyatında müəllim təkcə akademik xidmət göstərən bir professional deyil, həm də bir avtoritet fiqurudur. Sağlam cəmiyyətin yetişməsi üçün mütləqdir ki, onun gənc fərdləri öz avtoritet fiqurları olaraq hər iki cinsin nümunələrini görə bilsinlər. Yalnız qadın avtoritet fiqurundan təsirlənərək böyüyən gənclər maskulin avtoritetlə münasibətləri öyrənməmiş olur və bu onların gələcəkdə maskulin idarəçilər və söz sahibləri ilə münasibətlərində natamamlıq yaradır”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 İyun 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri