Icma.az
close
up
RU
Birləşməsələr, bazarda qalmaq çətin olacaq: Kənd təsərrüfatı üçün uğurlu MODEL...

Birləşməsələr, bazarda qalmaq çətin olacaq: Kənd təsərrüfatı üçün uğurlu MODEL...

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illərdə xırda fermer təsərrüfatlarının ən böyük problemlərindən biri onların bazarda rəqabət qabiliyyətinin zəif olmasıdır. Kiçik həcmli istehsal, məhdud resurslar, logistika çətinlikləri və bazara çıxış imkanlarının zəifliyi nəticəsində bir çox fermerlər öz məhsullarını stabil şəkildə sata bilmir, gəlir formalaşdırmaqda çətinlik çəkirlər. Eyni zamanda, fərdi təsərrüfatlar iri alıcılarla danışıqlarda da zəif mövqedə qalır və bu, onların iqtisadi dayanıqlığını azaldır.

Belə bir şəraitdə əsas suallardan biri ortaya çıxır: xırda fermerlər necə birləşə və daha güclü iqtisadi subyektə çevrilə bilərlər? Məhz bu nöqtədə kooperasiya və birgə təsərrüfat modelləri aktuallaşır. Dünyada bu problemlərin həlli üçün müxtəlif inteqrasiya olunmuş kənd təsərrüfatı sistemləri tətbiq edilir və uğurlu nəticələr verir.

Bu barədə Sitat.info-ya danışan  Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli  də vurğuladı ki, sıravi kəndlinin bazar üçün pay əldə etməsi məqsədilə dünyada müxtəlif kənd təsərrüfatı modelləri mövcuddur: " Bu modellər fərqli formalarda təşkil olunur. Onların arasında yaşlı nəslin şahidi olduğu sistemlər də var. Lakin həmin sistemlərin bəziləri müəyyən qədər təhrif olunmuş formada tətbiq edilib. Məsələn, kolxoz və sovxoz sistemi əslində kooperasiya modelinə əsaslanırdı. Lakin həmin dövrdə bu modelə dövlət birbaşa müdaxilə edir, hətta onun fəaliyyətini özü idarə edirdi. Müasir mərhələdə isə dünyada daha çox könüllü birləşmə və şəffaf idarəetmə prinsiplərinə əsaslanan kooperasiya modelləri üstünlük təşkil edir.

Belə modellərdə 30, 40, 50, hətta 100-ə yaxın payçı öz resurslarını birləşdirir, böyük təsərrüfatı yaradır və idarəetməni şəffaf səsvermə yolu ilə seçilmiş rəhbərə həvalə edirlər. Payçılar isə birgə şəkildə çalışaraq məhsullarını təkcə ölkə bazarına deyil, xarici bazarlara da çıxara bilirlər".

A.Nəsirlinin fikrincə, Azərbaycanda elə bir model seçilməlidir ki, kolxoz sistemində olduğu kimi məcburi birləşmə yox, könüllü iştirak əsasında təşəbbüslər təşviq edilsin: "Yəni insanlar ayrı-ayrılıqda kiçik sahələrdə əkin aparmaq əvəzinə, stimullaşdırıcı mexanizmlər vasitəsilə birləşərək daha iri təsərrüfatlar qura bilsinlər. Məsələn, 5, 10 və ya 3 hektar sahələrin ayrı-ayrılıqda becərilməsi əvəzinə, 1000 və ya 2000 hektarlıq böyük təsərrüfatların birgə idarə olunması daha səmərəli model ola bilər.

Bu cür model əvvəlcə bir kənddə və ya regionda uğur qazandığı halda, zamanla ölkənin digər bölgələrinə də yayıla bilər. Məsələn, İsmayıllı rayonunun İvanovka kəndi bu istiqamətdə müəyyən təşəbbüslər göstərmiş və uğurlar da əldə etmişdi. Lakin hazırkı iqtisadi mexanizmlər bu kimi təşəbbüsləri kifayət qədər stimullaşdırmadığından, İvanovka kəndi də müəyyən çətinliklərlə üzləşmək mərhələsinə gəlib çıxıb.

Əslində, İvanovka kəndinin təcrübəsi həm qorunmalı, həm də inkişaf etdirilərək ölkə üçün nümunə kimi təqdim olunmalıdır. Hətta sovet dövründə bu kənd bütün Azərbaycan üçün kollektiv təsərrüfat modelinin uğurlu nümunələrindən biri hesab olunurdu. Bu gün isə həmin təcrübədən düzgün şəkildə istifadə edilməli, həm onun zəifləməsinin qarşısı alınmalı, həm də oxşar kooperativ təsərrüfatların yaradılması və genişlənməsi üçün əlverişli şərait formalaşdırılmalıdır".

Nigar,

Sitat.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sitat.info
archiveBu xəbər 29 Aprel 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri