Birlikdə foto paylaşaraq ayrılıq şayiələrinə son qoyublar FOTO
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Təyyarədə paylaşım maraq yaratdı, məşhur cütlüyün yeni tətil məkanı bəlli oldu
Berk Oktay və Yıldız Çağrı Atiksoy cütlüyünün boşanacağı ilə bağlı iddialar uzun müddətdir gündəmdədir. Lakin ikilidən yeni foto gəlib. Onların təyyarədən paylaşdıqları görüntü maraq doğurub.
Sherg.az xəbər verir ki, 2022-ci ildə ailə quran və 2024-cü ilin mayında qızları Mira Milenaya qovuşan cütlük, sosial mediada bir müddət bir-birini izləmədən çıxarmış, bu isə ayrılıq söz-söhbətlərini gücləndirmişdi. Sonradan yenidən qarşılıqlı izləməyə başlayaraq, birlikdə fotolar paylaşmışdılar.

Haqqında yayılan xəbərlərə və iddialara baxmayaraq, Berk Oktay “Şükür səbəbim - ailəm” mesajı ilə ailə fotolarını paylaşmışdı. Lakin həm aktrisa həmkarı Gülsim Ali ilə yaxınlıq iddiası, həm də model Tuğçe Aralın açıqlamaları münasibətləri yenidən gündəmə gətirmişdi.
Nəhayət, cütlük yenidən birlikdə foto paylaşaraq ayrılıq şayiələrinə son qoyub. Yıldız Çağrı Atiksoyun Instagram paylaşımına əsasən, ikilinin tətil üçün Qırğızıstanın paytaxtı Bişkekə yollandıqları məlum olub.


