“Birliyin Gücü 2026” başa çatdı Fotolar
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Qarabağ iqtisadi rayonundakı “Qızılqaya” və Naxçıvan Muxtar Respublikasındakı “Qarabağlar” Təlim mərkəzlərində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən “Böyük Zirə” təlim rayonunda keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təliminə “Yüksək Səviyyəli Müşahidəçi Günü” başa çatdıqdan sonra yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, təlimin başa çatması ilə əlaqədar keçirilən bağlanış mərasimində hərbi orkestrin müşayiəti ilə Azərbaycan, Türkiyə və Özbəkistanın Dövlət himnləri səsləndirilib.
Mərasimdə çıxış edənlər 3 ölkənin iştirakçı, 9 ölkənin isə müşahidəçi qismində qatıldığı təlimin hərbi qulluqçular arasında təcrübə mübadiləsinin aparılmasına, döyüş hazırlığının yüksəldilməsinə və dostluq əlaqələrinin genişlənməsinə töhfə verdiyini bildiriblər.
Qeyd olunub ki, çətin relyef və real döyüş şəraitinə uyğunlaşdırılmış fəaliyyətlərin icrası zamanı hərbi qulluqçular yüksək peşəkarlıq, taktiki savad və koordinasiyalı fəaliyyət nümayiş etdiriblər. Təlim müddətində hərbi qulluqçular qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər.
Çıxışlar bitdikdən sonra təlim zamanı fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub.
Sonra təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin çıxışları iştirakçılar tərəfindən maraqla izlənilib.








Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 01 Oktyabr 2026 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















