Hesablama Palatası: DSMF nin debitor və kreditor borcları artıb
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Bu il iyulun 1-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) debitor borcları 86 milyon 208 min manat, kreditor borcları isə 333 milyon 857 min manat olub.
"Cebheinfo.az" bu barədə Hesablama Palatasının Fondun 2027-ci il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, bu, ilin əvvəli ilə müqayisə müvafiq olaraq 5,1 % və 9,4 % çoxdur. Son 1 ildə isə müvafiq göstəricilər 68,9 % və 26,2 % artıb.
"Debitor və kreditor borcların artım tempinə malik olması, dövlət sektorunun yüksək iştirak payı gəlirlərin proqnozlaşdırılması prosesində müəyyən məhdudiyyətlər formalaşdırmaqla inzibati tənzimlənmənin gücləndirilməsi zərurətini göstərir. Debitor borc məcburi dövlət sosial sığorta haqqının müəyyən edilmiş müddətdə ödənilməməsi əsasında formalaşan borcdur ki, bu da əsasən "Sosial sığorta haqqında" qanununa müvafiq olaraq vergi orqanı tərəfindən həmin sığortaedənə faiz və maliyyə sanksiyasının tətbiqi ilə nəticələnir", - deyə Rəydə qeyd olunub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 18 Noyabr 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















