Icma.az
close
up
RU
Birol Akgün: 30 avqust və 8 noyabr qələbə ildönümlərini azərbaycanlı qardaşlarımızla çiyin çiyinə keçirməkdə davam edəcəyik

Birol Akgün: 30 avqust və 8 noyabr qələbə ildönümlərini azərbaycanlı qardaşlarımızla çiyin çiyinə keçirməkdə davam edəcəyik

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 29 avqust, AZƏRTAC

Avqustun 30-da Türkiyədə Zəfər bayramı qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşeliyi, türkiyəli iş adamları avqustun 29-da Şəhidlər xiyabanına gələrək, 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə əklil qoyublar.

Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin ifasında Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Əvvəlcə Zəfər bayramının tarixi barədə məlumat verilib. Bildirilib ki, Türkiyə xalqı və Türkiyə Silahlı Qüvvələri qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 103 il bundan əvvəl, 1922-ci il avqustun 30-da şanlı Zəfər qazanaraq, bu tarixi yaddaşlara azadlıq günü kimi həkk edib. Vurğulanıb ki, qəhrəman Türkiyə Silahlı Qüvvələri Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Böyük Türk millətinin və Türkiyə Cümhuriyyətinin təhlükəsizliyini keçmişdə olduğu kimi bu gün də ən yüksək səviyyədə təmin etmək üçün var gücü ilə çalışır.

Şəhidliyin xatirə dəftərini imzalayan Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün həmin şanlı qələbə sayəsində Türkiyə xalqının onu tarixdən silmək istəyən güclərə unudulmaz dərs verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bununla da Türkiyə Cümhuriyyətinin qurulması yolunda mühüm mərhələ uğurla başa çatdırılıb. "Eyni inam və ruhla Azərbaycanın müstəqilliyi yolunda canını fəda edən, şəhidlik zirvəsinə ucalan sizlər "Bir millət, iki millət" devizinin təməlinin qoyulmasında, qardaşlığımızın möhkəmlənməsində, şübhəsiz ki, böyük rol oynadınız. Sizdən miras qalan və müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizin gələcək dövrdə daha da dərinləşdirilməsi istiqamətində səylərimizi dayanmadan davam etdirəcəyik. Biz 30 avqust və 8 noyabr qələbə ildönümlərini azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə keçirməkdə davam edəcəyik. Bu münasibətlə başda Qurtuluş Savaşımızın baş komandanı, dövlətimizin qurucusu Mustafa Kamal Atatürk olmaqla vətənimiz uğrunda canlarını fəda etməyə bir an belə tərəddüd etməyən əziz şəhidlərimizi, Azərbaycanın hər bir guşəsində şəhadət zirvəsinə ucalan qəhrəmanlarımızı, ölkəmizin və qardaş Azərbaycanın bütün şəhidlərini rəhmət və ehtiramla anır, onların hüzurunda hörmətlə baş əyirik. Ruhları şad olsun", - deyə səfir fikirlərinə yekun vurub.

Sonra Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üstünə gül dəstələri düzülüb.

Mərasim iştirakçıları, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri