Bişkek İrəvan və Bakıya sülh sazişinin imzalanması üçün məkan təqdim etməyə hazırdır
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qırğızıstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün məkan təqdim etməyə hazırdır.
Oxu.Az-ın Ermənistan Milli Məclisinin Mətbuat Xidmətinə istinadən məlumatına görə, bu barədə Qırğızıstan parlamentinin spikeri Nurlanbek Şakiyev İrəvanda erməni həmkarı Alen Simonyanla görüşündə bəyan edib.
Bildirilir ki, Simonyan söhbət zamanı Ermənistan və Azərbaycan arasında artıq hazır olan sülh müqaviləsi layihəsinə toxunub və erməni tərəfinin onu imzalamağa hazır olduğunu qeyd edib.
"Cavabında Qırğız Respublikası parlamentinin spikeri qeyd edib ki, Qırğızıstan Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün məkan təqdim etməyə hazırdır", - deyə Ermənistanın qanunverici orqanının mətbuat xidmətinin məlumatında deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 26 May 2025 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















