Icma.az
close
up
RU
Bişkekdə ilk qırğız tarixçisi Osmonalı Sıdıq oğlunun 150 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Bişkekdə ilk qırğız tarixçisi Osmonalı Sıdıq oğlunun 150 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 sentyabr, AZƏRTAC

Qırğızıstanın paytaxtı Bişkek şəhərində görkəmli maarifçi, alim və ictimai xadim Osmonalı Sıdıq oğlunun anadan olmasının 150 illiyi münasibətilə “Osmonalı Sıdıq oğlunun irsi Türk dünyası maarifçilik hərəkatı kontekstində” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbir Qırğızıstanın Türk Dövlətləri Təşkilatına sədrliyi çərçivəsində Beynəlxalq Türk Akademiyası ilə Qırğızıstan Təhsil Nazirliyi və Manas Milli Akademiyası tərəfindən birgə təşkil edilib.

Konfransda Qırğızıstan Prezidentinin müşaviri Arslan Koyçiyev, Qırğızıstanın dövlət katibi Marat İmankulov, təhsil naziri Doqdurgul Kendirbayeva, elm, ali təhsil və innovasiyalar naziri Bəxtiyar Orozov, Qırğızıstan Prezidenti yanında Elmin İnkişafı Komissiyasının sədri Apas Jumaqulov, Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Alpasan Ceylan, Manas Milli Akademiyasının prezidenti Aziz Biymırza oğlu, eləcə də aparıcı alimlər və ictimai xadimlər iştirak ediblər.

Bu barədə AZƏRTAC-a Beynəlxalq Türk Akademiyasından məlumat verilib.

Beynəlxalq konfransın açılışında Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Osmonalı Sıdıq oğlunun zəngin elmi irsindən bəhs edib, onun əsərlərinin tarix elminin inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb.

Akademik Şahin Mustafayev bildirib ki, Osmonalı Sıdıq oğlunun yubileyinin qeyd olunması təkcə Qırğızıstan üçün deyil, bütün Türk dünyası üçün mühüm hadisədir. Qırğız xalqının mənşəyi haqqında materiallar - geneoloji rəvayətlər, folklor və tarixi məlumatlar Osmonalı Sıdıq oğlunun əsərlərinin əsasını təşkil edir. O, ilk qırğız tarixçisi və dövrünün ən böyük maarifçilərindən biri kimi tarixə düşüb.

Beynəlxalq Türk Akademiyasının prezidenti konfransın tarixi və maarifləndirici irsin öyrənilməsi və populyarlaşdırılması, elmi əlaqələrin inkişafı baxımından mühüm platforma rolunu oynadığını qeyd edib.

Tədbirdə Osmonalı Sıdıq oğlunun irsindən tutmuş XIX-XX əsrlərin qovuşuğunda türk xalqlarının intellektual həyatını formalaşdıran maarifçilik və islahat hərəkatlarının roluna qədər müxtəlif mövzuları əhatə edən məruzələr dinlənilib, müzakirələr aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri